reklam
Regionxeberlericom.az » Sosial » Bir kürsüdə iki nəfər oturanda belə olur... - ATMACA

reklam

Bir kürsüdə iki nəfər oturanda belə olur... - ATMACA


Son vaxtlar dəbdə olan bir deyim var - eyni vaxtda 2 stulda əyləşmək olmaz. Qəribəlikləri ilə seçilən ölkəmizdə isə nəinki eyni vaxtda 2-3 stulda əyləşmək olurmuş, hətta 1 stulda 2 nəfər də əyləşə bilirmiş.

Bu barədə Hacı Dayının adı ilə bağlı bir maraqlı lətifə də var, amma onu sonda danışağam ki, yazıda şən əhvalla ayrılasınız.

Sovet dövrü orta və yaşlı nəslin yəqin ki, yadındadır. Həmin vaxtlar dəlləklər Məişət Kombinatına tabe idi, hamamlar kommunxoza.

Elə bilirdik belə hallar keçmişdə qalıb. Sən demə, yox. 3 təşkilatın strukturuna nəzər salaq.

Təhsil

5 ilə yaxındır ki, rayon təhsil şöbələrinin maliyyə məsələləri regional “Maliyələşdirmə” idarələrinə tapşırılıb, amma təlim-tərbiyə işləri rayon təhsil şöbələrinə. Uşaq bağçalarının taleyi isə daha qəribəcürədir. Belə ki, bu təşkilatların ərzağına Ərzaq Tədarükü İdarəsi, kadr işinə İcra hakimiyyəətləri, dəftərxanası ərazi dairələri, tərbiyə işinə - bax, onu bilən yoxdur.

Səhiyyə

Səhiyyə sistemi də həmin taleyi yaşayır. Hələ də çoxu bilmir ki, TƏBİB nəyə baxır, Səhiyyə. Nazirliyi nələri idarə edir?

Maliyyə şöbələri

Nəhayət, 3-cü “ikimərtəbəli” idarə. Bu yaxınlarda Rayon Maliyyə Şöbələrinin Xəzinədarlıq idarələri regional oldu. Məsələn, Masallı və Yardımlıdakı belə idarələr Cəlilabaddakı regional idarənin sərəncamına verildi. Rayonlarda isə 6-7 nəfər, demək olar ki, səlahiyyətsiz işçilər qaldı.

Bax, bu yerdə Hacı Dayının lətifəsini danışmaq yerinə düşər...

Deməli, Hacı Dayı Şəkiyə qatarla getmək üçün cavan uşaqlara xahiş edir ki, ona bilət alsınlar. Həmin cavanlar da zarafata Hacı Dayı üçün Moskvaya gedən qatara bilet alırlar.

Hacı da biletə uyğun qatarı tapır. Elə bilir ki, Şəkiyə gedən qatardır, amma Moskvaya gedən qatara minir. Aşağı mərtəbədə yerini rahatlayandan sonra yuxarıdakından soruşur ki, balasi, sən də Şəkiyə gedirsən?

Yuxarıdakı deyir ki, yox, mən Moskvaya gedirəm.

Hacı Dayı təəccüblə deyir:

-Ha hindi texnikaya bax, aşağısı Şəkiyə gedir, Yuxarısı Moskvaya.

Yəni ki, bizim Təhsil, Səhiyyə və Maliyyə nazirlikləri kimi – aşağası RAYONLARA gedir, yixarısı REGİONAL

(Cənub.az) Zahir Əmənov


Paylaş:


Müəllif : Tarix:
15-07-2020, 09:37
Sikayət   


loading...
Загрузка...