“Müxalifətin hərəsi bir dövlətin yanında oturub” - YAP-çı deputatdan İTTİHAM
Gürcüstanda seçki sisteminin dəyişdirilməsi və qarışıq seçki sisteminə keçilməsi Azərbaycanda da bu istiqamətdə bəzi məsələləri gündəmə gətirib. Məlumdur ki, ölkəmizdə proporsional seçki sistemi 2002-ci ildə ləğv olunub. Zaman-zaman bunun bərpası məsələsi gündəmə gəlsə də, mümkün olmayıb.
Bu sistemin ləğvi ilə Azərbaycandakı siyasi partiyaların cəmiyyət arasındakı rolu sürətlə azalmağa başladı. Xüsusilə bu hal 2005-ci ildən sonra özünü daha çox büruzə verdi. Proporsional sistemin yoxluğu səbəbindən siyasi təşkilatların seçkilərə marağının azaldığı da göz önündədir. Bütün bunları nəzərə alaraq, müxalifətin son 15 ildə böhran yaşamasında proporsional sistemin olmamasının rolunun az olmadığı qeyd edilir.
YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov proporsional sistemin bərpası tələbini bəhanə hesab edir: “Vaxt var idi ki, majoritarla bərabər proporsional seçki sistemindən də istifadə olunurdu. Hər partiya namizədlərini irəli sürürdü. Sonradan belə bir təklif meydana gəldi ki, proporsional sistem ləğv edilsin. Bu fikrin tərəfdarlarından biri də mən oldum. O vaxt da Milli Məclisin deputatı idim. Proporsional seçki sistemində deputat seçilən şəxsin seçicilər qarşısında heç bir məsuliyyəti olmur. Yəni majoritar sistemdə konkret dairən, seçicin, görüşlərin var. Seçicilərlə daim təmasda olursan. Deputatın seçici qarşısındakı məsuliyyətində majoritar sistem daha uğurludur, nəinki proporsional sistem. Azərbaycan çox sürətlə inkişaf etdi. Heydər ƏIiyev siyasi kursunun böyük uğur qazandığını son dövrlərə baxsaq görərik. Bu kurs xalqın bütün arzularını gerçəkləşdirə bilir. Bir vaxtlar AXC-Müsavat cütlüyü iqtidarı idi. Onların hərəsinin ağzından bir avaz gəlirdi. Amma onlar hakimiyyətdə olduqları qısa müddətdə dövlət büdcəsinə vəsait yığıb, onu təsdiq edə bilmədilər. Ölkəni qanunsuzluq məkanına çevirdilər. Əli Kərimlinin dövlət katibi olduğu həmin iqtidarın məşhur bir may müşavirəsi var. Orada etiraf etdilər ki, biz rüşvətxorluq, korrupsiya ilə məşğul olduq, qayda-qanun yarada bilmədik. Sonralar həmin qüvvələr parçalandılar və ayrı-ayrı partiyalar yaratdılar. Bu partiyaların heç biri özünü doğruldub, xalqın dəstəyini ala bilmədi. Heydər Əliyev siyasi kursunun uğuru odur ki, xalqa hansı vədi veribsə yerinə yetirib. O biri partiyalar verdikləri vədlərin heç birini yerinə yetirə bilməyiblər. Burada seçki sisteminin proporsional, yaxud majoritar olmasını bəhanə gətirmək lazım deyil. Ağıllı proqramlar hazırlamaq, düzgün siyasət yürütmək əsasdır ki, nəticələr əldə edəsən. Həm daxili, həm də xarici siyasətdə uğurlar qazanmalısan ki, xalq sənə səs versin, nəticədə iqtidara gələsən. Bunlar onu bacarmadılar. Əllərindən indi proporsional seçki sistemini bəhanə etməkdən başqa heç nə gəlmir. Bununla parlamentdə az-maz yer qazanmaq istəyirlər. Belə olduqda isə adətən yer qazanan partiyanın sədri olur. Biz 1995-2000-ci illərdə keçirilən seçkiləri görmüşük. Bu partiyaların rəhbərlərinin işləri Azərbaycan əleyhinə iş görməkdən ibarət idi. Hərəsi bir dövlətin yanında otururdu ki, siz necə istəsəniz elə işləyəcəm, elə edin ki, Azərbaycanda iqtidara gəlim. Sən əgər güclü partiyasansa, xalqı inandıra bilirsənsə, parlamentə gəlməyi neynirsən, iqtidara gəl. Əks halda, xalq başqa bir qüvvəni dəstəkləyirsə, onun ətrafındadırsa, burada seçki sistemini bəhanə etmək nəyə lazımdır? Proporsional sistemi partiya rəhbərləri Milli Məclisə asan yolla düşmələrində bir vasitə kimi görürlər. Ona görə bu sistemin bərpasına çalışırlar. Əvvəlki fikrimdə qalıram, majoritar sistem daha yaxşıdır”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Öncəliklə onu deyim ki, Gürcüstan demokratiya sahəsində çox uğurlu bir addım atdı. Bununla Cənubi Qafqazda bir nümunə göstərdi. Bilirsiniz ki, bundan sonra orada 120 nəfər proporsional seçki sistemi ilə deputat seçiləcək. Bir faizlik baryer tətbiq olunur ki, bundan aşağı səs toplayan partiyaların səsləri digərlərinə gedəcək. Çox ədalətli bir rəqəm seçiblər. Bir sıra ölkələrdə 5-7, hətta 10 faiz olanlar da var idi. Gürcüstanda isə bir faizin tətbiqi ilə bütün siyasi partiyaların parlamentdə təmsilçiliyinə şərait yaradılır. Dünyanın bütün demokratik ölkələrində siyasi partiyalar daha çox parlamentə daxil olmaq uğrunda mübarizə aparırlar, orada mübahisələr edirlər, proqramlar hazırlayıb təqdim edirlər. Təəssüflər olsun ki, Azərbaycan proporsional seçki sistemindən imtina etdi və majoritar sistemi seçdi. Özü də nisbi majoritar sistemi seçdi ki, bu da çox ədalətsiz sistemdir. Burada əhalinin hətta 90%-nin belə səsləri nəzərə alınmaya bilər. Hadisələrin gedişi onu göstərdi ki, hakim partiya bu sistem sərf edir. Təəssüflər olsun ki, proporsional sistem ləğv olunduğu zaman müxalif partiyalar lazımi təpkini göstərə bilmədilər. Beynəlxalq təşkilatlar da bu məsələdə susdular. Bu da onu göstərdi ki, həmin beynəlxalq təşkilatlar üçün əsas öz maraqlarıdır, yəni Azərbaycanda demokratiyanın olub-olmaması onlar üçün ikinci, üçüncü dərəcəli məsələdir. Keçən illər bunu göstərdi”.
Partiya sədri Azərbaycanda əksər siyasi təşkilatların proporsional seçki sisteminin tətbiqində maraqlı olduğunu söylədi: “Bu istiqamətdə ayrı-ayrı dövrlərdə çıxışlar etsək də, birlik nümayiş etdirə bilmirik. Proporsional seçki sisteminin olmaması səbəbindən siyasi təşkilatlar bir dərnək səviyyəsinə endi. Azərbaycanda siyasi proseslərə təsir göstərə biləcək siyasi institutların tərkib hissəsi olan siyasi partiyalar qalmayıb. Proporsional sistemin olmamasının burada böyük təsiri oldu. Mövcud durumun davam etməsi hakimiyyətə sərf edir. Amma cəmiyyətimiz, siyasi partiyalar üçün bu, sərf edən variant deyil. Hakim partiya üçün də ölkənin gələcəyi baxımından bu uyğun variant deyil. Ona görə də, düşünürəm ki, Azərbaycan hökuməti fikrindən daşınmalı və nəhayət, ölkəmizdə proporsional seçki sistemi bərpa olunmalıdır. Ölkədə siyasi proseslərə təsir edə biləcək siyasi təşkilatlar olmalıdır. Biz öz səhvlərimizdən nəticə çıxarıb, proporsional seçki sisteminin bərpası üçün addımlar atmalıyıq”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:26-06-2020, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-06-2020, 10:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16