reklam
Regionxeberlericom.az » Sosial » Ağsu icra hakimiyyəti özünə əcəb partnyor seçib... - İLGİNC

reklam

Ağsu icra hakimiyyəti özünə əcəb partnyor seçib... - İLGİNC


Ağsu Rayon İcra Hakimiyyəti tenderinin qalibini açıqlayıb. DİA.AZ xəbər verir ki, “ATF” MMC qaznıb. “ATF” MMC-nin qazandığı 2 tenderin ümumi məbləği 1 milyon 139 min 608 mmanatdır. Qeyd edək ki, İcra Hakimiyyəti şirkətə Ağsu şəhərində 2020-ci ildə abadlıq işlərinin görülməsi üçün 644 min 338 manat və şəhər daxili yollarının əsaslı təmiri üçün 495 min 270 manat ödəyəcək.

Dia.az olaraq Ağsu RİH-in tenderini qazanan “ATF” MMC ilə bağlı müəyyən araşdırma apardıq və aydın oldu ki, sən demə, bu şirkətin adını zaman-zaman müxtəlif qalmaqallarda və hətta cinayət olaylarında hallanıb. Belə ki, iki il əvvəl güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün dağılaraq uçmasına səbəb kimi elə ilk gündən çay yatağında daş-çınqıl karxanalarının fəaliyyəti göstərilirdi ki, bu karxanalarda “ATF” MMC-yə aid imiş. Xatırladaq ki, həmin ərəfədə bu olayla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi də açılmışdı.

Qeyri-rəsmi məlumatlarda ərazidə iş aparan şirkət kimi ən çox ATF MMC-nin adı çəkilir. Həmçinin prokurorluğun da yaydığı məlumatda sözügedən MMC-nin adının hallandırılması daşqına səbəb olan əsas şirkətin o olduğunu deməyə əsas verir. Məlumata görə, məhz ATF MMC qadağan olunmuş ərazidə, çayın axarında çınqıl zavodu tikib.

Hələ uzun müddət öncə rayon sakinləri rayondakı problemlərlə əlaqədar şikayətlərində çay məcrasında çınqıl-beton, qum istehsal edən şirkətlərin işlərinin müəyyən limit çərçivəsində tənzimlənməyəcəyi təqdirdə böyük fəlakətlər baş verəcəyini bildirmişdilər.

Xatırladaq ki, 2018-ci ildə iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün dağılaraq yararsız hala düşməsi ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (erin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova, Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Müəyyən edilib ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş Real İnşaat MMC tərəfindən 191440 manat, Elnicat MMC tərəfindən 356400 manat, Azpod MMC tərəfindən 950400 manat, Attinak MMC tərəfindən 1372800 manat, ATF MMC tərəfindən 316800 manat, Azəraqrartikinti ASC-nin Göyçay filialı tərəfindən 495000 manat, “Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110880 manat təbiətə ziyan dəyib.

İndi isə Ağsu RİH belə bir şirkətlə "yola davam" deyir...


Paylaş:


Müəllif : Tarix:
30-07-2020, 10:25
Sikayət   


loading...
Загрузка...