22 ildir həbs cəzası çəkən əlil narazılıq edir - 'Ayağım kəsildi, şikayət verə bilmədim'
22 ildir həbsdə olan Müzəffər Hacıyev Qobustandakı qapalı həbsxanada saxlanılır. O, qəsdən adam öldürməyə görə ömürlük həbs cəzası alıb. regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, M.Hacıyev haqqında 1999-cu ildə hökm çıxarılanda hazırkı Cinayət Məcəlləsi qüvvədə deyildi. Deyir ki, bu üzdən həmin vaxt hökmdən şikayət verməyib.
Azərbaycanda bir sıra qanunlar, o cümlədən cinayət qanunvericiliyi 2000-ci ildə dəyişdi və həmin ilin sentyabrından qüvvəyə mindi. Əvvəlki qanunverilikdə hökmdən şikayət verilməsi nəzərdə tutulmamışdı. Üçpilləli məhkəmə sisteminin tətbiqi, birinci instansiya məhkəməsinin hökm və qərarlarından apellyasiya, daha sonra Ali Məhkəməyə kassasiya şikayəti hüququ vətəndaşlara yeni qanunlarla verildi.
M.Hacıyev Ali Məhkəməyə şikayətində bildirir ki, ağır xəstədir, işinə yenidən baxılmasını, hökmün dəyişdirilməsini, azadlığa buraxılmasını istəyir. Lakin məhkəmə onun haqqındakı hökmdən apellyasiya şikayətinə baxmır. Əsas kimi isə apellyasiya şikayəti vermək üçün müddəti ötürməsini göstərir.
M.Hacıyevin sözlərinə görə, onun həbsindən üç il sonra – 2001-ci ilin iyulunda sol ayağı amputasiya olunub. Uzun müddət səhhətindəki problemlərə başı qarışıb: "Ona görə həmin dövrdə şikayət verə bilmədim".
İkinci qrup əlil olan M.Hacıyev apellyasiya şikayəti vermək üçün müddətin bərpası xahişi ilə məhkəmələrə üz tutub. Amma bu məsələdə də ona "yox" deyilib.
Ali Məhkəmədən bildirilib ki, hökmdən apellyasiya şikayəti vermək üçün 20 gün nəzərdə tutulub. M.Hacıyevin haqqında hökm çıxarılanda şikayət vermək hüququ olmasa da, 2000-ci il sentyabrın 1-də yeni qanunlar qüvvəyə minəndə onun bu hüququ yaranmışdı. Həmin vaxt o, şikayət edə bilərdi.
"Lakin o, vaxtında bu hüququndan lazımi qaydada istifadə etməyib. Onun xəstə olmasına görə şikayət verməməsinə gəlincə, bu da səbəb kimi qəbul oluna bilməz. Müzəffər Hacıyevə sol ayağının amputasiya olunmasına görə ikinci qrup əlillik dərəcəsi təyin edilib. Amma bu, onun görmə, dərk etmə, yazma və s. kimi funksiyalarını itirməsi demək deyil", - Ali Məhkəmə onun ərizəsinin təmin olunmamasını belə əsaslandırıb.
M.Hacıyev vurğulayır ki, yetərincə cəza çəkib, bundan sonra belə vəziyyətdə həbsdə saxlanmasının isə nə ona faydası var, nə də dövlətə.
0
Paylaş:
Müəllif : Yazar
Tarix:21-07-2020, 11:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-07-2020, 11:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54