Sabunçuda illərdir yığılıb qalan problemlər – Deputat SADALAYIR
Bakının ən problemli rayonları siyahısında Sabunçunun özünəməxsus yeri var. Mətbuat səhifələrində çıxan yazılar, şikayətçilərin ünvanladıqları müraciətlər əsasında bu fikri söyləmək olar.
Şikayətlərin və iddiaların icmalını versək, söyləyə bilərik ki, Sabunçuda problemlər illərdir yığılıb qalıb və həllini gözləyir.
2019-cu ildə Sabunçu Rayon İcra Hakimiyyətində nöqsanlar aşkarlanıb. Bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında yazılıb.
Qanunsuzluqlar dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin auditi - büdcə vəsaitlərinin proqnozlaşdırılması, qanunauyğun, qənaətli və səmərəli istifadəsi ilə bağlıdır.
İcra hakimiyyətində büdcə üzrə yeddi, əsaslı vəsait qoyuluşu üzrə iki, dövlət satınalmaları üzrə beş, mühasibat uçotu və hesabatlılıq üzrə üç nöqsan aşkar edilib.
Təbii ki, icra hakimiyyətindəki nöqsanlar da problemlərin həllinin qarşısında sipər rolunu oynayır.
Bildirək ki, Sabunçu rayonunu Milli Məclisdə üç deputat təmsil edir - 26 saylı Sabunçu Birinci, 27 saylı Sabunçu İkinci, 28 saylı Sabunçu Üçüncü seçki dairələri.
28 saylı Sabunçu Üçüncü seçki Dairəsindən Milli Məclisə deputat seçilən Eldar Quliyev Sabunçunun problemləri barədə Oxu.Az-a danışıb.
Millət vəkili qeyd edib ki, Sabunçuda su qıtlığı yaşanır. E.Quliyev bildirib ki, təmsil olunduğu dairədəki ərazilərdə ara küçələr təmir olunmayıb.
Sabunçu ərazisində digər bir problem isə məktəb çatışmazlığıdır.
“Bu gün 80 minə yaxın əhalisi olan Maştağada məktəb çatışmazlığı mövcuddur. Mən məktəb tikintisi ilə bağlı təkliflər vermişəm”, - deyə E.Quliyev əlavə edib.
Deputat Sabunçuda sənədsiz ev probleminin də həll olunmamasına diqqət çəkib:“Dəfələrlə bu barədə müzakirələr olub. Mən büdcə müzakirələri zamanı demişəm ki, nəinki Sabunçu üzrə, ümumilikdə respublikada sənədsiz evlər dövlət rüsumları əsasında qeydiyyata alınsın və büdcəyə də xeyir gəlsin”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-07-2020, 16:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-07-2020, 16:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16