reklam
Regionxeberlericom.az » Sosial » 4 ildir işçinin haqqını yeyir... - NARAZILIQ...

reklam

4 ildir işçinin haqqını yeyir... - NARAZILIQ...


Sumqayıtda Dənizkənarı Bulvarın tikintisini həyata keçirən və 4 ildir pullarını ala bilməyən iş adamları rəsmi qurumlardan kömək istəyirlər...

Xəbər verdiyimiz kimi, Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup sahibkar arasında maliyyə qalmaqalı davam edir. İndiyə qədər müxtəlif dövlət qurumlarına müraciət edən və müsbət cavab ala bilməyən sahibkarlar geri çəkilmək fikrində deyillər. Onlar bildirirlər ki, öz haqlarını alanadək prosesə davam edəcəklər.

PİA.az xəbər verir ki, həmin iş adamları Zakir Fərəcovdan növbəti dəfə açıq məktub ünvanlayıblar. Sahibkarlar yazırlar ki, Sumqayıtın icra başçısı qanunsuzluq etməklə yanaşı, ölkə başçısının tapşırıqlarını icra etməkdən də boyun qaçırır. Onların sözlərinə görə, dövlət başçısının sahibkarları və vətəndaşları incitməmək barədə verdiyi tapşırıq Sumqayıtda icra olunmur: “Biz bir qrup sahibkar 4 ildir ki, sənin qanunsuzluqlarının qurbanına çevrilmişik. 2016-cı ildə bizə yalvarıb, “bu işi tez başa çatdırmaq lazımdır”, deyəndə səmimiyyətinizə inanmışdıq. Elə zənn etmişdik ki, dövlət büdcəsindən ayrılmış pulları şəhərin Bulvarının tikintisinə sərf edəcəksiz. Amma işi təhvil verdikdən sonra bizə elə bir üz göstərdiniz ki, buna nə ad verəcəyimizi hələ də bilmirik. Düz, 4 ildir halal haqqımızı sizdən ala bilmirik. İndi isə bu qoca yaşında təkcə, bizim yox, həm də dövlət rəhbərlərinin gözünün içinə yalan danışaraq, həmin pulu ödədiyinizi deyirsiz. Madam dediyiniz həqiqətdir, o zaman ortaya bircə sənəd qoyun ki, həmin pulu bizə vermisən. Varmı belə bir sənəd? Axı, hardan olsun. Olmayan bir şeyi necə üzə çıxara biləcəksiniz?”.

İş adamları yazır ki, Zakir Fərəcov yuxarı instansiyaları aldatmaqla nə etdiyini heç özü də bilmir: “Yuxarı instansiyalara yazıb deyirsiz ki, guya, bizə çatacaq pulları ödəmisiz. O biri tərəfdən də bizə deyirsiz ki, “indi pulum yoxdur”, “koronavirus problemi var, bitsin, hamımızın pulunu qaytaracam”. Bu azmış kimi, gah müaviniz, həm də qohumunuz Adil Xudadatovun Sumqayıtdan pul yığacağını və gətirəcəyini deyirsiz. Bir başqa qohumunuz, “komunxoz”un müdiri olan Hüseyni hazırda pul üçün göndərdiyinizi, onun da haradansa pul yığıb gətirəcəyini bildirirsiz. Hələ onu demirik ki, Nəqliyyat Departamentinin keçmiş rəhbəri, yenə də qohumunuz olan şəxs pulları götürüb, aradan çıxdı. Cənab Fərəcov, bu yalanlarınla hara getmək istəyirsiz? Nə etməyə çalışırsız? Adil, Hüseyn və bir digəri niyə hardansa pul yığmalıdır? Məgər dövlətin büdcəsində pul yoxdur ki, vəzifə başına gətirdiyin qohumlarınızı şəhər camaatının canına salırsız? Dövlətin ayırdığı pulu hara etmisiz? Axı, Sumqayıt Bulvarının tikintisi üçün büdcədən pul ayrılıb. Hanı həmin pullar?” Bizə sizin qohumlarınız bildirirlər ki, Zakir Fərəcov dövlət büdcəsindən ayrılmış pulların hamısını mənimsəyib. Biz yaxşı bilirik ki, Bulvarın tikintisi üçün ayrılmış pulları özünün şirkətlərindən birinin hesabına köçürüb, sonrada oradan götürürərək, mənimsəmisiz. Və həmin mənimsədiyiniz pulları “sahibkarlara ödəmişəm”, deyərək yuxarıları aldatmağa çalışırsız. Həmin pullarla oğlunuza bizim inşa etdiyimiz Bulvarda yeni restoran tikdirmisiz. Bu azmış kimi, Goradildə, Abşeron rayonunda onlarla mülkə sahiblənmisiz. Özünüzün adınıza məhəllə belə saldırmısiz. Niyə sahibkarların, camaatın halal pulunu yeyirsiz? Qorxmursuz ki, bir gün bunun əvəzi sizdən çıxar? Niyə qanunsuzluq və ədalətsizlik edirsiz? Niyə dövlətin siyasətinə qarşı çıxırsız? Məgər dövlət sizə pislik edib? Əslində cənab Prezident sizə böyük etimad göstərib. Bu etimadın dəyərini bil. Kimlərin sayəsində bu yerlərə gəlib çıxmısız, hamıya məlumdur. İndi o zaman deyil ki, Eldar Mahmudov üçün Abşeronda general furajkası formasında villa tikdiriməklə, canınızı qurtarasız”

İş adamları vurğulayır ki, Zakir Fərəcov hamını aldatmaqla vəziyyətdən çıxa biləcəyini düşünür. Sahibkarlar sonda növbəti dəfə dövlət başçısına müraciət ediblər. “Cənab Prezident, bu vaxta qədər bütün dövlət qurumlarına, o cümlədən Sizə dəfələrlə müraciət etmişik. Əminik ki, müraciətlərimiz Sizə çatmadığndan hər hansı bir tədbir görülməyib. Biz onu da yaxşı bilirik ki, belə azğın, siyasətinizə qarşı gedən, Sumqayıt kimi şəhərdə hakimiyyətiniz haqqında mənfi rəy yaradan, habelə əhali ilə hökumət arasında narazılıq yaratmaqda olan Zakir Fərəcovun öhdəsindən ancaq Siz gələ bilərsiniz. Ümid edirik ki, bu dəfə müraciətimiz Sizə çatacaq və Zakir Fərəcovla bağlı tədbir görüləcək”.


Paylaş:


Müəllif : Tarix:
13-07-2020, 12:44
Sikayət   


loading...
Загрузка...