reklam
Regionxeberlericom.az » Sosial » 190 manat birdəfəlik ödəməmi səbəbsiz kəsiblər - GİLEY

reklam

190 manat birdəfəlik ödəməmi səbəbsiz kəsiblər - GİLEY


Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 26 küçəsində yaşayan Vəfa Quliyeva iyun ayı üçün nəzərdə tutulan birdəfəlik ödəmə ala bilməməsindən şikayətlənir. "Gozetci.az"-ın məlumatına görə vətəndaş karantin rejimi üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəməni aprel və may aylarında alıb. İyun ayı üçün nəzərdə tutulan ödəniş isə hesabına köçürülməyib.

Məsələ ilə bağlı Vəfa Quliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə müraciət etdiyini deyir. Qurumdan isə ona bildirilib ki, may ayının ödənişi kartından gec çıxarıldığı üçün iyun ayının ödənişi ona verilməyəcək.

Gəncə sakini isə iddia edir ki, may ayının ödənişini kartından tez çıxarıb və bununla bağlı AFB Bankın Gəncə filialından kartda olan məbləğin çıxarışını da onlara təqdim edə bilər. Vəfa Quliyeva şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə rəsmi məktub ünvanladığını, lakin müraciətinə hələ də cavab verilmədiyini bildirir.


Paylaş:


Müəllif : Tarix:
24-07-2020, 09:23
Sikayət   


loading...
Загрузка...