reklam
Regionxeberlericom.az » Sosial » BÜDCƏNİ 23 TƏŞKİLAT “YEYİB”... – Hesablama Palatasının rəyinin ortaya çıxardığı faktlar

reklam

BÜDCƏNİ 23 TƏŞKİLAT “YEYİB”... – Hesablama Palatasının rəyinin ortaya çıxardığı faktlar


2019-cu ilin dövlət büdcəsi necə icra olunub, əsas problemlər, korrupsiya faktları hansı xərcləri əhatə edib. Bu barədə Hesablama Palatasının büdcənin icrasına dair rəydə geniş bəhs olunub.

“AzPolitika.info” iqtisadçı Qubad İbadoğlunun rəydən seçib hazırladığı həmin hissələri oxuculara təqdim edir:

“1) 2019-cu ilin dövlət büdcəsində bölgüsü müəyyənləşdirilməmiş birdəfəlik təyinatlı xərclər üzrə 1810,2 mln. manat vəsait nəzərdə tutulub. Birdəfəlik təyinatlı xərc istiqamətlərindən də xərclərin bir hissəsini investisiya yönümlü xərclər təşkil etsə də bəzi investisiya yönümlü layihələr Dövlət İnvestisiya Proqramına (DİP) daxil edilməyib.

2) 2019-cu ilin sonunda icra edilən layihələr üzrə dövlət əsaslıvəsait qoyuluşu xərcləri üzrə qabaqcadan ödəniş məbləğləri əhəmiyyətli dərəcədə artıb, ötən ilin sonuna 35 sifarişçi 681,4 mln. manat təşkil edib.

3) Xarici kreditlər hesabına həyata keçirilən layihələr üzrə icraçı təşkilatların təqdim etdiyi hesabat məlumatları ilə Maliyyə Nazirliyinin təqdim etdiyi icra məlumatları və Dövlət Statistika Komitəsinin məlumatları arasında əhəmiyyətli fərqlərin müşahidə olunub.

4) Məbləğ baxımından 2019-cu ildə satınalmalar arasında daha çox bir mənbədən satınalmalara üstünlük verilib və 3051,1 mln manat məbləğində 1799 bir mənbədən satınalma keçirilib. Bir sözlə 2019-cu ildə dövlət vəsaitləri hesabına ümumilikdə 5720,0 mln. manat məbləğində satınalma müqavilələrinin 53,34 faizi müsabiqəsiz olaraq birbaşa icraçıya ötürülüb.

5) 2019-cu ildə həyata keçirilmiş satınalma müqavilələri üzrə predmetlərin təhlili göstərib ki, bəzi hallarda eyni podratçı arı-ayrı sahələrə aid olan malları (iş və ya xidmətləri) təmin edib.

Belə ki, 2019-cu ildə 2668,9 milyon manat məbləğində keçirilmişmüsabiqə əsaslı satınalmaların 2253,1 milyon manatı və ya 84,4 faizi 23 satın alan təşkilat üzrə olub. Həmin təşkilatlarınbağladığı 5418 sayda müqavilə isə ümumi bağlanan müqavilələrin 56,1 faizini təşkil edib. Təəssüf ki, büdcəni "yeyən" 23 təşkilatın adı açıqlanmır”.


Paylaş:


Müəllif : Tarix:
17-07-2020, 16:23
Sikayət   


loading...
Загрузка...