Gəncənin icra başçısı GERİ ÇƏKİLƏSİ OLDU - "Qəmbər Hüseynlinin məzarının yeri dəyişdirilməyəcək"
Tanınmış teatrşünas Anar Bürcəliyev və Gəncədən bir neçə başqa ziyalı Milli Məclisin Mədəniyyət komitəsinin sədrinə müraciət edib.
Komitə sədri Qənirə Paşayeva APA-ya bildirib ki, müraciətdə Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin Gəncədə qəbirüstü abidəsinin yerləşdiyi ərazinin hasara alındığı, məzarın ərazidən köçürüləcəyi və yerində çoxmərtəbəli bina tikiləcəyi ilə bağlı xəbərlərdən narahatlıq ifadə edilib.
Q. Paşayeva Mədəniyyət komitəsi adından əlaqədar orqanlara, o cümlədən Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramova rəsmi müraciət göndərib: “Ölməz "Cücələrim"-in müəllifi Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin yerləşdiyi ərazidə ziyalıların da bildirdiyi kimi, çoxmərtəbəli yaşayış binası deyil, tam əksinə tematik bir parkın olmasının qədim Gəncəmiz, bütövlükdə ölkəmiz üçün daha önəmli olması ilə bağlı fikirlərimizi də qeyd etdik. Bu gün aldığım məlumata görə, Niyazi müəllim ziyalıların, şəhər sakinlərinin narahatlığına son qoyulacağını bildirib. Eyni zamanda birmənalı şəkildə qeyd edib ki, görkəmli sənətkarın məzarı köçürülməyəcək və ərazidə çoxmərtəbəli bina tikintisinə imkan verilməyəcək. Qəmbər Hüseynlinin məzarı yerində qalmaqla ziyalıların da istəyinə uyğun olaraq, sözügedən ərazidə uşaqlar üçün tematik park yaradılacaq”.
Q. Paşayeva nəzərə çatdırıb ki, ölkə və şəhər əhəmiyyətli məsələlərdə ziyalıların, Gəncə sakinlərinin mövqeyinin dinlənilməsi çox müsbət hadisədir.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-07-2020, 17:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-07-2020, 17:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti