“Kim bu dövləti sevir, Prezidentin siyasətini ağılla dəstəkləyirsə, YAP rəhbərliyi onu kənara itələyir” - İLGİNC İDDİA
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların cəmiyyətə təsiri məsələsi hər zaman müzakirə predmeti olub. Rəsmi qeydiyyata alınmış 60-a yaxın siyasi qurum var ki, onlar içərisində 2-3 partiyadan başqa, yerdə qalanlarının proseslərə təsir imkanları demək olar ki, yox səviyyəsindədir. Bunun da təbii ki, müxtəlif obyektiv və subyektiv səbəbləri var. Siyasi təşkilat rəhbərləri, əsasən də müxalif qüvvələr ölkədə onların geniş fəaliyyətinə imkan tanınmamasından, qərargahsızlıqdan, seçkilərdə bərabər şərait yaradılmamasından şikayətçidirlər. Hökumət isə müxalif qüvvələrə cəmiyyətin etimadının olmadığı fikirlərini irəli sürür.
Siyasi şərhçilərin müəyyən qismi partiyaların çox olduğu, təmərküzləşməyə ehtiyac yarandığı qənaətindədir. Bir sədr, bir də möhürdən ibarət “cırtdan” siyasi təşkilatlar var ki, onların siyasi prosesə hansısa təsir göstərəcəyini gözləməyin sadəlövhlük olduğu məlumdur. Amma məsələ budur ki, 700 mindən çox üzvü olan hakim Yeni Azərbaycan Partiyası (YAP) da proseslərə heç də güclü təsir edə bilmir. Əksər analitiklər hesab edirlər ki, YAP siyasi arenada əvvəlki avanqardlığını itirib.
Partiyaların, xüsusən də hakim partiyanın hazırkı durumu barədə fikirlərini AYNA ilə bölüşən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bir çox mətləblərə toxunub. Ermənilərin Tovuzla sərhəddə törətdiyi təxribat, döyüşlər və bunun fonunda siyasi qurumların birlik, bərabərlik mesajı verdiyini, birgə bəyanat qəbul etdiklərini xatırladıb. Siyasi araşdırmaçı deyib ki, 47 partiya nəhayət ki, bir araya gələ bildi...
- Siyasi təşkilatlar birgə bəyanat verməklə bildirdilər ki, Qarabağ məsələsində hakimiyyət-müxalifət davası yolverilməzdir. Ümummilli məsələdə partiyaların belə birlik nümayiş etdirməsi sevindirici haldır. Bəyanata imza atmayan siyasi təşkilatlar isə ayrı-ayrılıqda açıqlama yaydı ki, onların da mövqeyi birlikdən yanadır. Yəni ki, onlar da Qarabağ məsələsində həmrəy olduqlarını nümayiş etdirdilər. Xalq da ayrı-seçkilik etmədi, hər kəs meydanlara axışdı. 30 ildən sonra Azərbaycan xalqının özünə qayıdışını gördük ki, bu da gözəl haldır. Biz dünyaya bir daha sübut etdik ki, millətik, ermənilər kimi etnokorparasiya deyilik. Bizi öncə şəxsi maraqlarımız yox, milli maraqlarımız, dövlətimizin maraqları düşündürür.
- Partiyaların birgə bəyanatını xatırlatdınız. Onların 70 faizi demək olar ki, tanınmayan, üzvlərinin sayı son dərəcə az olan partiyalardır...
- Məsələ onların üzvlərinin sayında deyil, qeydiyyata alınıbsa, o zaman mövqe qoymaları əsasdır. O başqa məsələdir ki, bizdə partiyalar zəif yox, ümumiyyətlə proseslərə təsirsizdir. Ədliyyə Nazirliyinin ayrıca şöbəsi var ki, partiyaların qeydiyyatı, fəaliyyəti, üzvlərinin sayı və s. kimi işləri araşdırmaqla məşğuldur. O şöbə araşdırmalıdır ki, bu partiyalar nə edirlər, nə qədər üzvləri var... İndi Allaha şükür ki, Mərkəzi Seçki Komissiyasında partiyaların hamısının göstəriciləri var, hesabat verirlər. Mən bildiyim qədər hər bir partiyanın minumum min nəfər üzvü olmalıdır. Heç partiyalardan soruşmaq lazım deyil ki, nə qədər üzvün var, sizin siyasəti nə qədər vətəndaş dəstəkləyir. Uzağı 15-20 gün ərzində monitorinq aparıb, hansı partiyanın nə qədər üzvü olduğunu üzə çıxarmaq olar. Bir möhürü, bir sədri olan partiyalar Azərbaycanda çoxdur. Hesab edirəm ki, partiyaların sayını azaltmaq lazımdır. Bizdə 60-a yaxın siyasi partiya var. Bir millət 60 cür fikirləşə bilməz. Uzağı 3-5 siyasi fikir, ideya ola bilər. Yaxşı, o zaman bu qədər partiyaya nə ehtiyac var?! Ümumilikdə götürəndə, dünyada partiyalar belə bölünür: “sağ”, “sol”, “mərkəzçi” və “liberal”. Bu istiqamətlərə uyğunlaşdırıb, partiyaların təmərküzləşdirilməsi lazımdır. Banklar, müxtəlif təşkilatlar təmərküzləşən kimi, partiyalar da mərkəzləşdirilə bilər. Bu zaman həm partiyalar güclü olar, həm də dəstəkçiləri artar və siyasi proseslərə təsir göstərə bilərlər.
- O zaman da intriqalar yaranacaq, sədrlik davası, liderlik davası meydana çıxacaq.
- O, sözsüzdür. Bu da bizim siysətçilərin bəlasıdır. Əslində isə birləşsələr, daha güclü olarlar, proseslərə təsir göstərərlər. Əks təqdirdə, elə bu cür dağınıq formada gücsüz, lazımsız, dəstəkçisiz qalacaqlar.
- Məsələ ondadır ki, üzvləri çox olan da təsir gücünə malik deyil. Hakim YAP-ın rəsmi açıqlamasına görə, 700 mindən çox üzvü var. Amma siyasi proseslərə, cəmiyyətə hansı təsiri göstərir? Söhbət üzvlərinin məmuriyyətdə çox olmasından getmir, cəmiyyətdə rəğbət qazanmaqdan gedir...
- Həbs olunanların, Prezidentin etimadını doğrultmayanların hakim YAP-ın yuxarı eşalonunda olmaları o deməkdir ki, YAP öz siyasətini dəyişməlidir. Çox təəssüf ki, siyasi təşkilatlanmada qabağa getmək əvəzinə, geri qayıdırıq. Yenidən mağara təfəkkürünə, qohumbazlıq, tayfabazlıq, yerlibazlıq prinsiplərinə dönürük. İnsanları ağlına, düşüncəsinə, intellekt və dərrakəsinə görə seçmirlər. Kiminsə bacısı, qardaşı, dayısı oğlu olsun, vəzifəyə çəkilir. Hansısa klanın üzvü olmaq əsas götürülür. Biz gördük ki, bu prinsiplər Azərbaycanda özünü heç cür doğrultmur. YAP-ın daxilində irəli çəkilənlər hansısa klanlara bağlı olanlardır. Belə getsə, bunlar YAP-ın özünü çökdürəcəklər. Bu haqda hakim partiyanın rəhbərliyi fikirləşməlidir.
- Sizcə nə etməlidirlər, hansı addımı atmalıdırlar?
- Vallah, mən desəm, deyəcəklər ki, bizim işimizə qarışır. Bilirsiz, hər şeyə düşüncə ilə yanaşmaq lazımdır. Son zamanlar YAP daxilindən edilən təyinatlara baxın. Hamısı eyni klanlara bağlıdır, savadsız olsalar da, irəli çəkilirlər. Kimə qohumluğu var, kimin yerlisidir və sair - araşdırılanda üzə çıxır. Prezidentə təqdim edirlər, yüksək vəzifəyə qoyulurlar. Sonda da Prezidentin ümidini, etimadını doğrultmurlar.
- Yeni təyin olunanların vəzifəsini necə icra edəcəyini bir qədər sonra biləcəyik. Düzdür, bəziləri artıq etimadı doğrultmadığını göstəriblər. Amma YAP-dan irəli çəkilən köhnələr də var ki, onların da özbaşınalığını gördük. Məsələn həbs olunan icra başçıları və müavinlərinin rüşvətxorluqları, korrupsiyaları üzə çıxdı. Hansı ki onların demək olar, hamısı YAP-ın yerli təşkilatlarının sədrləri idilər.
- İstər tutulan məmurlar olsun, istərsə də tutulmayan bir neçə məmur, YAP-ın adından istifadə edərək milyonlar qazanıblar. YAP-ın rayon təşkilatlarının sədrləri arasında 3-4 nəfəri çıxmaqla, əksəriyyəti rayonun milyonçusudur. Onların bəziləri rayon icra hakimiyyətinin yüksək vəzifəlisi statusuna gəlib çata bilirlər. Məsələn, indi həbsdə olan Ramiz Tatarov kimisi. YAP-ın Ağstafa təşkilatının sədri idi, hər kəs gördü ki, rüşvətxorluqla nə qədər mal-mülk yığıb. YAP-ın bir analitik mərkəzi olmalıdır, hansı ki adı var, özü işləmir. Bu mərkəzdə eyni adamlar 30 ildir rəhbərlikdə oturublar, ancaq özlərinin xoşuna gələn, qohumluğu çatan şəxsləri qabağa çəkirlər, vəzifəyə təqdimatını verirlər. YAP-da kim bir az ağıllıdır, uzaqgörəndir, onları uzaqlaşdırırlar. Nəticəsi də göz qabağındadır. Prezidentin imicini, dövlətin imicini sanki düşünmürlər. Ancaq onu düşünürlər ki, qohum-əqrabaları vəzifəyə yerləşdirilsin. Mənə bir nazir, deputat övladı tapın ki, o, işsiz, vəzifəsiz olsun. Ən gəlirli yerlərdə, vəzifələrdə ancaq bunların uşaqlarıdırlar. Eyni adamların qohum-ərqabası, yerliləri əyləşiblər. Xaricdə oxuyub ölkəmizə qayıdan ağıllı, intellektli uşaqlar var, hamısı qalıb kənarda. İstəyirlər, ölkəyə xeyir versinlər, bacarıqlarını ölkəsinin inkişafına sərf etsinlər, imkan verilmir. Sonra da xaricə çıxıb gedirlər, başlayırıq ki, mütəxəssis yoxdur. İntellektləri, işləyən beyinləri xaricə getməyə məcbur edəndə mütəxəssis tapılmayacaq, bu, aksiomadır. Amma bunların qohumları böyük matah olublar. Nə bilim, biabırçı vəziyyətdir. Mən danışanda başqa cür qəbul edirlər. Amma deməsən də, olmur, ölkəmiz üçün ürəyim yanır.
- Deyilməsə də olmur axı...
- Mən bunları danışıram, sonra da əziyyətini çəkirəm. 25 ildir ki, bunlar məni kənarda saxlayırlar. Düşünürlər ki, Cümşüd gələr, ağıllı iş görər. YAP-ın rəhbərliyi məni sevmir. Prezidentin YAP-ın rəhbərliyində oturanların əməllərindən xəbəri yoxdur. Bütün bu işlərin başında YAP-ın icra katibi və ətrafında olan, illərdir oradan qopmayanlar dayanır. Onlar imkan vermirlər ki, YAP-da islahatlar getsin, ağıllı gənclər önə çıxsınlar. Kim bu dövləti sevir, Prezidentin siyasətini dəstəkləyərək onun yanında olmaq istəyir, YAP-ın rəhbərliyində olanlar onları qəbul etmirlər. Fikirləşirlər ki, birdən bu ağıllı adamlar gələrlər, sonra bunların savadsız qohumlarının işlərinə mane olarlar.
- Hansı vəzifələrdə olanları nəzərdə tutursuz?
- Məsələn, YAP-ın Milli Məclisə göndərdiyi adamlara baxın. Bəziləri savadsız, hökumətin özünü biabır edən adamlardırlar. Adam onların yerinə xəcalət çəkir. Bunlar üçün biabırçılığın fərqi yoxdur, təki özlərinin qohum-əqrabası vəzifədə olsun. Belə ayrı-seçkilik, yerlibazlıq, tayfabazlıq olmaz axı. Parlamentə bir nəzər salın, hər şey aydın olacaq. Nə olub, Azərbaycanın başqa yerindən ağıllı adam yoxdur ki, ancaq eyni bölgədən, eyni yerdən olanlar vəzifədədirlər?
- Hər halda, 700 min üzvün hamısı eyni yerdən deyil, hamısı da qohum deyil...
- Bilirsiniz, partiyalar üç halda təşkilatlana bilir: şəxsiyyətin ətrafında yaradılan, ideya ətrafında yaradılan və korporativ maraqlar naminə yaradılan partiyalar. YAP şəxsiyyətin ətrafında formalaşmış partiya idi - söhbət Ulu Öndər Heydər Əliyevdən gedir. O şəxsiyyət dünyasını dəyişəndən sonra, YAP-ın istiqamətini çox sakitcə dəyişdirdilər, gücünü zəiflətdilər. YAP-ın nüfuzlu adamları, patriarxları, ziyalıları var idi. Sözləri keçən adamlar idilər, nüfuz sahibi idilər. O dövrlər YAP üçün şan-şöhrət dövrü idi. O şan-şöhrət indi yoxdur. Özləri də dəyişmək istəmirlər, islahatlar aparılmır. Hər sahədə islahat getdi, YAP rəhbərliyi dəyişmədi. Onlar da elə əvvəlki adamları önə çəkirlər. YAP-ın Milli Məclis seçkilərinə irəli sürdüyü namizədlərə baxın, eyni düşüncəli adamlar, əksəriyyəti danışığını bilməyənlər... Bu, hakimiyyətin də ziyanınadır. Hesab edirəm ki, YAP güclü olmaq istəyirsə, islahatlara getməli, gəncləşməli, rəhbərlik ağıllı beyinlərə təhvil verilməlidir. //AYNA.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:31-07-2020, 12:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-07-2020, 12:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29