Sahil Babayev yenə də narazılığın mərkəzində... - İTTİHAM
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların əməkdaşlarına “öz arzumla işdən çıxmaq istəyirəm” məzmununda ərizə yazdırdığı deyilir.
“Həftə sonunda bizdən iki ərizə alınıb. Birində işdən çıxmağımızı, ikincidə isə işlə təmin olunmağımızı xahiş etmişik. Rəhbər işçidən tutmuş xadiməyədək hamıya eyni məzmunda ərizə yazdırdılar. Dedilər: “Nazirin göstərişidir”. İndi bütün sosial işçilər “havadadır.” Hamımızı işdən azad edəcəklər. Amma yenidən kimi işə götürəcəklərmi, bunu bilmirik”. DİA.AZ xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşı deyib.
Onun sözlərinə görə, bu nazirliyin tabeliyində olan başqa qurumlarda da vəziyyət belədir. O, öz istəyi ilə işdən çıxmağa dair ərizə yazmaqdan imtina edənlərin hədələndiyini də vurğulayır.
“Hamıya şifahi olaraq bildirilib ki, baş idarələr publik hüquqi şəxsə çevriləcək. Amma bizə təklif olundu ki, ərizədə işdən çıxmağın öz arzumuz olduğunu qeyd edək. Çox gülməlidir, indiki vaxtda işdən çıxmağı kim arzulayar? Ərizə yazmaqdan imtina edənlər vardı. Onları hədələdilər ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə, yəni işdə yol verilən kobud pozuntuya görə qovacaqlar. Belələrinin gələcəkdə başqa yerdə iş tapmağı da çətinləşir. Ona görə məcbur olub hamı deyilən kimi ərizə yazdı. Nazirliyin məqsədi aydındır: bizi öz ərizəmizlə işdən çıxarır ki, sabah kənarda qalanda şikayət edə bilməyək. İkincisi, işdən bu üsulla çıxardığı şəxslərə 3 aylıq əmək haqqı qədər kompensasiya ödəməsin”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-07-2020, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-07-2020, 10:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
6-11-2024, 12:10
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
6-11-2024, 12:07