Cəlilabadda məhkəmə hakimi fironluq edir... - GİLEY
Cəlilabad rayonu Muğan kənd sakini Ağayev Abasqulu Məşi oğlu tərəfindən DİA.AZ-a müraciət ünvanlanıb. Narazı vətəndaş yazır:
"Yazıb sizə bildirərəm ki, Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev rüşvət alaraq başıma oyunlar açıb. Cəlilabad rayonunun Muğan kəndində 62 sot həyətyanı torpağım, yanında da 68 sot pay torpağım var. Hər birinin də tam qaydasında sənədləri, yəni çıxarışı, texniki pasportu, torpaq sahəsinin plan və ölçüsü var. Yerim bərəkətli yerdir, 5 metrdən su çıxır, qara torpaqdır, nə əkirsən əla məhsul verir. Lakin mənim yerimə göz dikənlər var. Məhz torpağımın münbit və bərəkətli yerdə olmasına görə torpağıma bəzi kəndçilərim göz dikib və əlimdən almaq istəyirlər. Bu işdə onlara Cəlilabad rayon Məhkəməsinin bədnam və rüşvətxor hakimi Elxan Əmirəliyev kömək edir. Saxta sənədləri məhkəməyə doldururlar, Elxan Əmirəliyev də onların əsas götürərək iddianı qəbul eləyir. Neçə illərdi ki, Elxan Əmirəliyev məni girinc eləyib, çünki qarşı tərəfdən rüşvət alıb, çalışır işi həll etsin.
İlk əvvəl Ağayev Murtuz Mirzağa oğlu adlı kəndçim məhkəmədə iddia qaldırdı ki, guya mənim yerimdə onun 12 sot torpağı var. O məhkəməyə saxta "kopya" təqdim etdi. Təsəvvür edin ki, Elxan Əmirəliyev onun iddiasını "kopya" sənədlə qəbul elədi! Halbuki əsli olmalıdır, "kopya" ilə işə baxılmaz. Həmin "kopya" sənədlə məni 1 ildən çox məhkəmələrə çəkdi, mübahisələr oldu, davalar düşdü, xəstələnərək infarkt vəziyyətinə gəldim. Görün, bu hakim puldan, rüşvətdən sarı mənim başıma nə oyunlar açdı! Tək mənim yox, rüşvət alaraq çox qurama iddialara baxıb, "kopya", saxta sənədlərlə məhkəmələr aparıb, qeyri-qanuni qərarlar çıxarıb ki, bu barədə gələcəkdə sizlərə yazacam. Məni məhkəməyə verən Ağayev Murtuz Mirzağa oğlu sonra boynuna aldı ki, həmin "kopya" sənədi kompüterdə saxta yolla düzəldib hakimə vermişdi, çünki mən çox yerə yazdım, şükayətlər etdim, Elxan Əmirəliyev də məcbur qalıb iddianı təmin etmədi. 1 il məni aparıb gətirəndən, üzücü məhkəmə proseslərinə çəkəndən, dalbadal ekspertizalar göndərəndən, mənim ömrümü-günümü çürüdəndən sonra nəhayət iddianı təmin etmədi və məni rahat buraxdı.
Mən yalnız Apelyasiya Məhkəməsində bilmişəm ki, Elxan Əmirəliyev 1 il imiş saxta, kopya sənədlə mənim işimə baxırmış. 1 il imiş mən əbəs yerə gedib gəlirmişəm. Elxan Əmirəliyev sadəcə tamaşa qurub məni ələ salırmış. Bundan sonra əsəbdən infarkt keçirtdim.
Bundan bir neçə ay keçmiş Elxan Əmirəliyev həmin Ağayev Murtuzla əlbir olan Bayramova Qaraqız Tvox qızını yanına çağırdı, onu öyrətdi ki, iddia qaldır, təmin edəcəm. 4-5 aydır ki indi də Bayramova Qaraqız ilə məhkəmələşirəm ki, gedib gəlirik, hakim Elxan Əmirəliyev də bizə yox, qarşı tərəfə kömək edir. Təsəvvün edin ki, 65-66 yaşlı qoca arvad iddia qaldırıb ki, mənim 68 pay torpağıma verilmiş çıxarış, planı və ölçüsü ləğv edilsin. Onun burda nə marağı var? Cəlilabadda hamı bilir ki, Elxan Əmirəliyev kupça ləğv etmək üzrə mütəxəssisdir. O hamıya deyir ki, Kərəm Həsənovun, Əmlak Komitəsinin Cəlilabadda verdiyi kupçalar saxtadır. Neçə-neçə kupçanı ləğv elətdirir, Əmlak Komitəsini pis vəziyyətdə qoyur və işini pozur, insanlarda dövlət sənədinə şübhələr yaradır, ailələr arasında qırğınlar salır. Budur Elxanın fəaliyyətinin nəticəsi! Dövlət bu hakimin fəaliyyətinə hüquqi qiymət verməlidir.
Mənim kupçam var, amma Qaraqızın sənədinə fikir verin! Qaraqız da Murtuz kimi məhkəməyə saxta sənəd verib və Elxan da həmin sənədi əsas götürərək məni ittiham edir. Qaraqız məhkəməyə qeyri-qanuni yollarla alınmış sənəd verib ki, bu sənəddə göstərilir ki, guya Muğan kənd Bələdiyyəsi Şurası onlara pay torpağını verib, hətta alqı-satqı da edib. Bu harda görünüb? Azərbaycan qanunlarına görə Bələdiyyə pay torpağını alqı-satqı edə bilməz, sata bilməz, təkcə icarəyə verə bilər! Məgər Elxan bunu bilmir? Bilir, sadəcə rüşvət aldığına görə həmin sənədə əsasən “qaldırılmış” iddianı qəbul edib.
Məqsəd nədir? Elxan bayaq dediyim Ağayev Murtuzdan rüşvət almışdı, saxta kopya ilə onun düz 1 il məhkəmə işini apardı, amma aşıra bilmədi, pul batdı. İndi Qaraqızı Murtuzun yanına qoşub ki, onun vasitəsilə mənə qarşı olan işi həll etsin, “borcdan” çıxsın. Mənim çıxarışım ləğv olunanda avtomatik torpağım havada qalacaq, onda Murtuz 12 sot yox, daha çox torpağa sahiblənə biləcək. Məqsəd budur. Elxan borcunu qaytarsın!"
DAVAMI VAR...
Qeyd edək ki, məsələ ilə bağlı adı hallanan hakim Elxan Əmirəliyevlə telefon əlaqəsi qurmağa çalışsaq da, zənglərimizə cavab vermədi. Elxan müəllimə aid olan 050 328 57 38 nömrəsindən zənglərimiz cavabsız buraxılsa da, yenə də qarşı tərəf olaraq onu dinləməyə və fikirlərini dia.az-da yerləşdirməyə hazırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-07-2020, 15:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-07-2020, 15:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09