reklam
Regionxeberlericom.az » Sosial » Neftçalada vəziyyət əvvəlkindən fərqlənmir... - GİLEY

reklam

Neftçalada vəziyyət əvvəlkindən fərqlənmir... - GİLEY


İbtidai icma quruluşunda insanlar yaşamlarını sürdürmək üçün təbiətdə qida yığıcılığı ilə məşğul olardılar. Tarixi dövrlərin inkişafı nəticəsində yığıcılığın aradan qalxmasına, XXI əsr olmasına baxmayaraq, Azərbaycanda yığıcılıq hələ də qalmaqdadır.

Amma çox təəssüf ki, bu yığıcılıqla məşğul olanlar heç də yabanı bitkilər, giləmeyvələr deyil, çörəyini daşdan güc-bəla ilə çıxaran ac-yalavac camaatın olan-qalanını zorla əlindən yığıb aparan icra başçıları, məmurlardır.

Ölkə başçısının 2019-cu ildə başlatdığı islahatlar bəzi icra başçılarının yığıcı əllərini boş qoymaqla, oturduqları kreslolardan qaldırtdırıb, cibləri boşaldılıb ya həbsə, ya da “təqaüd”ə yola saldı. Elə 2020-ci ilin gəlişi də bəzi icra başçılarının başlarına daş saldı, əsas da özünü Neftçala xanı hesab edən İsmayıl Vəliyevin təpəsinə lap ağır daş salındı. Feodal İsmayıl Vəliyev və onun yığıcı ətrafı barədə həbs qəti imkan tədbiri seçildi. Onu postunda əvəz edən yeni icra başçısı Seyidov Mirhəsənin də hələ müsbət fəaliyyətləri gözə dəymir. Məhz bunun nəticəsidir ki, Neftçala şəhərinin kəndlərində icra nümayəndələrinin özbaşınalıqları ayaq açıb geniş addımlarla irəliləyir.

Bu cür irəliləyərək ətrafdakıları vecinə almayan Boyat kəndinin icra nümayəndəsi Asif Qafarov, bələdiyə sədri Həşimov Dəyanət və sahə müvəkkili Hüseynov Əhmədağadır. Onu da vurğulayım ki, Neftçala şəhərinin Xınlıq, Balzallı, Dördlər kəndlərinin öz icra nümayəndəsi, bələdiyə sədri, sahə müvəkkili olmadığından adı çəkilən yaşayış məntəqələri Boyat kəndinin aidiyyatı dövlət qrumlarına əsas da icra nümayəndəsi Asif Qafarovun hökmranlığına tabedir.

Yuxarıda adı çəkilən vəzifəli şəxslər 4 kənddə hökmranlıq etmələrinə baxmayaraq, sakinlərin dərdlərinə, şikayətlərinə hay verməyərək kobudcasına laqeydlik, başdan etməklə məşğuldurlar. Həmin şikayətçilərdən biri də Dördlər kənd sakini Zeynalova Zeynəb Ağamverdi qızıdır. Adı çəkilən xanımın şəxsi mülkiyyəti olan 9,12 hektarlıq torpaq sahəsinə qardaşı Zeynalov Rüfət Ağamverdi oğlu müdaxilə edərək 1,3 hekrarını zorla mənimsəyib.

Şikayət etmədiyi yer qalmasa da, hay verən olmayıb. Bu azmış kimi Rüfət Zeynalov sonradan Zeynəb xanımın 2,5 hektarlıq sahəsində əkdiyi arpa və otu da mənimsəyərək satıb, pulu da cibinə qoyub. Aidiyyatı qurumlara şikayətlər etsə də, onlar kobudcasına laqeydliklə başlarından edib, yaxud gedin məhkəmə şikayət edin kimi cavablar verilib.

Bu barədə Zeynəb xanım deyir:
“Əvvəlcə qardaşım 1,3 hektar torpağımı əlimdən alaraq çəpərlədi. İcra nümayəndəsinə, bələdiyə sədrinə şikayət etsəm də hay verən olmadı. Bir təhər dözüb, başımı aşağı salıb əkinə başladım. Min bir əzab, borc-xərclə arpa və ot əkdim. Yığım-biçimə çox az qalmış qardaşım əkin sahəmə girib arpanı da, otu da biçdirib aparıb sataraq pulu da cibinə qoyub. Sahəmdən 4 ton arpa, 200 press ot yığılıb. Kilosu 40 qəpikdən arpanı, otun pressini 2 manatdan satırdım.

Həmin qiymətlərlə hesablasaq 1800 manat pulum da mənimsənilib. Bu barədə icra nümayəndəsi Asif Qafarova, bələdiyə sədri Dəyanət Həşimova, sahə müvəkkili Hüseynov Əhmədağaya və digər polis işçisi Dadaşov Nərimana dəfələrlə şifahi şəkildə şikayətlər bildirməyimə baxmayaraq, “Ailə daxili məsələlərinizi öz aranızda həll edin, biz Rüfətə ( Rüfət Zeynalov nəzərdə tutulur – müəllif) bata bilmərik. Həm də 1,3 hektarlıq torpağa və 140 manatlıq arpa-ota görə məsələni böyütmək məsləhət deyil” kimi sözlərlə başlarından elədilər.

Adı çəkilən şəxslərə, Neftçala icra başçısına, hətta deputat Fəzail Ağamalının adına yazdığım bütün ərizələrin hamısına “gedin məhkəməyə müraciət edin” cavabları gəldi. Neftçala şəhər məhkəməsinin sədri Tağıyev Əliyə müraciət etsəm də, o da laqeydlik göstərdi”.

Görünür İsmayıl Vəliyevin DTX əməliyatı nəticəsində bazarlığının, vəzifə səhlənkarlığı, rüşvət alma, vətəndaşları sıxma-boğma və s. qanunsuz əməllərinin üstü açılması nə təzə icra başçısı Mirhəsən Seyidov, nə illərdir icra nümayəndəsi kreslosuna möhürlənib qalmış Asif Qafarov, nə bələdiyə sədri Dəyanət Həşimov, nə də sahə müvəkkili Hüseynov Əhmədağa üçün dərs olmayıb. Odur ki, adı çəkilən şəxslərin yola salınma mərasimi vaxtı çoxdan gəlib çatmış, hətta gecikmişdir.
GundemXeber.Az


Paylaş:


Müəllif : Tarix:
13-07-2020, 09:23
Sikayət   


loading...
Загрузка...