Küsülü nazir müavinlərinin qarşıdurma ocağına çevirdiyi XİN - yeni iddialar
Prezident İlham Əliyevin son Qarabağ bəyanatları neçə gündür ki, müzakirə olunur. Qeyd edək ki, ölkə başçısı Azərbaycan dövlətinin Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyini bəyan etməklə yanaşı, işğalçı ölkəyə və beynəlxalq təşkilatlara, xüsusilə də Minsk Qrupunun həmsədrlərinə sərt xəbərdarlıqlar edib.
İ.Əliyevin bəyanatları İrəvanda isterik reaksiya doğurub və işğalçı ölkədə geniş müzakirələrə səbəb olub.
Gəlin görək, Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov fəaliyyəti dövründə Ermənistana, onun nümayəndələrinə münasibətdə hansı uğurlu addımı, parlaq bəyanatı ilə yadda qalıb? Xatırlamaq olmur. Adətən nazir erməni həmkarları ilə gülə-gülə, kefikök halda fotolar çəkdirdiyinə görə tənqid olunub. Vətəndaş haqlı olaraq düşünür: necə olur ki, dövlət başçısı Ermənistan rəhbərliyini istənilən beynəlxalq platformalarda, üzbəüz görüşlərdə, onlayn müzakirələrdə kəskin şəkildə tənqid edir, bu ölkənin faşizm ideyalarına sadiqliyini bəyanlayır, Qarabağ məsələsində birmənalı mövqeyini açıqlayır, amma XİN başçısı “ütülü”, “dişsiz” bəyanatlardan o tərəfə keçmir. Bir qayda olaraq xarici siyasət idarəsi mətbuat xidmətinin açıqlamaları ilə kifayətlənir. Prezident isə heç zaman öz köməkçilərinin açıqlamaları ilə kifayətlənmir, mütəmadi qaydada prinsipial mövqeyini ortaya qoyur. Əslində sərt mövqe daha çox XİN rəhbərindən gəlməliydi, çünki o, Prezidentin etimad göstərdiyi, çox mühüm sahəyə rəhbərlik edən məmurdur. Haqlı olaraq ortaya suallar çıxır: necə olur ki, Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyan E.Məmmədyarovla videokonfrans səviyyəsində müzakirələrdən dərhal sonra işğal altındakı Qarabağa gəlir, oradan separatçılara dəstək verir, amma cənab Məmmədyarov bütün bunları sükutla qarşılayır? Erməni nazir deyir “Dağlıq Qarabağ danışıqlarda tərəf olmalıdır”, amma bizim nazirdən heç bir reaksiya eşidilmir? Niyə? Necə olur ki, nazirlərin görüşündən sonra Minsk Qrupunun həmsədrləri “müharibə yolverilməzdir” məzmunlu bəyanat yayırlar və status-kvonu uzatmağa çalışan Ermənistanı məmnun edirlər, amma danışıqlarda ölkəmizi təmsil edən XİN başçısı səsini çıxartmır? Və...həmsədrlərin bəyanatına Azərbaycan prezidenti kəskin cavab verir. Bəyan edir ki, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil! Prezident həm də sual edib: “ATƏT-in Minsk Qrupu Ermənistanın baş nazirinin ”Qarabağ Ermənistandır" iddiasına niyə cavab vermir? Niyə cavab verilmir ki, bu ifadə əslində Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir?" Bu haqlı sualları E.Məmmədyarov indiyədək keçirdiyi hansı görüşlərdə dilə gətirib?
Diqqət edin, Ermənistan XİN rəhbərinin son avantürist bəyanatına bizim nazirlikdən yenə də ütülü reaksiya verildi: “Qarabağda yaşayan ermənilər Azərbaycanın bu bölgəsində yaşayan iki icmadan birini təşkil edir; Qarabağın azərbaycanlı icması Ermənistanın təcavüzü nəticəsində evlərindən didərgin düşüb, məcburi köçkünə çevrilib”. Sabiq nazir Tofiq Zülfüqrov haqlı olaraq qeyd edir ki, bir ölkənin daxilində hansısa icmadan söhbət gedə bilməz, bu, ənənəvi münasibət dəyişməlidir. XİN işğal faktorundan bəhs etməlidir. Amma... Mnatsakanyan görüşdən çıxan kimi deyir “heç bir ərazi güzəştindən söhbət gedə bilməz”. Bizim nazir isə sevdiyi ifadəni təkrarlayır: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır”. Axı cavab adekvat deyil. Belə yerdə deyirlər ki, görünür, “özünü pis adam etmək istəmir”.
Müşahidəçilər hesab edir ki, belə münasibətlə xarici siyasət idarəsi nəinki Qarabağ məsələsində, milli maraqlarımızın təmin olunması ilə bağlı heç bir istiqamətdə uğur qazana bilməz. Təsəvvür edin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak etdiyi mötəbər tədbirlərdə nəinki ölkəsinin, o cümlədən Azərbaycanın maraqlarını ifadə edir. Elə son bəyanatında demişdi ki, Qarabağ məsələsində Azərbaycana istənilən dəstəyi verməyə hazırıq. Təbii ki, qardaş ölkə rəsmisinin bu mövqeyi cənab İlham Əliyevin beynəlxalq tədbirdə “Türkiyə prezidenti burada yoxdursa da, mən burdayam” deyib Türkiyə düşmənlərinə qarşı cavab verməsindən də qaynaqlanır. Lakin ekspertlər də dəfələrdə bildiriblər ki, biz Azərbaycan XİN başçısından bunca qətiyyətli mövqe görə bilmirik. Hansı ki, Prezident “hücum diplomatiyası” barədə konkret tapşırıqlarını verib, XİN rəhbərinə etimad göstərib, ancaq bu qədər səlahiyyətlərin, imkanların fonunda nazir heç olmasa dövlətin başçısına da dəstək olmur, onunla ayaqlaşa bilmir. Anlayırıq, XİN başçısı azərbaycanca səlis danışa bilmir - təbii ki, bu, ona bəraət qazandırmır - amma buyursun, ingiliscə, rusca ermənilərin cavabını versin, heç olmasa qabaqcadan hazırlanmış mətnlərlə! Necə deyərlər, hanı onun sözünün kəsəri?!
****
Bütün bunların əvəzində biz nə görməkdəyik? Dövlət Təhlükəsizlik Xidmətinin son əməliyyatı bu qurumda dəhşətli vəziyyətin hökm sürdüyünü ortaya çıxartdı. Rəsmi məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib...
Acı təəssüf doğurur, Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı dövlətə töhfə verməli, Prezidentə kömək etməli olan nazirliyin başı korrupsiya və füşvətə, başqa əməllərə qarışıbmış. Ekspertlər şübhə etmir ki, burada nazirin birbaşa məsuliyyəti var. Hesab olunur ki, nazir E.Məmmədyarov istefaya göndərilməli, nazirlik yenidən qurulmalı, yaranmış siyasi konyukturaya uyğun bir Xarici İşlər Nazirliyi təşkil olunmalıdır.
Yuxarıda sadalananlardan ortaya çıxan qənaət budur: Azərbaycanın milli maraqlarının qorunmasında nazirliyin rəhbərliyi passiv mövqe nümayiş etdirir, üstəlik, onun rəhbər kadrların arasında ciddi şəkişmələr mövcuddur. “Yeni Müsavat”a məlum olub ki, nazirin müavinləri komanda şəklində Azərbaycana xidmət etmək əvəzinə, konfliktdədirlər. Belə ki, onların bir neçəsi bir-biri ilə küsülüdür, aralarında qarşıdurma var. Bu səbəbdən də bəzən aylarla hansısa sənədləri imzalamırlar. Aldığımız məlumata görə, təyin olunan səfirlərin əksəriyyəti nazirin yaxın adamları, köməkçiləri, ya da XİN-də bilavasitə onunla çalışmış kadrlardır. Hətta Prezidentin şəxsən müəyyənləşdirdiyi kadrlar “unudulur” və ən yaxşı halda, uzaq ölkələrə göndərilir. Səfirliklərin fəaliyyətinə nəzarət isə çox zəifdir... Bəzən “qiyamçı” diplomatların ortaya çıxması da buradan qaynaqlanır.
Heç şübhəsiz ki, Qarabağ məsələsində iki qurumun üzərinə əsas yük və vəzifələr düşür: Xarici İşlər və Müdafiə nazirliklərinin. Yuxarıda müqayisə apardıq. İndi müdafiə nazirinin fəaliyyətilə bağlı da bəzi məqamları qeyd edək. Prezidentin son sərt bəyanatından dərhal sonra müdafiə naziri Zakir Həsənov cəbhə xəttinə getdi, səngərə girdi, əsgərlərimizlə şəxsən görüşdü, bununla da ordunun döyüşə hazırlığını bir daha nümayiş etdirdi. Müdafiə naziri Ali Baş Komandanın tapşırıqlarına uyğun olaraq hərbi təlimlərə rəhbərlik edir, bir sıra hallarda isə kəskin bəyanatları ilə düşmənə xəbərdarlıq edir. Cənab Həsənov bir müddət öncə bütün səviyyələrdən olan komandirlərdən düşmənin müxtəlif təxribatlarının qarşısının alınması, cəbhənin bütün istiqamətlərində onun aktivləşməsinə qətiyyətlə yol verilməməsi və döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalarını tələb edib. Bugünlərdə nazir 2016-cı ilin aprel döyüşləri barədə danışarkən bildirdi ki, “Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi”.
Z.Həsənov daha sonra əlavə edib: “Həmin vaxt onlar Rusiyaya, Sergey Şoyquya zəng edərək yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub, mən Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və bizim məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin ön xətdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”. 4 il əvvəlki döyüşlərdən keçən müddətdə ordumuzun qüdrəti daha da artıb və əmr gözləyir. Ancaq çox təəssüf ki, diplomatiyamız hazırlıqlı olmadığını nümayiş etdirdi. Əgər bu gün Ermənistan BMT-nin 4 qətnaməsini yerinə yetirmədiyi halda, Azərbaycanı “işğalçı” adlandırırsa və XİN rəhbərindən tutarlı cavab almırsa, deməli, bu qurumun tam yenilənməsinə zərurət var. Necə olur ki, Prezident hətta pandemiya ilə bağlı BMT-nin xüsusi sessiyasının çağırılmasını təklif edir, amma XİN rəhbəri erməni həmkarının danışıqları pozmağa yönəlik təxribatçı davranış və açıqlamaları ilə bağlı bir dəfə də olsun BMT rəhbərliyi ilə birbaşa müzakirələrə cəhd göstərmir? Ermənistanın təxribatları saysız-hesabsızdır, uşaqları belə qətlə yetiriblər, Kəlbəcər sakinlərini 6 ildir girov saxlayırlar. Görək, E.Məmmədyarov bir dəfə Nyu-Yorka, BMT-nin mənzil qərargahına uçub etirazını şəxsən çatdırıbmı?
Beləliklə, XİN hərbi ritorika ilə də ayaqlaşa bilmir. Bir sözlə, Azərbaycan XİN yenidən qurulmalı, sistemləşdirilməli və ciddi kadr islahatlatları aparılmalıdır. Nazir başda olmaqla, müavinlər, yuxarı eşelon kadrlar, indiki nazirə yaxın səfirlər dəyişdirilməlidir. Əks təqdirdə, Qarabağda zəfər qazanmaq çox çətin olacaq. Bu məsələdə diplomatiyamız və ordumuz paralel hərəkət etməlidir...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:10-07-2020, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-07-2020, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20