reklam
Regionxeberlericom.az » Sosial » İşçisi Sahil Babayevi ifşa etdi: - pensiya üçün rüşvət necə toplanır

reklam

İşçisi Sahil Babayevi ifşa etdi: - pensiya üçün rüşvət necə toplanır


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi, Ünvanlı Sosial Yardım (ÜSY) alan yoxsul ailələrə maliyyə dəstəyinin dayandırılması, özünəməşğulluq proqramı üzrə vətəndaşlara xəstə heyvanların verilməsi və s. çatışmazlıqlar xalq tərəfindən narazılıqla qarşılanır. Nazir Sahil Babayev “fəaliyyətini” analoq konsepsiyalarla, pafoslu çıxışlarla və piar çalışmaları ilə ört-basdır etməyə çalışır. Lakin, o öz itirilmir reputasiyasını bərpa edə bilmir. Ən çox narazılıq yaradan hallardan biri də, sosial yardımların və təqaüdlərin təyin olunması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Quba rayon Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baş verən rüşvət və qanunsuzluqlar barədə cumhuriyyet.az-a danışan Babayev Ramin Fikrət oğlu bir müddət əvvəl səbəbsiz yerə işdən çıxarılması və baş verən bəzi qanunsuzluqlar barədə məlumat verib.
Sahil Babayevin sabiq işçisinin iddiasına görə bütün ünvanlı sosial yardım təyinatları “makler”lər vasitəsi ilə təyin edilir. Bununla bağlı cumhuriyyet.az-a danışan R.Babayev bildirir ki, bu işlərin başında isə İmran və Elçin adlı “makler”lər durur: “Onlar adam tapıb gətirir və müəyyən rüşvət qarşılığında sosial yardım təyin edilir. Əgər son 1 il ərzində təyin edilən Ünvanlı Sosial Yardımlarla bağlı manitoring aparılsa hər şey üzə çıxacaq. Hər “makler” 50-100 nəfər arası vətəndaşın sənədlərini toplayaraq idarəyə gətirir və orada bu yardımlar təyin olunur. Əmək pensiyası yaşı çatıb lakin əmək stajı olmayan vətəndaşlardan 1500-2000 manat civarında pul alaraq onlara saxta əmək hüququ yaratmaqda qrumun qanunsuz əməlləri sırasındadır. Bunu hansı yolla həyata keçirilməsi isə olduqca müəmmalıdır”.



Paylaş:


Müəllif : Tarix:
30-07-2020, 09:23
Sikayət   


loading...
Загрузка...