reklam
Regionxeberlericom.az » Sosial » "Gülbalalar" yenə "gül" vurur - ETİRAZ

reklam

"Gülbalalar" yenə "gül" vurur - ETİRAZ


Daha iki vətəndaşlımız "İnamarka" maşını ilə yol-hərəkət qaydasına əməl etməyən məmur övladının qurbanı olub. Sabirabad sakini, Kamran Nəsirli sürətlə idarə etdiyi "Mercedes" markalı, 99 BS 755 dövlət nömrə nişanlı avtomobillə yolu keçərək qoşa xəttin üstündə dayanan, 1948-ci il təvəllüdlü Əliyeva Banu Məhəmməd qızı və onun qızı, 1971-ci il təvəllüdlü Niftəliyeva Hədiyyə Ağabala qızını vurub. Ana və qızı aldıqları xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Onlar Sabirabad xəstəxanasının işçiləri olub. Qeyd edək ki, K.Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur. Sürücü polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, ictimaiyyətin etirazına, cəmiyyətin narazılığına rəğmən məmur balalarının törətdiyi qəzaların ardı-arası kəsilmir. Hətta zaman-zaman bir çoxları barəsində ciddi tədbirlər görülsə də, oliqarx-məmur övladları harınlıqlarını davam etdirirlər. Həm də Azərbaycan Prezidentinin keçirdiyi müşavirələrdə dəfələrlə etdiyi sərt çıxışlara rəğmən. Xəbərdarlıqlardan dərs götürmək əvəzinə onlar daha çox ailənin faciəsinə səbəb olurlar.
Hadisəylə bağlı sosial şəbəkələrdə rəy yazan ictimaiyyət nümayəndələrinin fikrincə, ölkəmizin bugünkü vəziyyətində hansısa məmur övladlarının qanunsuzluğu cəmiyyətdəki narazılığa səbəb olur. Hüquq-mühafizə orqanları, ictimai təhlükəsizlik idarəsinin əməkdaşları bu məsələdə prinsipial olmalıdırlar. Onların ən kiçik xətalarına belə güzəştə getmək olmaz. Hətta onlar asayişi pozduğu halda kasıb uşaqlarından daha sərt cəzalandırılmalıdırlar. Əks halda onları yoluna düzmək bizim üçün çətin olacaq.

Yol təhlükəsizliyi məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, kriminal hadisəni araşdıran müstəntiq, prokuror və ya hakim onun törədilməsinin səbəb və şəraitini də aydınlaşdırmalıdır.

Bu zaman həmin səbəb və şərait fərqli hüquq pozuntuları ilə bağlı olduqda, onlar da müvafiq hüquqi prosedurlara uyğun araşdırılmalı və onlara da hüquqi qiymət verilməlidir. Qanunun bu tələbi konkret hal üçün o deməkdir ki, həmin "gülbalalar"ın avtomobil kolleksiyasının mənbəyi, onların belə dəbdəbəli həyat tərzinin digər elementləri də hüquq müstəvisində araşdırılmalıdır.

Əminəm ki, bu edilsə, həmin şəxslərin avtomobil kolleksiyasının müsadirəsindən tutmuş onları hərtərəfli himayə edərək gülbalaya döndərənlərin korrupsiya cinayətlərində ittiham edilməsinədək çox şeyə şahid olarıq. //sherg.az//


Paylaş:


Müəllif : Tarix:
8-07-2020, 13:51
Sikayət   


loading...
Загрузка...