reklam
Regionxeberlericom.az » Sosial » “Lor Hospital” əsl qəssabxanadır ki... - GİLEY

reklam

“Lor Hospital” əsl qəssabxanadır ki... - GİLEY

“Test nəticəmizin pozitiv olduğu deyildiyi üçün bir həftə ev şəraitində müalicə almışıq, sonradan bizə bildirildi ki, pozitiv yox, neqativdir”.

Bu sözləri “Qafqazinfo”ya müraciətində Yasamal sakini Sevinc Qəmbərova deyib. Bildirib ki, iyun ayının 19-da “Lor Hospital”da həyat yoldaşı və 5 yaşlı qızı ilə birlikdə COVİD-19 testi verib. Əvvəlcə onlara nəticələrinin pozitiv olduğu bildirilsə də, 12 gün sonra neqativ olduğu söylənilib:

“Özümüzdə koronavirusun simptomlarını müşahidə etdiyimiz üçün ailəvi olaraq test verdik. Daha sonra nəticəmizlə bağlı xəstəxana ilə əlaqə saxlayanda bildirildi ki, cavab pozitiv olduğundan mesaj göndərilmir və nəticələr e-təbib-ə yüklənəcək.

103-ə zəng vurduq və onlar da ev şəraitində qalmağımızı, nəfəs darlığı problemimiz olmadığı üçün xəstəxanaya aparılmayacağımızı söylədilər. Biz də ev şəraitində müalicə olunduq, vitamin C, D və hər ehtimal antibiotiklər qəbul etdik. Ərimə sistem vuruldu. 12 gün sonra yaxşılaşdığımız üçün adımızın e-təbib-də sistemdən silinməsi üçün yenidən müraciət etdik. Sistemdə həyat yoldaşımın adı çıxdı, bizim çıxmadı. Yenidən “Lor Hospital”la əlaqə saxladığımız zaman bizə qızımla mənim nəticələrimizin neqativ olduğu bildirildi. Ancaq başda deyilmişdi ki, cavab neqativ olduğu təqdirdə bizə SMS gələcək, pozitiv olduğu təqdirdə isə sistemə adımız əlavə olunacaq. Heç biri edilmədi”.

S. Qəmbərova xəstəxananın nəticələri TƏBİB-in sisteminə səhv təqdim etdiyi üçün, sonradan onların özünə də neqativ göstərildiyini iddia edir:

“Üçümüzə də cavabın pozitiv olduğu deyildiyindən biz bu müddət ərzində eyni evdə qalmışıq. Qızımda da, məndə də eyni simptomlar olub, ikimizin də hərarəti yüksək idi. Necə olur ki, yoldaşımda pozitiv, bizdə neqativ olur? Bir ana kimi övladım üçün mənəvi stress keçirmişəm. İndi deyirlər ki, virusa yoluxmayıb. Poliklinikadan da bizə bildirildi ki, haqqımızda onlara hər hansı məlumat verilməyib. Bu səbəbdən bizimlə maraqlanan olmayıb. 100 manat verib test etdirdik, nəticəsi də belə”.

Sevinc Qəmbərova əlavə edib ki, 3 ailə üzvünün test etdirməyə görə klinikaya 300 manat ödənilib.

Klinikanın icraçı direktoru Arif Cəbrayılov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məlumat yanlışdır və şikayətçi ilə qızının nəticələri TƏBİB-in bazasına neqativ olaraq yerləşdirilib:

“Neqativ olması ilə bağlı nəticələri hazırdır, gəlib götürə də bilər. Yanlış informasiyadır”.


Paylaş:


Müəllif : Tarix:
9-07-2020, 13:06
Sikayət   


loading...
Загрузка...