Şəkidə meşələr balta,mişarla deyil,buldozerlərlə dağıdılır - ETİRAZ
Azərbaycanda uzun illər hesabına ərsəyə gəlmiş meşələrin bu gün asanlıqla,kütləvi şəkildə qırğına məruz qalması son ayların ən aktual mövzularındandır.Prezident İlham Əliyevin,birinci Vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün ölkənin müxtəlif yerlərində yeni yaşıllıq zonaları salınır, yol kənarları dekorativ ağaclarla bəzədilir.Bununla bərabər ucqar rayonlarda,gözdən uzaq bir çox dağ kəndlərinin ərazilərində yerləşən meşələrdə isə nadir ağaclar kəsilməkdə davam edir.Meşələrin qorunmasına və inkişaf etdirilməsinə birbaşa məsul olan dövlət qurumu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bu kimi hallara sadəcə səthi açıqlamalar verir,bir çox hallarda susqunluq nümayiş etdirir,bir çox hallarda isə sadəcə seyrçi rolunda qalır.
Aktualinfo.org ötən həftə meşələrin kütləvi şəkildə məhv edilməsi hallarına rast gəlinən bölgələrindən birindən,Şəki rayonundan yaydığı məlumatlarda isə mənzərə bir az fərqlidir.Belə ki,burada hektarlara meşə əraziləri balta,mişarla deyil, ağır texnikalar vasitəsi ilə məhv edilir.Ekologiya və Təbi Sərvətlər Nazirliyinin rəsmiləri isə yazıda göstərilən halların araşdırılacağını bildirdilər.Biz nazirliyin rəsmilərinə araşdırılıması üşün kənd sakinlərinin redaksiyamıza təqdim etdikləri video görüntüləri də əlavə edirik.
Xatırladaq ki,yerli sakinlərin verdiyi məlumatlara görə, Şəki rayonun Baqqal kəndindən Baş layısqı və Cunud kəndləri arasında olan 10 km-lik məsafədə yerləşən qədim meşə ərazisi ağır texnikaların cəlb edilməsi ilə məhv edilməyə başlanılmışdır. Belə ki, iyunun 20-də də əlavə olaraq buraya 4 ədəd ağır tonajlı buldozerlər gətirilmişdir ki, min ha-dan çox olan və ən çoxu qoz, fısdıq, palıd, armud, sarağan ağaclarından ibarət meşə massivi məhv edilsin.Sakinlərin bildirdiyinə görə meşələr hansısa özəl təşkilat tərəfindən hal-hazırda yerlə-yeksan edilməkdədir. Meşə və meşə ətrafı düzənlik örüş sahələrinin göz görə-görə zəbt edilməsi ən azından ürəkağrıdan bir hadisədir. Min illərin meşə genefonduna belə amansızcasına divan tutulması faktlarına yalnız XX əsrın 90-cı illərində erməni faşistləri tərəfindən Dağlıq Qarabağın işğal olunmuş ərazilərində rast gəlinmişdir. Budur, bu gün gözümüzün önündə tarixi vandalizm Oğuz-türkünün dədə-baba torpağında təkrarlanmaqdadır. Yəni, tarixi Cunud meşəsi kimi tanınan böyük bir meşə dolayı mənəviyyatı aşınmış işbazların arzu və istəyi nəticəsində tarixin arxivinə gömülməkdədir.
Bu yerli sakinlərin gözləri qarşısında doğma torpaqlarında,kəndlərində meşələrin talanmasına olan etirazın bir kiçik hissəsidir.Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə hansısa bir şirkət tərəfindən ərazidə böyük fındıq bağlarının salınması üçün işlər aparıllır. Fındıq bağlarının salınması təbii ki,lazımdır.Amma hektarlarla meşə massuivini məhv etmək,dağıtmaq yolu ilə yox.Bu şirkət kimlərə məxsusdur? Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə nə kimi bağlılığı var?Bizi izləyin.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2020, 18:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-07-2020, 18:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09