Bankda pulu batan şirkət pulunu məhkəmə ilə ALA BİLƏRMİ? – İLK MÜRACİƏT VAR
Azərbaycanda bağlanan 4 bankda pulu batan şirkətlər pullarını geri almaq üçün ilk dəfə məhkəməyə müraciət ediblər.
FED.az xəbər verir ki, «Səma» fərdi firması fəaliyyətini dayandıran «NBC Bank»da qalan vəsaitlərin geri alınması üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
«Səma» fərdi firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Səma» fərdi firması ilə «MM Bərəkət» MMC arasında 2019-cu ilin iyulunda bağlanmış satınalma müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə «NBC Bank» ASC-nin Nəsimi filialı tərəfindən verilmiş İcra Qarantiyasında nəzərdə tutulan 70 000 manat məbləğdən 67 200 manat məbləğində pulun «Səma» fərdi firmasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
Azərbaycanda 4 bankın lisenziyasının ləğv edilib fəaliyyətini dayandırmasına görə, minlərlə sahibkar və şirkətin həmin banklarda vəsaitləri qalıb.
FED.az xatırladır ki, fiziki şəxslərin qorunan əmanətlərindən fərqli olaraq bu şirkət və şəxslərin pulları daha sonrakı mərhələdə qaytarılır və praktika göstərir ki, adətən bu vəsaitlər geri qaytarılmır.
Amma məhkəmə, Konstitusiya məhkəməsinin 13 iyun 2017-ci il tarixli qərarını əsas gətirərək bu iddianın yolverilməz hesab edib və ərizənin qəbulundan istina edib. Məhkəmənin qəratrına görə, bank fəaliyyətini dayandırandan sonra daxil olan iddialar qəbul edilmir. NBC Bank da müflis elan edilib və haqqında iflas prorseduru başlanılıb.
«Buna görə də hesab edirəm ki, tələbin irəli sürüldüyü bank müflis elan edildiyinə görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir»-deyə Hakim Fərrux Qasımovun qərarında bildirilir. Qərarda bildirilib ki, «Banklar haqqında» qanuda iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilib. Həmin Qanunun «Tələblərin qeydə alınması» adlanan 76-cı maddəsinə əsasən Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər.
«NBC Bank» ASC-nin kreditorları 02 iyun 2020-ci il tarixdən 15 iyul 2020-ci il tarixə kimi kreditor tələbinin qeydiyyata alınması üçün Bakı şəhəri Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisinə müraciət edə bilərlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2020, 10:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2020, 10:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:10
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
Dünən, 12:07
Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
5-11-2024, 10:14
Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... - Xaçmazda "TAXT-TAC OYUNLARI"...
4-11-2024, 16:01