reklam
Regionxeberlericom.az » Sosial » Səməd Seyidov Məmmədyarovdan narazıymış: - “Nöqsanlar araşdırılmalıdır”

reklam

Səməd Seyidov Məmmədyarovdan narazıymış: - “Nöqsanlar araşdırılmalıdır”



Bu yaxınlarda Prezident İlham Əliyev diplomatik korpusda müəyən boşluqların olduğunu bildirərərk, bəzi səfirliklilərin işindən narazı olduğunu dilə gətirmişdi.

Ölkə başçısı bu səbəblə xarici nümayəndəliklərin işininin ciddi təhlil edilməli olduğunu diqqətə çatdırıb.

Bəs diplomatik nümayəndəliklərdə, səfirliklərdə problemlərə, işin düzgün təşkil edilməməsinə səbəb nədir? Bu problemdən çıxış yolu var?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov problemdən çıxış yolu kimi Xarici İşlər Nazirliyinin bütöv tərkibində ciddi islahatların aparılmalı olduğunu bildirb:

“Xarici İşlər Nazirliyinin sistemində bir çox məsələlər çoxdan öz həllini gözləyirdi. Heç də təsadüf deyildi ki, bu yaxınlarda rəhbərlik dəyişdi, yeni şöbə müdirləri, yeni simalar gəldi. Bu istiqamətdə əminəm ki, islahatlar daha geniş və dərin aparılacaq. İndi Azərbaycanın beynəlxalq səviyyədə yeri tamam başqa müstəvidədir. Bu nöqteyi-nəzərdən Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatını və konsulluqları, səfirlikləri ayırmaq qəti düzgün deyil. Yəni bu bütöv canlı orqanizmdir və orqanizmin içərisində ciddi dəyişikliklər, islahatlar aparılmalıdır. Yəni tək Mərkəzi Aparatda yox, səfirliklərdə, nümayəndəliklərdə, konsulluqlarda aktivlik olmalıdır. Onlar fəal olmaqla Azərbaycanın maraqlarını yüksək səviyyədə müdafiə etməlidirlər”.

Deputat sentyabr-oktyabr aylarından sonra səfirlik və xarici ölkələrdəki nümayəndəliklərdə problemlərin aradan qalxacağını düşünür:

“Prezident yeni Xarici İşlər naziri təyin edəndə səfirlik və nümayəndəliklərlə bağlı xeyli tənqidi fikirlər bildirdi. Bu nöqsanlar ciddi şəkildə araşdırılmalıdır. Prezident heç bir sözü boşuna demir və bu fikirlərin arxasında müəyyən məqamlar var. Əminəm ki, biz yaxın zamanlarda bu iradların nəticəsini görəcəyik. Amma bu nəticəni də görməyə tələsməməliyik. Çünki Xarici İşlər Nazirliyi xüsusi bir orqandır və burda düşünülmüş, məntiqli və milli maraqlarımıza uyğun addımların atılması zəruriliyi var. Bu ilin sentyabr-oktyabr aylarından sonra həm səfirliklərdə, həm də Mərkəzi Aparatda ciddi dəyişikliklərin olacağını düşünürəm. Bundan əvvəlki Xarici İşlər nazirinin fəaliyyəti məni qane etməyib və bunu Milli Məclisdə çıxışlarım zamanı da bildirmişəm. Amma indi vəziyyət fərqlidir. Xarici İşlər nazirinin gənc və yüksək savada malik olması məni bundan sonra müsbət nəticələr əldə edəcəyimizə inandırır. Bu tək mənim inamım deyil, bütün xalqın inam və gözləntisidir. Hər şey ümumi məsuliyyətin bölüşdürülməsindən gedir. Biz Mərkəzi Aparatda məsuliyyətsizlik, qanunun pozuntularını gördüksə demək ki, əvvəldən əlaqələr düzgün təşkil olunmamışdı, məsuliyyət düzgün bölüşdürülməmişdi”.


Paylaş:


Müəllif : Tarix:
27-07-2020, 16:05
Sikayət   


loading...
Загрузка...