Vətənə xəyanətdə suçlanan şəxsə qarşı ittihamın təfərrüatları: - həkimləri izləmək, İrana məlumat ötürmək
Vətənə xəyanətdə ittiham edilən Orxan Rzaquliyevin işi ilə bağlı təfərrüatlar məlum olub. İstintaq orqanın onun xarici xüsusi xidmət orqanları ilə hansı şərtlərlə əməkdaşlıq etdiyini müəyyən edib. O.Rzaquliyev isə özünü günahkar bilmir.
Musavat.com xəbər verir ki, Orxan Rzaquliyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah saxlama) və 274-cü (vətənə xəyanət) maddələri ilə ittiham edilərək 16 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Rzaquliyev bir neçə dəfə İrana getsə də, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmədiyini deyir və özünü təqsirkar bilmir. Rzaquliyev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.
Orxan Rzaquliyev 1985-ci il təvəllüdlüdür və Sumqayıt şəhər sakinidir.
İttihama görə, Orxan İranın Ərdəbil şəhərində həmin dövlətin xüsusi xidmət orqanlarından (həmin orqanın adı istintaq orqanına məlumdur) birinin əməkdaşı ilə görüşüb. Əmir adlı şəxs Orxanı əməkdaşlığa cəlb edib.
Rzaquliyev Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və dövlət təhlükəsizliyi əleyhinə məlumatlar əldə edərək həmin şəxsə çatdırıb. Bununla da qəsdən və tamah məqsədi ilə dövlətə xəyanət edib.
Bundan başqa, Orxan döyüş sursatı və partlayıcı maddə əldə edərək saxlayıb.
İttihama görə, Orxan bu əməkdaşlığa 2014-cü ildən başlayıb. Orxanı Əmir adlı şəxslə İranda Davud adlı şəxs tanış edib.
Məlum olub ki, Orxan Rzaquliyev əməkdaşlıq etdiyi şəxslərin tapşırığı əsasında Bakıda fəaliyyət göstərən "Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzi"nin yaxınlığında icarəyə kafe götürüb. Bununla da məqsəd Mərkəzdə çalışan İsrail vətəndaşlarını asanlıqla müşahidə etmək olub.
Orxan Rzaquliyevin bir neçə dəfə İrana gedərək əməkdaşlıq etdiyi şəxslərlə görüşdüyü, pul aldığı da bildirilir. Həmçinin Orxanın Məhəmməd adlı tanışını da İrana apardığı, əməkdaşlığa cəlb etmək istədiyi ittihamla göstərilir.
Bildirilir ki, Məhəmməd bu təklifdən imtina edib.
Rəsmi məlumata görə, Orxan istintaqda dindirilən zaman əməlini etiraf edib və İrana ticarət məqsədi ilə gedən zaman yolda tanış olduğu iki azərbaycanlı vasitəsi ilə sonradan xüsusi xidmət orqanının əməkdaşı olduğunu bildiyi Davud adlı şəxslə görüşüb.
O, Davud adlı şəxsin otelində qalıb və bir müddət sonra aralarında yaxın münasibət yaranıb. Davud ona əməkdaşlıq təklif edib və veriləcək hər tapşırığa görə 500 manat pul ödəyəcəyini deyib.
Tapşırıqlar isə Azərbaycandakı bəzi obyektlərin fotolarını çəkilməsi, lazım olan ünvanların dəqiqləşdirilməsi ilə bağlı olub.
Orxan istintaqdakı ifadəsində ilk olaraq qorxduğu üçün təklifdən imtina etdiyini bildirib.
İfadəsinin davamında Orxan deyib ki, anası ağır xəstəlikdən əziyyət çəkdiyi üçün İrana aparıb. Anasını Bakıya yola saldıqdan sonra pulu olmadığı üçün İranda qalıb. Davud adlı şəxsdən 50 manat borc pul istəyib.
Orxan istintaqda deyib ki, Davud ona pul verdiyi üçün əməkdaşlığı qəbul edib və Əmir adlı şəxslə görüşüb. Əmir ona fars dilində olan sənəd təqdim edib və sağ baş barmağını mürəkkəbə batıraraq sənədi imzalayıb. Bundan sonra Əmir ona İran pulu verib. Sərhəddə pulu dəyişərkən 500 manat etdiyini görüb.
Əmirin ilk tapşırığı Bakıda fəaliyyət göstərən şirkətə (adı istintaqa məlumdur) getmək, orada işə düzəlmək və oranın iranlı sahibi haqda məlumat öyrənmək olub.
Orxan bu işi bacarmadığı üçün ikinci tapşırıq verilib. İkinci tapşırıq Azərbaycan-İsrail klinikasında işləyən qadınla (adı istintaqa məlumdur) tanış olmaq və onun İrana getməsinə nail olmaq olub. Ona məlumat verilib ki, klinikanın sahibi yəhudidir (həmin qadının adı istintaqa məlumdur).
Əmir Orxana bu işin müqabilində 270 manat pul verib. Orxan klinikaya gedərək həmin xanımı görüb, lakin tanış ola bilməyib. Əmir Orxandan həmin xanımla tanış ola bilməməsinin səbəbini soruşub. Orxan deyib ki, adam içinə çıxmaq üçün geyinəcək yaxşı paltarı yoxdur.
Məlumata görə, Orxanın sonuncu vəzifəsi yuxarıda adı çəkilən klinikanın yaxınlığına icarəyə kafe götürmək və kafeyə gələn klinika əməkdaşları ilə yaxın münasibətlər quraraq məlumatlar əldə etmək olub. Bunun qarşılığında Orxana kafenin 500 manat icarə haqqı və əlavə ödəniş də edilib.
Orxan məhkəmədəki ifadəsində istintaqa verdiyi ifadəsini təsdiq etməyərək özünü günahkar bilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-06-2020, 16:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-06-2020, 16:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16