reklam
Regionxeberlericom.az » Sosial » DTX əməliyyat keçirəndə başçının halı pisləşir - İDDİA

reklam

DTX əməliyyat keçirəndə başçının halı pisləşir - İDDİA


Dövlət Təhlükəsizlik Xidməti (DTX) hər dəfə əməliyyat keçirdikdə təkcə, həbs olunan icra başmıları deyil, onların həmkarları da ciddi stres keçirirlər.

regionxeberlericom.az JAMAZ.İNFO-a istinadən xəbər verir ki, Ağstafa və Yevlaxdan başlayan, daha sonra isə Neftçalanın icra başçısının həbs edilməsinin ardaından DTX daha bir əməliyyat keçirib.

Biləsuvarın icra başısı Mahir Quliyevlə yanaşı, müavinləri və daha bir neçə idarə və müəssisə rəhbərləri də saxlanılıb. Əməliyyatın təfsilatı barədə bilgi verilməsə də, məlum olan odur ki, həbs rüşvət və korrupsiyadan dolayı baş verib.
Bu əsnada, adı milyon manatlıq qalmaqalda hallanan, 3 ildir sahibkarları aldatdığına və pullarını vermədiyinə görə, mətbuatın və rəsmi qurumların diqqət mərkəzinə düşmüş Sumqayıtın icra başçısı Zakir Fərıcov da ciddi narahatlıq keçirib. Verilən məlumata görə, həmkarı Mahir Quliyevin həbs xəbərindən sonra otağını tərk edib, evinə qapanan icra başçısı günboyu mənzilini tərk etməyib. İşlərini isə müavini Gündüz Əliyevə həvalə edib.
JAMAZ.İNFO-ya məlumat verən mənbə iddia edib ki, Zakir Fərəcovun problemi narahatlıqla da bitməyib. Belə ki, onun səhhəti pisləşib. Məlum olyb ki, uzun müddətdir müalicə aldığı xəstəlik yenidən baş qaldırıb.
Fərəcovun narahatlığına səbəb isə təkcə, Mahir Quliyevin həbsi deyil, həm də özü ilə bağlı ona xəbərin çatması olub. Mənbə iddia edir ki, rəsmi qurumlardan Zakir Fərəcova bildiriblər ki, barəsində çoxlu sayda şikayətlər var və məsələ araşdırma səviyyəsinə yetişib. Həmin sırada 3 ildir pullarını qaytarmadığı sahibkarların yazdıqları ilə yanaşı, bir türk iş adamı, habelə Sumqayıt sahibkarları ilə əhalinin də şikayətləri var. Ən maraqlı məqam isə onunla bağlıdır ki, Zakir Fərəcov ayda 10 gün icazəsiz ölkəni tərk edib. Bu da sonradan diqqət mərkəzinə düşüb. Rəsmi dairələr də məsələni araşdırmağa başlayıblar ki, Sumqayıtın icra başçısı hansı səbəbdən xəbərsiz ölkəni tərk edib. Hətta səhhəti ilə bağlı olsaydı belə bu barədə məlumat verməyə borcluydu.
Məlumatda deyilir ki, indiki vəziyyətdə belə bir araşdırmanın aparılması Zakir Fərəcov üçün arzuolunan deyil. Üstəlik, baş verənlər yaşlı vaxtında onun həbsinə belə səbəb ola bilər. Elə səhhətinin pisləşməsi və həkim müayinəsindən keçməsi də sözügedən qorxudan qaynaqlandığı güman edilir.

Zakir Fərəcov deyir ki guya sahibkarlarin pulunu verib. Buyursun ortaya bircə sənəd qoysun.

DTX-nin XIN-də kecirdiyi əməliyyatdan sonra Zakir Fərəcov işə gəlmir.


Paylaş:


Müəllif : Tarix:
8-07-2020, 09:20
Sikayət   


loading...
Загрузка...