İLGİNC: Səfirlik bu riski nəzərə almışdımı? – dövlət araşdırmalıdır
Xaricdə yaşayan azərbaycanlılarla ermənilər arasında gərginlik səngimir. Erməni diaspor fəallarının və ASALA terror təşkilatı üzvlərinin azərbaycanlıların dinc aksiyalarına, diplomatik korpuslarımıza hücumları Azərbaycanda hiddətə səbəb olub. Bununla yanaşı, rəsmilər və ictimai-siyasi xadimlər soydaşlarımızı təmkinli olmağa, düşmən təxribatlarına uymamağa çağırırlar.
AYNA mövzu ətrafında ictimai fəal Bəxtiyar Hacıyevlə həmsöhbət olub.
- Bəxtiyar bəy, ilk olaraq soydaşlarımızın xarici ölkələrdə keçirdikləri aksiyalardan danışaq. Bu tip aksiyalara münasibətiniz necədir?
- Xarici ölkələrdə həmvətənlərimizin keçirdiyi aksiyalar ölkə ictimaiyyətinə Qarabağ məsələsində həssaslıqlarını qoruduqlarını göstərmək baxımından uğurlu və faydalıdır.
- Belə aksiyaların yeri, mesajları və ünvanları necə olmalıdır?
- Həmin aksiyaların yeri, mesajları və ünvanları doğru seçilməlidir. Yəni hansı qurumun qarşısında keçirilir, mesajlar nələrdən ibarətdir və kimlərə ünvanlanır. Yalnız bu halda onları sistemli və məqsədyönlü saymaq olar. Sadaladığım məqamlar olmasa, bəzi halda askiyalar səmərəsiz olur. Məsələn, qərarverici şəxslərin olmadığı yerlərdə, Azərbaycanın diplomatik nümayəndəliklərinin qarşısında “Qarabağ bizimdir” çağırışı etmək müəyyən qədər səmərəsizdir.
- Siz ABŞ-da yaşamısınız, Qərb insanının psixologiyasına bələdsiniz. Tutalım, amerikalı sıravi şəxs, siyasətçi, məmur belə hadisələrə necə yanaşır, Qarabağ cəbhəsini Brüsselə "daşımaq" bizə nə qazandırır? Necə davranmalıyıq ki, uduzmayaq?
- Əslində, aksiyalar normaldır. ABŞ-da da, Brüsseldə də belə aksiyalar keçirilə bilər. Bir az əvvəl qeyd etdiyim kimi hansı qurumların qarşısında keçirilməsi çox əhəmiyyətlidir. Yəni, bu aksiyaların Azərbaycan, Ermənistan səfirlikləri qarşısında deyil, tutaq ki, ABŞ-da BMT-nin qərargahı qarşısında və yaxud da ABŞ Konqresinin, Ağ Evin qarşısında keçirilməsi daha məqsədə uyğundur, nəinki Qarabağın Azərbaycan torpaqları olduğunu bilən və buna inanan Azərbaycan səfirliyinin qarşısında bu şüarları səsləndirmək. Ya da Qarabağı Ermənistan torpağı kimi görən və Qarabağı işğal etmiş Ermənistan səfirliyinin qarşısında toplaşmaq... Brüsseldə isə düşünürəm ki, Avropa Parlamentinin qarşısında, həmçinin Strasburqda AŞPA-nın qarşısında belə aksiyalar keçirmək olardı. Və burda tələblər çox aydın qoyulmalıdır, hər qurumun öz mandatına uyğun olaraq tələblər, şüarlar səsləndirilməlidir. Eyni zamanda bu aksiyalar məqsədinə o vaxt çatır ki, həmin aksiyalar beynəlxalq mətbuatda gündəmə çevrilir.
- Sizin əlaqələriniz baxımından soruşuram: Soydaşlarımızın ermənilərlə yaşadığı toqquşmalar üzündən həyatlarına təhlükə hiss edirlərmi, həmin ölkələrin müvafiq strukturlarından arxayındırlarmı, önləyici addımlar atılırmı?
- Qərb ölkələrində, əslində aksiya iştirakçılarının təhlükəsizliyini müəyyən ölçüdə hüquq mühafizə orqanları qorumalıdır və adətən də qoruyurlar. Təəssüf ki, biz bunun ABŞ-da və Belçikadakı aksiyalarda şahidi olmadıq. Amma bütün bunlara baxmayaraq, həmin qarşıdurmalar, küçə döyüşləri heç bir halda təşviq edilməməliydi. Çünki bunlar Ermənistan tərəfindən buraxılmış böyük bir səhv idi. Və biz bundan istifadə edib, haqlı durumdaykən, haqsız vəziyyətə düşməməliydik. Yəni torpaqlarımız ermənilər tərəfindən işğal olunub, eyni zamanda ermənilər, erməni əsilli Belçika vətəndaşları, yaxud da erməni əsilli ABŞ vətəndaşları azərbaycanlılara hücum edirsə, biz bundan istifadə edib, ermənilərin aqressiv və barbar olduğunu dünyaya nümayiş etdirməliydik. Amma təəssüf ki, Azərbaycanda bir çox insanlar həmin dildə onlara cavab verməyə üstünlük verdi və çox təəssüf ki, dövlət qurumları ən azından bir gün müddətində bu çağırışların qarşısını almadı. Və biz haqlı durumdaykən, əlimizdə böyük bir imkan varkən, onun şahidi olduq ki, ermənilər Bakıdan Moskvadakı zorakılığa çağırışlar edən şəxslərin ölkə rəhbərliyi ilə fotolarını yayıb, bu zorakılıq çağırışlarının ölkə rəhbərliyi tərəfindən himayə edildiyini iddia bəyan etdilər. Beləliklə, bizim əlimizdə olan zorakılıq faktlarından istifadə etmək imkanı itirildi.
- Los-Ancelesdə baş verənlər səriştəsizliyin nəticəsi idi?
- Bu aksiyaların keçirilməsi zamanı qarşıya çıxa biləcək risklər əvvəlcədən səfirliklərimiz tərəfindən düzgün qiymətləndirilməlidir və hansı şəhərlərdə və məkanlarda, aksiya iştirakçılarının həyatlarına və sağlamlıqlarına risklər varsa, bunlar səfirliyimiz tərəfindən müəyyənləşdirilib, həmin aksiya iştirakçılarına bu barədə əvvəlcədən məlumat verilməlidir. Məsələn, mənim üçün maraqlıdır ki, Vaşinqtonda bir qrup azərbaycanlı gənc aksiya keçirmək istəyəndə, orda elə bir ciddi qarşıdurma olmadığı halda, səfirliyimiz buna qarşı çıxırdı. Amma Los-Ancelesdə bilə-bilə ki, bir çox erməni icmaları orda fəaliyyət göstərir və ermənilərin sayı, erməni əsilli amerikalıların sayı kifayət qədər çoxdur, bizim azsaylı iştirakçıların səfirliyin qarşısına dəvət edilib, səfirliyi qorumaq tələbi nəyə görə qoyulmuşdu? Düşünürəm ki, Azərbaycan dövləti bunu da araşdırmalıdır ki, orada baş verən insidentdən əvvəl bizim diplomatik nümayəndəliklərimiz bu riski görə bilmişdimi? Əgər görmüşdüsə, niyə müvafiq addımlar atılmamışdı?
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2020, 10:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2020, 10:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08