“RƏVANSIĞORTA”YA QARŞI QARABAĞ ƏLİLİNİN İDDİASI ERTƏLƏNDİ ŞƏHİDƏ QARŞI İDDİANI İCRAATA GÖTÜRÜB ƏLİLİN QANPULUNA YÖNƏLDİBLƏR
6 ildir “Rəvan” sığorta şirkətinin xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı məhkəmə qaydasında dələduzluğu bitmək bilmir. Fikir verin , məhv edilən də “əlil maşını”, buna görə üstəlik 10 min manat tələb edilən də əlil özü! Özü də “əlil maşını”nın Qarabağ əlilinə heç bir aidliyi olmadığı halda , ona qarşı 6 illik işgəncənin məhkəmə qaydasında sürdürülməsi məhkəmə -hüquq sistemində gerçəkdə haqq-ədalətin, vicdanın yox, qıraqdan sifarişin, qeyri-prosessual ilişginin başlıca rol oynadığını göstərir. Bu baxımdan dövlət başçısının 20 gün öncə imzaladığı məhkəmə -hüquq sistemində islahatlar haqqında məlum fərmanı əlil və şəhid ailələrinin ürəyincə olub.
Qarabağ əlili Xaliq Abbaszadə məmur “avtoşbala”sının özbaşınalığının girovuna çevrilib. 6 il qabaq Fərid Zakir oğlu Hüseynovun 10-CK-200 nömrəli “ Nissan X-Trail” avtomobili Yeni Günəşlidə təmir sexinin yanında yolun kənarında dayanmış 90-HX-384 nömrəli “əlil maşını”nı arxadan vurub, “metallomluq” edib. Olay yerinə Qarabağ əlillərinin çağırdıqları Suraxanı yol polisinin Tahir İsgəndərov adlı əməkdaşı qıraqdan zənglə hallı “avtoşbala”nı alkohol testindən keçirməyib , amma məcburi testdən keçirilən əlilə dəyən ziyanın ödəniləcəyini söz verib. 9 gündən isə Suraxanı məhkəməsinin hakimi Gülsarə İmanova Qarabağ əlilinə “maşına sürücülük vəsiqəsi olmadan baxdığına görə” 400 manat cərimə tətbiq edib. Xatırladaq ki, birincisi, qəza baş verən çağ könüllü -könülsüz alkohol testindən keçməyən sürücü içkili sayılır; ikincisi, maşını dayandığı yerdə arxadan vuran “Yol hərəkəti qaydaları”na əsasən suçludur və ən başlıcası qəbul edilən qərardan 10 gün müddətində şikayət etmək hüququ qanunvericiliyin tələbidir. Yəni, Qarabağ əlilinə qarşı yol polisi-məhkəmə özbaşınalığı göz önündədir. Di gəl, bu “ikili” özbaşınalığa tezliklə Ədliyyə Nazirliyinin Suraxanı icra şöbəsi və “Rəvan” sığorta şirkəti də qoşulub. Düzdür, Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət edəndən sonra icra şöbəsi geriləyib, amma “Rəvan” isə, əksinə, törəməsi olduğu “Nurgün Motors”da 10 min manatlıq saxta defekt aktı tərtib etməklə xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilindən subroqasiya tələbinə başlayıb. Vergilər Nazirliyinin bu saxta defekt aktına görə, “ana-bala” şirkəti bir neçə dəfə cərimə etməsi əlilə qarşı özbaşınalığı nəinki səngidib, əksinə, “Nurgün”ün sığorta “balası” “Rəvan” məhkəmə özbaşınalığına meydan verib. Öncə Suraxanı məhkəməsinin həmin hakimi Gülsarə İmanovaya imzalanmayan, möhürü olmayan iddia verilib . Bir neçə aylıq süründürməçilikdən sonra iş başqa hakim Ceyhun Qədimova verilib və mübahisənin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilib. Qarabağ əlili ondan qanunsuz ödəniş tələb edilməsindən və özbaşınalıqdan əlavə şəkərli diabet xəstəliyinə tutulduğuna görə, Nərimanov rayon məhkəməsində “Rəvan” sığorta şirkətinə qarşı iddia qaldırıanda cavabdeh sığorta şirkəti gizlincə Sabunçu məhkəməsində əlilə qarşı eyni predmet və əsaslar üzrə iddia sifariş edib! (?) Mülki Prosessual Məcəllənin (MPM ) 153.2.2 maddəsinə görə, Sabunçu məhkəməsinin hakimi Gültəkin Əsədova başqa məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə iş olmasına əsasən ərizəni geri qaytarmalı olduğu halda , “əlil maşını”nın şəhid olan yiyəsinə və maşına və qəzaya aidliyi olmayan Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı iddianı təmin edərək şəhidi və əlilli 10 minə nisbətdə yarı-yarı borclu edən qətnamə qəbul edib. Az sonra Nərimanov məhkəməsinə “transfer edilən” və indi də həmin məhkəmədə hakimlik yapan Gültəkin Əsədovadan şəhidə cərimə kəsməsi özbaşınalığından şikayət edəndən sonra, saxta qətnamə şəhidin varisinin tapılmasına qədər icraatın dayandırılması barədə qərardadla əvəzlənib. Nərimanov məhkəməsinin hakimi Ramin Quliyev gizlincə qətnamə qəbul etdi və MPM -in 261.0.2 maddəsinə əsasən Sabunçu məhkəməsi eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə icraata xitam verməyə borclu olduğu halda, hakim İmran Burcayev nə icraata xitam verib, nə də Qarabağ əlilinin qarşılıqlı
iddiasını “görüb”. İmran Burcayev cavabdehlərdən birinin ölməsi əsası ilə gizlincə işin Qarabağ əlilinin yaşayış yeri üzrə Suraxanı məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edib. MPM-də belə “aidiyyat” nəzərdə tutulmadığından Qarabağ əlili bu qərardaddan apellyasiya şikayəti verib. Qarabağ əlili şikayətini verməkdə olsun, Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov qərardaddan apellyasiya şikayəti vermə müddəti bitməmiş işi İmran Burcayevdən icraatına qəbul edib. MPM-in 32.6 maddəsinə görə, iş bir məhkəmədən digərinə şikayət vermə müddəti bitməmiş göndərilə bilməz. Amma kimdir MPM-ə baxan? ! Ramil Həsənov gizlincə “Rəvansığorta”nın sifarişi ilə 28.11.2016 tarixli Qarabağ əlilinin 9 min manata yaxın borclu edilməsi haqqında qətnamə də çıxarıb və buna etiraz edən əlilə özünü yandırmağı məsləhət görüb. Bu həmin Ramil Həsənovdur ki, Dövlət İmtahan Mərkəzi onun ali təhsil diplomunun saxta olduğunu açıqlayıb. Nə isə, qonudan uzaqlaşmayaq. Qarabağ əlilinin aidiyyatla bağlı verdiyi şikayət üzrə Ali Məhkəmənin Mülki Kollegiyası 16 may 2017 tarixli qərar qəbul edib və aydındır ki, ali instansiyanın qərarı və göstərişləri aşağı instansiyalar üçün məcburidir. Di gəl, 2 ildir bu qərarın özü də görməzliyə vurulur. Ramil Həsənov ilə Suraxanı icra məmuru Vüsal Əliyev Ali Məhkəmənin yox, “Rəvan” sığorta şirkətinin göstərişlərini icra edirlər. Təsəvvür edin, Ali Məhkəmənin aidiyyatla bağlı qərarı 2017-ci ildə qəbul olunub ,bundan bir il qabaq 2016-cı ildə Ramil Həsənov qətnamə qəbul edib. İcra məmuru Vüsal Əliyev məhkəmənin icra sənədi olmadan Qarabağ əlilinin həm reabilitasiya vasitəsi olan avtomobilinə, həm də pensiyasına həbs qoyub. “İcra haqqında “ qanunun 7.2 maddəsinə görə, məhkəmə qərarına əsasən verilən icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. Sözügedən qanunun 68.1.2 maddəsinə görə tələb borclunun xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətə görə ödənilən məbləğlərə yönəldilə bilməz. İcra məmuru Vüsal Əliyev , məhkəmənin icra sənədinin olmaması bir yana, axı tələbi Qarabağ əlilinin pensiyasına yönəldə də bilməz! Maraqlıdır, hakim Ramil Həsənovun diplomunun DİM (Dövlət İmtahan Mərkəzi ) tərəfindən verilməməsi açıqlanır, bəs bu icra məmuru Vüsal Əliyev testdən necə keçib? Başabəla icra məmurunun ƏƏSMN yanında DSMF-in Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə məktub göndərib müharibə əlilinin pensiyasını yarıqat etməsi də qanuna ziddir.
Qarabağ əlili məhkəmənin icra sənədi olmadan pensiyasından “Rəvansığorta”nın xeyrinə məhrum edilməsinə görə şirkətə qarşı iddia qaldırıb . İş Nərimanov məhkəməsində hakim Vüqar Quliyevin icraatındadır. İddiaçı Qarabağ əlili cavabdehin məhkəmənin adından icra sənədi tərtib olunaraq pensiyasından hər ay 50 faiz hesabı ilə tutulan aylıq 175 manatın özünə ödənilməsini və mənəvi ziyan olaraq 25 min manat tələb edir. 22 aprel 2019 -cu ildə keçirilən hazırlıq iclasında iddiaçı MPM-in 57 -ci maddəsinə əsasən onun tərəfindən 3-cü şəxs qismində Qarabağ əlilinin işə cəlb edilməsiəi, bu sətirlərin yazarı isə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb edilməsinə vəsatət və ərizə veriblər. Məhkəmə vəsatət və ərizələrə mayın 6-da baxılacağını bildirib.
Məhkəmənin icra sənədi olmadan əlilin, şəhidin pensiyasının yarıqat edilməsi heç bir hüquq normasına, vicdana, ədalətə sığmır. Belə icraçılıq cinayət məsuliyyəti yaradır. Özü də hakimiyyətin- məhkəmənin səlahiyyətini mənimsəmək Konstitusiyaya görə, ən ağır cinayətdir. Görəsən, Nərimanov məhkəməsi bu qanunsuzluğa hüquqi qiymət verilməsini təmin edəcəkmi? Prezidentin 03.04.2019 tarixli fərmanına əməl edilsə, haqq-ədalət yerini tutar yəqin. Hər halda, məhkəmə iclasının ertələndiyi 6 may 2019 -cu il tarixini gözləməkdən özgə nəsə demək olmur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-04-2019, 16:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-04-2019, 16:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09