Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Bu günlərdə dövrü mətbuatda Hesablama Palatasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ayrılan vəsaitlərin icrasına dair apardığı uyğunluq auditinin nəticəsi barədə məlumatlar yayıldı.Xəbərdə Komitənin Mənzil İstismar Departamenti tərəfindən yol verilmiş bir çox qanunsuzluqların törədildiyi bildirilir, auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə ümumilikdə 109,2 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpasını təmin etdiyi, digər artıq ödəmələrin bərpası və müavinət alan şəxslər siyahılarının dəqiqləşdirilməsi üzrə işlərin davam etdirildiyi bildirilirdi.
Bunlar təbii ki,son illərin yoxlamalarının nəticələridir. Bəs görəsən əvvəlki illərdə,burada anarxiyanın baş alıb getdiyi dövrlərdə nə kimi qanunsuzluqlar olub,nə qədər dövlət vəsiti mənimsənilib? Məlum olduğu kimi doğmalarını itirən, yurd həsrəti ilə yaşayan, evsiz-eşiksiz, işsiz qalan insanlarımız qaçqınlığın xüsusi ilə ilk illərində dəhşətli sosial-iqtisadi çətinliklər çəkdilər,uzun illər çadırlarda qaldılar. Son 10 ildə isə dövlət məcburi köçkünləri çadır şəhərciklərindən tamamilə çıxarıb,onların yerləşdirilməsi üçün yeni,hər cür şəraitlə təchiz olunmuş binalarda mənzillərlə təmin etdi.Amma qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən kommunal xərcləri üçün işıq, qaz, suya görə dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi və eləcə də məcburi köçkünlərin mənzillərlə təmin olunmasında ailə tərkibinə görə daha geniş mənzil istəyənlər üçün ən azi 2000 manat vermələri, həmçinin köçkünlər üçün nəzərdə tutulan mənzillərın pulla köçkün olmayan şəxslərə də satılması barədə dövrü mətbuatda kifayət qədər məlumatlara rast gəlmək olar.Bəs maraqlıdır,bu işlərin başında həmin dövrdə kimlər dururdu?
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə bu kimi işlərin başında Komitənin Mənzil İstismar Departamentinin uzun müddət direktoru vəzifəsini tutmuş Pənah Əliyevin dururmuş.Qeyd edilir ki,uzun müddət məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlərlə Pənah Əliyev öz vəziyyətini yaxşılaşdırıb.Həmin dövrdə mətbuatın yazdığına görə tutduğu vəzifə hesabına Pənah Əliyev paytaxtda böyük əmlak sahibi olub. Belə ki, 9-cu mikrorayon, Mircəlal küçəsi, 121 c ünvanında yerləşən “Sombrero” restoranı, “Dental” klinikası, Kazımovski küçəsi 185 ünvanda yerləşən ev, «Qızıltac» restoranının arxasında Mircəlal küçəsi 6 ünvanında bir neçə boş mənzil, «Varovski»dəki villa məhz sabiq departament müdirinə məxsusdur.Başqa bir məlumata görə, Pənah Əliyev departament rəisi işləyərkən Goranboy rayonunun Veyisli qəsəbəsində 589 ailə üçün nəzərdə tutulmuş şəhərcikdə onlarla mənzili pulla satıb.
Əldə etdiyimiz məlumatlara görə “Qaçqınkom”da vəzifəsini itirdikdən sonra Pənah Əliyev çox keçmir ki,2016-cı ilin aprelində yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyində mühüm bir vəzifə alır. Amma Agentlikdə onun vəzifəsinin konkret nədən ibarət olması barədə səhih məlumat yoxdu.
“Bu layihənin icra edilməsi bir daha onu göstərir ki, sosial məsələlərin həlli bizim üçün həmişə prioritet olub. Bu il aprel ayının 11-də mənim sərəncamımla Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Bu agentliyin əsas vəzifəsi vətəndaşların mənzil-məişət problemlərini həll etməkdən ibarətdir”
Bunu prezident İlham Əliyev, Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaq.
“Yasamal rayonunda icra edilən layihə birinci layihədir. Bundan sonra da layihələr icra ediləcək. Burada 29 yaşayış binasının, uşaq bağçasının, məktəbin tikintisi nəzərdə tutulur. Bu yaşayış kompleksində 1800-dən çox mənzil inşa ediləcək. Ümid edirəm ki, biz bu birinci layihənin açılışını 2018-ci ildə qeyd edəcəyik”, — ölkə rəhbəri qeyd edib.
Ölkə başçısının sözügedən təməlqoyma mərasimindən artıq iki il keçib.Bu müddət ərzində MİDA bir necə tikintini həyata keçirərək elektron satışını təşkil edib. Ağentliyin təşkil etdiyi elektron satışla əlaqədar MİDA-nın sosial şəbəkə hesablarında vətəndaşların ifadə etdiyi narazılıqlar, sistemin gec açılmasını, mənzil əldə edə bilmədiklərini və s. kimi problemlər bu gün də qalmaqdadır. Vətəndaşların üzləşdiyi bu kimi məsələlərin MİDA rəsmiləri tərəfindən texniki problemlərlə bağlı olduğu bildirilsə də,əslində elə deyilmiş.
Məlumatlara görə MİDA tərəfindən satışa çıxarılan mənzillərin bir çoxunun sahibləri artıq əvvəlcədən məlum olur.Belə ki,monitorun bu başında müraciət etməyə çalışan insanlar,monitorun o başında nələrin baş verdiyindən xəbərsiz olurlar.Məlumatlara görə,MİDA təmsilçiləri əvvəlcədən aldıqları pulun müqabilində mənzilin sahiblərini orada müəyyən edirlər.Elektron qaydada satışa çıxarıldıqda isə bir mənzilə kimin daha əvvəl sahib olduğunu görmək olmur.Məlumatlara görə bu gizlin işlərin başında isə”Qaçqınkom”un keçmiş işçisi,belə işlərdə artıq çoxdan püxtələşmiş Pənah Əliyev dayanır.Düzdü o əvvəlki işində pulu dədə-baba qaydasında alırdısa,burada metodu bir az müasirləşdirməli olub.
Aktualinfo.org xatırlatmaq istəyir ki,tikiləcək mənzillərin vətəndaşlar tərəfindən əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sisteminin yaradılması və maliyyələşdirilməsi imkanlarının təmin edilməsi Agentliyin əsas vəzifələrindən biridir.Eyni zamanda öz işini şəffaflıq, etibarlılıq və ədalət prinsipləri əsasında qurmalı olan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətində bu kimi halların baş verməsi sadəcə təəssüf doğurur. Biz yuxarıda Prezident İlham Əliyevin nitqindən gətirdiyimiz sitatı əbəs yerə çəkməmişik.Ölkə başçısının tövsiyyələrinə beləmi əməl edilir?Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov bütün bunları görmürmü?
Paylaş:
Müəllif : Yazar
Tarix:13-07-2020, 17:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-07-2020, 17:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50