reklam
Regionxeberlericom.az » Sosial » Şirkət rəhbəri “Azəriqaz”ı məhkəməyə verdi — Artıq vəsaitin yazıldığı iddia olunur

reklam

Şirkət rəhbəri “Azəriqaz”ı məhkəməyə verdi — Artıq vəsaitin yazıldığı iddia olunur


“Xəməcoğlu Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)“Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC rəhbərliyi Bakı Kommersia Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

MMC-nin “Azəriqaz”ın rəhbər şəxslərinin qanunsuz hərəkətlərindən, MMC-nin sərf etdiyi maye qazdan artıq vəsaitin yazılmasından şikayət edib.

MMC-nin iddia ərizəsi hakim Fərrux Qasımovun icraatına verilib. Hakim iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edib.

Qeyd olunub ki, Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər.

Hakim bu məlumatla bağlı iddiaçı tərəfi məlumatlandırıb.

İddiaçıya izah edilib ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane yoxdur.


Paylaş:


Müəllif : Tarix:
30-07-2020, 15:28
Sikayət   


loading...
Загрузка...