reklam
Regionxeberlericom.az » Sosial » "Beynəlxalq Bank"ın bu ərazidə olan bankomatları "yoxa çıxıb"

reklam

"Beynəlxalq Bank"ın bu ərazidə olan bankomatları "yoxa çıxıb"



Bakının Yasamal rayonu və Yeni Yasamal yaşayış massivində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus bankomatların sayı azaldılıb.

Bu ərazidə yaşayan vətəndaşlardan “MediaPost”a verilən məlumata görə, bir çox ünvanlarda əvvəllər mövcud olan ATM-lər artıq götürülüb. Bura Yasamal rayonu “ASAN xidmət” mərkəzi (Abbas Mirzə Şərifzadə küçəsi), “Günəş petrol” yanacaqdoldurma məntəqəsi (Əsəd Əhmədov küçəsi), Qismət şadlıq sarayı (Yeni Yasamal, M. Xiyabani küçəsi) yaxınlığında və digər ərazilərdə olan bankomatlar daxildir.

Sakinlərin sözlərinə görə, bankomatların olmaması bankın müştərilərinin müvafiq əməliyyatların aparılması ilə bağlı daha çox məsafə qət etmək məcburiyyətində qalmasına səbəb olur.


Paylaş:


Müəllif : Tarix:
27-07-2020, 17:07
Sikayət   


loading...
Загрузка...