ATU-dan məzun olan yüzlərlə həkim hara getdi?! - Uroloq həkim Vasif İsmayıl
Gəlin, xırdalayaq, günahkar axtarmayaq!
TƏBİB-ə qarşı aparılan kampaniyada İcbari Tibbi Sığorta məsələsinin məhv edilməsi həvəsini sezirəm.
Pandemiya dövrü Azərbaycanın siyasətinə, vəziyyətinə dalbadal tənqidlər gəlir. Belə baxanda vəziyyət həqiqətən də ürəkaçan deyil.
Gəlin, xırdalayaq!
Evimizdə oturmağa məcburuq. Əvvəl bu ancaq Bakı-Abşeron-Sumqayıt bölgəsinə, Lənkəran, Gəncə, Yevlax, Cəlilabad, Masallı şəhərlərinə aid idi. Amma indi buna Goranboy, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən də əlavə edildi.
Niyə belə edildi?
Xəstə sayı artdı deyə.
Niyə artdı?
Məsələn, nümunələr gətirirəm.
Dünən Goranboy rayonu Şəfəq kəndində ilk rəsmi yoluxma faktları qeydə alındı. İndiyə qədər bizim kəndlilər ancaq Gəncədə yoluxmuşdular. Onlardan biri xəstəsinə qulluq edən tibb bacısı, o birilərinin hamısı isə … yas yerinə getmiş kəndlilərimiz idi. Amma dünənki yoluxmalardan biri Goranboyda xüsusi rejimli xəstəxananın mühafizəçisi idi - başa düşüləndir, virus daşıyıcısı çox insanla təmasda olub.
Başqa bir evdə də qızdırması qalxan, artıq dadbilmə-qoxubilmə qabiliyyətini itirən bir vətəndaş var. Bütöv kənd mənimdir, xüsusilə o ev isə mənə çox yaxın bir evdir.
Bizim kənddən bir az yuxarıda yerləşən Qaraçinar kəndini postlarla bağlayıblar. Demək orada da vəziyyət yaxşı deyil. Orada neçə yoluxan var - bilmirəm -, sadəcə kəndin postlarla bağlandığını bilirəm. Haradan yoluxduqlarını da bilmirəm, amma haradasa bir ay əvvəl oraya getdiyimdə qonum-qonşu Bakıdan gələn qonaq kimi məni öpüb-qucaqlamağa çalışırdı. Bircə İfadə bibi mən “bibi, eləmə” deyəndə anladı,elə məsafədən mənə öpücük göndərdi, gülümsəyib başını aşağ salıb utanırmış kimi əllərini göbəyinin yanında birləşdirdi. Öz dayıoğluma da ərklə söylədiyim üçün məsafə gözləmək lazım gəldiyini anladı - məndən yaşca balacadır.
Bu gün iş yoldaşımdan daha əvvəl mənim əməliyyat etdiyim kirvəsinin vəfat etdiyini eşitdim. Ana bir xəstəxanada, ailənin qızı evdə xəstə, oğlu isə 34 yaşında ağır vəziyyətdə reanimasiyada. Qonaq gediblərmiş - oradan yoluxublar.
Bundan 3 ay əvvəl ortalıq təzə-təzə qarışanda AzTv seçkilərdə namizəd olmağıma, yeri gələndə düşündüyümü deməyimə baxmayaraq məni bir neçə verilişə dəvət etdi. Haradasa Aprel ayının ilk həftəsi idi - verilişin birinci hissəsindən sonra nəzakətlə məni “göndərdilər”. Qonşumuz sadə zəhmətkeşin karantin qaydalarını pozduğu üçün “aylıq gəlirinin yarısı miqdarında cərimə olunduğunu” danışmış və verilişdə iştirak edən deputatdan “karantin qaydalarının tətbiqinin ilk həftəsindəki cərimələrin əfv edilməsini” rica etmişdim deyə. Əlbəttə mənə qovulma səbəbini zadı demədilər, amma uşaq deyiləm ki - anladım!
Bundan beş gün əvvəl o zəhmətkeş zəng etdi. Yoluxubmuş. Bəzi tövsiyələr verdim, vəziyyəti nəzərə alaraq evdə müalicə edilməsinə qərar verdik. Sonra gündəlik əlaqə saxlayırdıq. Dünən onun yerinə oğlu zəng etdi. Səsindən atası zənn edib “Qardaş, indi necəsən” deyə cavablandırdım. Oğlu məsələni başa saldı, kişiyə artıq oksigen balonu və qanda oksigen saturasiyasını ölçən cihaz aldığını, amma atasının buna baxmayaraq çox halsız olduğunu bildirdi. İndiki dövrdə öz yağında qovrulan bir ailənin o qədər də yaşlı olmayan atası üçün kim bilir hansı loxmasından kəsib oksigen balonu, oksimetr cihazı aldığını təsəvvür edərsiniz yəqin. Üstəlik, karantinin ilk günlərindəki “aylıq gəlirinin yarısı miqdarında cərimə olunduğunu” xatırlatmaq istəyirəm.
Bir az əvvəl media nümayəndələri zəng etmişdilər. Bir-birindən xəbərdar olmasalar da, soruşduqları suallar bənzər idi: TƏBİB rəhbəri payız aylarında xəstəliyin daha da tüğyan edəcəyini söylədiyini və mənim buna münasibətimi soruşurdular - camaat inciyirmiş.
Dünən çox paylaşılan bir Feysbuk paylaşımı gördüm. Orada da belə sual qoyulurdu:
“Əvəzində isə TƏBİB bizi yenə də sevindirir, "payızda vəziyət daha da pis olacaq" deyir.
Sənk yu veri maç, darlinq, budurmı TƏBİB-in pandemiya ilə mübarizədə informasiya strateqiyası? Varmı bunun dediklərini bir senzura edən?
Necə yəni daha da pis olacaq?
Əgər daha da pis olacağsa və hamımız payızda qırılacayığsa, onda nə mənası var bu karantinin, açın-tökün hər yeri, ölümqabağı biraz şellənək, ürəklərdə o qədər son arzular var ki“
Düz deyir! Siz də düz deyirsiniz - demək, camaat inciyirmiş -, elə TƏBİB də düz deyir (indi camaat daha çox inciyəcək).
Necə olur ki, tərəflərin ikisi də düz deyir?!
Əgər bir yerdə opponentlərin bir-birinə zidd fikir söyləməklərinə baxmayaraq, ikisi də haqlıdırsa, demək ki, həqiqət onların ikisindən də böyükdür.
Bu gün TƏBİB-i günahlandırmaq çox asandır. Bir kərə, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tibbi cəhətdən səlahiyyətli qurum odur. Koronavirus da tibbi məsələ deyil mi - əgər vəziyyət indiki kimi acınacaqlıdırsa, çimərliyə gedə bilmirik, rayona gedə bilmirik… a kişi, həyətə düşə bilmiriksə, yəqin günahkar onlardır.
Xeyr, əzizlərim!
TƏBİB koronavirus pandemiyasında insanlara tibbi xidmət göstərməklə məsuldur.
Koronavirus pandemiyası isə ictimai məsələdir - təbabəti aşır. Yəni, həqiqət təklikdə hamımızdan böyükdür.
TƏBİB mənim gözümdə pandemiya dövründə öz işini ən yaxşı həyata keçirən qurumdur. Əslində TƏBİB Azərbaycan əhalisinin hamısının tibbi sığorta ilə təmin edilməsi üçün yaradılmış quruluşdur. Mexanizm sadədir: İcbari Tibbi Sığorta Agentliyi (İTSA) sığorta ödənişlərini yığır, TƏBİB isə əhaliyə xidmət göstərir. İllərdir İTSA haqqında fərmanlar verilsə, söhbətlər getsə də, ilk dəfə 2020-ci ildə Azərbaycan əhalisinin hamısına tibbi sığorta əhatəsində xidmət edilməsi planlaşdırılıb.
Araya COVID pandemiyası girdi və TƏBİB sümükləri bərkiməmiş körpə kimi qaldırılması çətin olan yükün altında qaldı.
Gəlin, xırdalayaq!
TƏBİB nə iş görür?
Əhaliyə tibbi xidmət verir.
TƏBİB əhaliyə COVID pandemiyası dövründə xidmət vermək üçün nələr etdi?
Xüsusi rejimli və ayrıca modul tipli xəstəxanalar qurdu, təchiz etdi, personal təlimatlandırdı.
Etdi mi?
Etdi!
Bakıda Azərbaycan Tibb Universiteti (ATU) Tədris-Terapevtik Klinikası (TTK) və Tədris-Cərrahi Klinikası (TCK) ilə anlaşdı. Şəfa stadionu yanında Yeni Klinika-nı (YK) xidmətə hazırladı. Bakı Sağlamlıq Mərkəzi (BSM) ilə anlaşıb korpusun yarısını xidmətə açdı. Modul tipli xəstəxanalar qurdu. Regionlarda (Sumqayıt, Lənkəran, Masallı, Goranboy və s.) xüsusi rejimli xəstəxanalar qurdu.
TƏBİB elə işin başından açıqladı: biz 7 000 yataq yaratmışıq.
Bu gün üçün (8 İyul, 2020) aktiv xəstə sayı isə 8 474.
TƏBİB-in yaratdığı həcm aşıldımı?
Bəli!
TƏBİB daha çox yataq hazırlaya bilərmi?
Xeyr!
Azərbaycan hələ də Ronaldo, Messi yetişdirə bilmədiyi kimi, TƏBİB də 7 000 yatağın üstünə çıxa bilməyəcək.
Amma TƏBİB lap əvvəldən söz verdiyi 7 000 yatağı yaratdı, təchiz etdi və onlara qulluq edir. Bu gün ATU-TCK-da reanimasiya şöbəsinin həkimlərinin əksəriyyəti yoluxub. Reanimasiya şöbəsinin müdiri özü reanimasiyada yatarkən xırıldaya-xırıldaya qonşu yataqlarda yatan digər xəstələrin müalicəsinə nəzarət edir.
Niyə belə olur?
Yoxdur başqası.
Azərbaycanda ATU-dan məzun olan yüzlərlə həkim haraya getdi o zaman?!
Almaniyaya.
Dedim axı, həqiqət opponentlərin özündən böyükdür.
Bu şərtlərdə TƏBİB-I qınamaq ən asan məsələdir. Çünki, TƏBİB işçilərinin arxasında duran bir əjdaha yoxdur.
P.S. Bu sətirlər yazılan sırada ATU-TCK reanimasiya şöbə müdiri Dr. Cavid artıq vəziyyəti pisləşdiyi üçün başqa xəstəxanaya köçürülüb. Bu günə qədər hamı ATU-TCK-ya düşməyə çalışırdı. Orada ölüm riski çox aşağı idi deyə. Bu gün hər insanın canı üçün ciddi-cəhdlə çalışan dostlarımız özləri xəstələndiyi üçün iş başqa dostlara düşdü.
Qəzamız mübarək olsun! //bakupost.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:9-07-2020, 17:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-07-2020, 17:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29