reklam
Regionxeberlericom.az » Sosial » “GÖRƏK, ƏMRULLAYEVƏ İŞLƏMƏYƏ İMKAN VERƏCƏKLƏRMİ?...” – “Ceyhun Bayramova işləməyə qəti imkan verilmədi”

reklam

“GÖRƏK, ƏMRULLAYEVƏ İŞLƏMƏYƏ İMKAN VERƏCƏKLƏRMİ?...” – “Ceyhun Bayramova işləməyə qəti imkan verilmədi”


Prezident İlham Əliyev yeni təhsil naziri təyin edib. Bu, 38 yaşlı Emin Əmrullayevdir. Dövlət başçısı onu qəbul edərkən bu təyinatı gənclərə göstərilən etimadın növbəti təzahürü kimi dəyərləndirib.

Keçmiş təhsil naziri Firudin Cəlilov "Azadlıq" radiosuna deyirb ki, "38 yaş gənc deyil, elə əsl vaxtıdır". O, yeni naziri tanımadığını, buna görə də onun fəaliyyəti ilə bağlı şərh verə bilməyəcəyini söyləyir və "bir az işləsin, görək, onda bir söz demək olar", - deyə əlavə edib.

Təhsil eksperti Kamran Əsədov bu təyinatla Azərbaycanda yeni bir təhsil naziri imicinin formalaşacağını bildirib və E.Əmrullayevin vəzifə hərisi olmadığını qeyd edir, onu səmimi, işgüzar, yenilikçi biri kimi təqdim edir: "Təhsil sahəsində 6 illik fəaliyyəti dövründə kifayət qədər fərqli yanaşmalar ortaya qoyub. Bu gün Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalarda əldə etdiyi medallar birbaşa onun bu sahədəki fəaliyyətinin nəticəsidir. Təhsildə keyfiyyətin artırılması, liseylərə qəbul kimi məsələlərdə müsbət işlərini görmüşük. 6 ildə Təhsil Nazirliyinin aparatında korrupsiya faktı sıfıra enmişdi. Düzdür, bölgələrdəki məktəblərdə bu tipli xoşagəlməz hadisələr olsa da, nazirlik buna qarşı açıq mübarizə aparırdı".

K.Əsədovun yeni nazirdən gözləntisi az deyil: müəllimlərin sosial rifahı yaxşılaşdırılmalı, onlara bəzi güzəştlər edilməli, vətəndaşların müraciətləri tez və qaneedici cavablandırılmalıdır. Eyni zamanda, o, yeni naziri əvvəlki həmkarları kimi yalnız məktəb açılışlarında görmək istəmədiyini, təhsil müəssisələrinə qəfil gedərək problemləri yerində araşdırmasının vacibliyini də vurğulayır.

Başqa bir təhsil eksperti Nabatəli Qulamoğlu E.Əmrullayevi yaxından tanımasa da, onun işində pozitiv məqamlar gördüyünü qeyd edir: "Ümumi fikrim budur ki, yeni təyinat təhsildə Mikayıl Cabbarov tərəfindən başlanan xəttin davamıdır. Mikayıl Cabbarovu kimin necə tənqid etməsindən asılı olmayaraq, təhsilə yeniliklər gətirmişdi. Həmin yeniliklərin davamı gözlənilə bilər. Əmrullayev görüşlərdə mənə yaxşı təhsil bağışlayıb, ünsiyyətcildir, onu ədalətli görmüşəm".

N.Qulamoğlunun fikrincə, Azərbaycanda nazir problemi yoxdur, təhsilin ictimai-siyasi komponenti, sistem problemi var. Ona görə də yeni nazirdən gözləntilərini dilə gətirməzdən öncə sual edir: "Görək, Əmrullayevə işləməyə nə dərəcədə imkan veriləcək? Məsələn, Ceyhun Bayramova işləməyə qəti imkan verilmədi. Onun fəaliyyətini görmədim. Ümid sonda ölür. Ümid edək ki, Emin Əmrullayevə imkan versələr, təhsildə yaxşı işlər görə biləcək".


Paylaş:


Müəllif : Tarix:
28-07-2020, 16:52
Sikayət   


loading...
Загрузка...