reklam
Regionxeberlericom.az » Sosial » Gürcüstandakı ermənilər soyadlarını niyə dəyişirlər? – "Böyük plan"ın sirr pərdəsi çəkildi

reklam

Gürcüstandakı ermənilər soyadlarını niyə dəyişirlər? – "Böyük plan"ın sirr pərdəsi çəkildi


Marneuli rayonunun Sadaxlı kəndində bir qrup yerli erməni və azərbaycanlı arasında qarşıdurma baş verib.
Sadaxlı kənd polis idarəsində işləyən yerli etnik erməni polis əməkdaşının övladı, avtomobillə kəndin mərkəzində toplaşan bir qrup sakinlərin yaxınlığına sürərək avtomobillə müxtəlif manevrlər edib. Sonra isə orta barmağı ilə sakinlərə qeyri etik işarələr göstərib. Hadisədən hiddətlənən Sadaxlı kəndinin bir qrup sakini sözügedən şəxsi saxlayıb və aralarında mübahisə yaranıb sonra isə mübahisə fiziki qarşıdurmaya çevrilib.

Məlumata görə, Sadaxlı kənd sakinləri kənd ərazisində toplaşaraq sözügedən şəxsin valideyni- polis əməkdaşının işdən azad olunmasını tələb ediblər.

Məsələ ilə bağlı “Sherg.az”a danışan “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli faktı təsdiqləyib:

“Ermənistanla sərhəd olan Sadaxlı böyük kənddir. Burada çalışan ermənilər də var. Erməni polis əməkdaşlarından birinin oğlunun tərbiyəsiz hərəkəti aksiyaya, gərginliyə səbəb olub. Azərbaycanlılar həmin polisin işdən azad olunmasını tələb edib və məqsədlərinə çatıblar”.

İddialara görə, burada yaşayan ermənilər Gürcüstan vətəndaşlığı alaraq azərbaycanlılarla konfliktdə üstün mövqe qazanmağa çalışırlar. Z. Məmmədli, həmçinin bu məsələyə də toxunub:

“Uzun müddət əvvəl soyadlarını dəyişən, Gürcüstan vətəndaşlığı alan ermənilər var. Onlar “Böyük Ermənistan” iddiası ilə sözügedən addımı atırlar. Yəni ermənilər təlimata uyğun hərəkət edirlər. Lakin düşmənlərimiz heç vaxt bizi üstələməyi bacarmayıblar. Bundan sonra da bacarmayacaqlar”.


Paylaş:


Müəllif : Tarix:
28-07-2020, 09:23
Sikayət   


loading...
Загрузка...