reklam
Regionxeberlericom.az » Sosial » Oqtay Şirəliyevin nazirliyində yarım milyonluq BÜDCƏ OĞURLUĞU - Hamısını geri qaytarmalı olublar...

reklam

Oqtay Şirəliyevin nazirliyində yarım milyonluq BÜDCƏ OĞURLUĞU - Hamısını geri qaytarmalı olublar...


Hesablama Palatasının Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində 2018-2019-cu illərdə dövlət vəsaitinin sərf edilməsi ilə bağlı auditin nəticəldərini açıqlayıb.

Audit zamanı mişində çoxsaylı pozuntular, vəsaitlərin səmərəsiz istifadəsi aşkar edilib

Belə ki, Mərkəz tərəfindən 2018-2019-cu illər üçün proqnoz layihələri tərtib edilərkən ümumi təyinatlı, o cümlədən Proqram və tədbirlər üzrə dərman vasitələrinin alınması üçün zəruri büdcə vəsaitinin proqnozlaşdırılması zamanı bir xəstəyə düşən xərc məbləği üzrə normativlər tətbiq olunmayıb və hər ilin sonuna anbarda mövcud olan dərman qalığı nəzərə alınmayıb.
Yoxlama göstərib ki, qeydiyyatda olan xəstələrin sayı və çarpayı günləri, habelə aparılmış müayinələrin sayının dəyişməsi təhlili edilməyib, mövcud tələbatlar düz nəzərə alınmayıb.

Nəticədə bəzi tədbirlər proqramları üzrə ayrılmış vəsaitin az olması səbəbindən ümumi təyinatlı dərman vasitələrinin alınmasına ayrılmış mərkəzləşdirilmiş vəsait hesabına dərman vasitələri alınıb.

Auditlə əhatə olunan illərdə “2016-2020-ci illər üçün Hemofiliya xəstəlikləri üzrə Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”, “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" üzrə nəzərdə tutulmuş bəzi tədbirlərin müəyyən olunmuş müddətdə icrası təmin edilməmiş, eləcə də alınmış dərman vasitələrinin bölüşdürülməsi zamanı mövcud normativlərin tələblərinə əməl olunmaması, səhiyyə müəssisələri üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində 1 xəstəyə düşən xərclər əhəmiyyətli dərəcə də fərqli olmuşdur.

Auditlə əhatə olunan dövrdə dərman vasitələrinin alınması zamanı bağlanılmış müqavilələrin xüsusi şərtlərinə tam nəzarət edilməmiş, 2019-cu ildə bağlanılmış müqavilələrdə alınacaq dərman vasitələrinin yararlıq müddəti əsas göstərilmədən endirilmiş, 2018-2019-cu illərdə təchizatçılar tərəfindən bəzi hallarda bağlanmış müqavilələrdə yararlıq müddəti ilə bağlı şərtlərə uyğun dərman preparatları və tibbi təynatlı vasitələr təhvil verilməmiş, 2019-cu ilin sonuna isə anbarda qalan 4773,9 min manat məbləğində dərman preparatlarının və tibbi təyinatlı vasitələrin yararlıq müddəti 7,0%-53,0% arasında olmuşdur.

Həmçinin 2018-ci ildə 1272,2 min manat, 2019-cu ildə isə 309,1 min manat dəyərində dərman vasitələrinin istifadə təlimatları azərbaycan dilinə tərcümə olunmamış, dərman preparatları və tibbi təyinatlı vasitələrin alınması ilə bağlı bağlanılmış müqavilələr üzrə öhdəliklərin icraçı müəssisələr tərəfindən vaxtında icra edilməməsinə görə müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilmiş günlər üçün cərimə məbləğinin hesablanması və alınması təmin edilməmişdir. Eyni zamanda 2018-ci ildə müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi səbəbindən bağlanılmış müqavilələrin icra müddəti uzadılmış və dərman vasitələri müəyyən olunmuş müddətlərdə alınaraq tibb müəssisələrinə çatdırılmamışdır.

Mərkəz tərəfindən 2018-ci ildə Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən dövlət qeydiyyatına alınmayan və qiymətləri tənzimlənməyən 21 adda 950,8 min manat, 2019-cu ildə isə 29 adda 1716,3 min manat dəyərində dərman vasitələri alınmışdır.

Aparılmış audit nəticəsində 2018-ci ildə mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması prosesində aşkar edilmiş nöqsanlar, 2019-cu ilin maliyyə hesabatlarının hazırlanması zamanı görülən tədbirlər nəticəsində aradan qaldırılmış, müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilmiş günlər üçün hesablanmış 457,4 min manat məbləğində cərimənin büdcəyə ödənilməsi təmin edilmişdir.


Paylaş:


Müəllif : Tarix:
10-07-2020, 11:39
Sikayət   


loading...
Загрузка...