reklam
Regionxeberlericom.az » Sosial » "Bu binaların təmir-bərpası üçün bəlkə də vaxtaşırı nə qədər pullar silinir..." - GİLEY

reklam

"Bu binaların təmir-bərpası üçün bəlkə də vaxtaşırı nə qədər pullar silinir..." - GİLEY

 “Nə bircə dəfə əsaslı təmir olunub, nə də kommunal xətləri yenilənib. Tez-tez zirzəmini su basır, çirkli su bəzən zirzəmidən bloklara dolur, mərtəbələrin pilləkənləri çirkab suyun altında qalır”. DİA.AZ bildirir ki, bunu Gəncə şəhəri, Kəpəz rayonu, Aydınbəyov küçəsindəki 49 saylı binanın sakinləri deyir. Bu beşmərtəbəli binada 70 ailə yaşayır. Sakin Kamil Qasımov deyir, bina 1961-ci ildə istifadəyə verilib. Uzun illər keçməsinə baxmayaraq, bircə dəfə də əsaslı təmir olunmayıb.

“Bir də görürsən binanın böyründən keçən adamın qarşısına yekə bir daş qopub düşdü. İnsanların həyatı da təhlükədədir. Zirzəmiyə dolan su binanın bünövrəsini yuyub aparır. İcra hakimiyyətinə dəfələrlə müraciət etmişik. Özüm dəfələrlə Fövqəladə Hallar Nazirliyinə məlumat vermişəm, bircə dəfə də gəlib yerində maraqlanmayıblar. Halbuki, söhbət 70 ailənin taleyindən gedir. Bu binaların təmir-bərpası üçün bəlkə də vaxtaşırı nə qədər pullar silinir, xəbərimiz yoxdur. Özümüzü isə ölümün pəncəsinə atıblar”, – Kamil Qasımov deyir.

Bina sakini Qalib Süleymanov deyir, dam örtüyü tamamilə dağılıb: “Yağış yağanda beşinci mərtəbədəki evlər su ilə dolur, döşəmələrdən aşağı mərtəbədəki evlərə süzülür. Evlərimizi təmir etməkdən yorulmuşuq. Nəmişlik canımıza hopub, divarlarımız çat verir, burda hamı canını dişinə tutub yaşayır”.

Sakin Məzahir Məmmədovun sözlərinə görə, aidiyyəti qurumlarda onların müraciətlərinə baxılmır: “Satıb gedə də bilmirik. Kimə sataq? Hamı görür ki, bina dağılıb gedir. Burda demək olar ki, hər ailədə qoca, əlil, uşaq, xəstə var. Zirzəminin nəmişliyi beşinci mərtəbəyə qədər qalxır. Dam örtüyünün yararsız olması isə yuxarıdan üzü aşağı problemlər yaradır. Pilləkənlər dağılır, kanalizasiya, su, qaz, işıq xətləri köhnəlib, bina istifadəyə verilən vaxtdan bugünədək bircə dəfə də yenilənməyib”.

Sakinlər binanın ətrafındakı yollardan da şikayətçidir. Onlar tez-tez kanalizasiya quyularının daşması nəticəsində binanın ətrafının çirkab sularla dolduğunu deyirlər. Çirkab sular binanın ətrafındakı asfalt örtüyünü də dağıdaraq çuxurlar əmələ gətirib.






Paylaş:


Müəllif : Tarix:
28-07-2020, 10:45
Sikayət   


loading...
Загрузка...