reklam
Regionxeberlericom.az » Sosial » Avqustun 5-i ilə bağlı TƏBİB rəsmisindən AÇIQLAMA

reklam

Avqustun 5-i ilə bağlı TƏBİB rəsmisindən AÇIQLAMA


Virusa yoluxanların sayı azalan tendensiya ilə davam edərsə, Azərbaycanda sərt karantin rejmi yumuşaldıla bilər.

regionxeberlericom.az-un Sfera.az-a istinadən məlumatına görə, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev ''Xəzər Xəbər''ə müsahibəsi zamanı deyib ki, yumuşaldılma ilə bağlı qərarı aidiyyatı qurumlar vəziyyəti dəyərləndirdikdən sonra açıqlayacaq.

Vasif Əliyev bildirib ki, yumuşaldılmaya gedilsə belə, ehtiyatı əldən vermək olmaz. İnsanlar yenə də maska taxmalı, sosial məsafə prensipinə və gigyenik qaydalara mütləq əməl etməlidir. Xüsusilə sağalan insanlar diqqətli olmalıdır. Çünkü növbəti dəfə də virusa yoluxma riski var.

İnsanlar sadalanan bu tələblərə əməl etsə, yoluxmalar ən minimum həddə enəcək. Bu isə sərt karantin qaydalarının yumşaldılmasına səbəb ola bilər.

Qeyd edək ki, bəzi şəhər və rayonlarda tətbiq edilən sərtləşdirilmiş karantin rejmi avqust ayının 5-də, ölkə üzrə xüsusi karantin rejmi isə 31-də sona çatacaq.


Paylaş:


Müəllif : Tarix:
31-07-2020, 11:57
Sikayət   


loading...
Загрузка...