reklam
Regionxeberlericom.az » Sosial » "Tovuz təxribatı Ərdoğana mesajdır" - ABŞ Qulf Analitik Mərkəzi

reklam

"Tovuz təxribatı Ərdoğana mesajdır" - ABŞ Qulf Analitik Mərkəzi


Ermənistanın Tovuzda törətdiyi təxribatın Türkiyə Prezidentinə mesaj olduğunu düşünürəm.

Bu sözləri ABŞ Qulf Analitik Mərkəzinin eksperti doktor Teodor Karasik Tovuzda baş verən son hadisələri Axar.az-a şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, təxribatın Aya Sofya ilə bağlı qəbul edilən məlum qərardan dərhal sonra baş verməsi təsadüfi deyil.

“Məhz ertəsi gün dondurulmuş münaqişənin buzlarının bu səviyyədə açılmasına cəhd böyük geosiyasi oyun nümunəsidir. Bu mədəni abidənin mahiyyətinin dəyişdirilməsindən məmnun olmayan həmin qüvvələr İrəvan vizyonu ilə ziddirlər. Əlbəttə, daxili amillər də var, amma əsas hərəkətverici qüvvə kimi bu məsələni görürəm. Türkiyə Prezidentinin bu güc nümayişinə qarşı olan şəxslər ona mesaj göndərmək istəyib. Din və pandemiya çox çirkin geosiyasətə səbəb olur”, - deyə politoloq bildirib.


Paylaş:


Müəllif : Tarix:
13-07-2020, 09:28
Sikayət   


loading...
Загрузка...