“Biz ermənilərin mallarını satırıq, onlar isə həmin pula silah alıb Azərbaycanın üzərinə gedir...” - DİASPOR LİDERİ ŞIXLİNSKİ HİDDƏTLƏNDİ
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində başlayan döyüşlər Rusiyada da geniş rezonansa səbəb olub.
Virtualaz.org qeyd edir ki, Azərbaycan diasporunun üzvləri Rusiyanın bir sıra şəhərlərində Ermənistanın təcavüzünə qarşı aksiyalar keçiriblər, eləcə də Moskvanın Azərbaycan əsilli milyarderlərin mülkiyyətində olan iri ticarət mərkəzlərində Ermənistan mallarının satışı məhdudlaşdırılıb.
“Komsomolskaya pravda” Radiosunun efirində Ural federal dairəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski baş verənlərdən danışıb, münaqişənin növbəti dəfə niyə alovlanmasını izah edib.
“30 ildir Azərbaycan bütün problemləri dinc yolla həll etməyə çalışır amma Azərbaycanın 20 faiz ərazilərini işğal altında saxlayan Ermənistan haqda bunu demək olmaz. Lakin danışıqlar da əbədi davam edə bilməz. Biz həmişəlik oturub gözləyə bilmərik ki, bütün bunlar nə vaxt başa çatacaq”,-o deyib.
Şıxlinski qeyd edib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıyır və dəstəkləyir. Lakin insanlar bu kəskin məsələnin həllini gözləməkdən beziblər və onlar özlərinə görə reaksiya veriblər.
Diaspor liderinin sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılar öz tarixi vətənləri və orada yaşayan qohumlar üçün narahatdır.
“Nə qədər xeyirxahlıq eləsən də bizim qonşularımız bunu başa düşmürlər. Nə olsun ki, azərbaycanlılar erməni meyvələrini satmaqdan imtina ediblər. Nə olsun axı? Biz onlara burada kömək edirik, mallarını satırıq, onlar isə həmin pullara burada silah alırlar və Azərbaycanın üzərinə gedirlər”,-Şıxlinski hiddətlənib.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-07-2020, 12:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-07-2020, 12:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:10
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 12:07
Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Dünən, 10:14
Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... - Xaçmazda "TAXT-TAC OYUNLARI"...
4-11-2024, 16:01