“Mehdiyevin göndərilməsinin bir səbəbi də...” - Ölkədə SİYASİ SİSTEM DƏYİŞİKLİYİ
“Azərbaycanda Rusiyanın təsir imkanlarının azaldılması hər iki ölkədə siyasi sistemin dəyişməsini zəruri edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Siyavuş Novruzovun ölkədə siyasi sistemin yenidən formalaşdırılmasının zəruriliyi və mövcud siyasətçilərin öz yerlərini yeni nəslə verməli olmaları haqda fikirlərinə münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu bildirib ki, mövcud vəziyyətdə bir sıra ciddi məsələlərin həllinin, ən əsası, Qarabağın işğaldan azad edilməsinin yolu siyasi sistemin dəyişdirilməsindən keçir:
“Siyasi sistem dəyişilməyəcəyi təqdirdə, Qarabağın işğaldan azad olunması da çətinləşəcək. Eyni zamanda, Azərbaycanın Rusiyanın təsir dairəsindən birdəfəlik çıxaraq, Avropaya sürətli inteqrasiya etməsi qaçılmaz zərurətə çevrilib. Açıq deyilməlidir ki, Azərbaycandakı neqativ halların bir çoxu məhz Rusiya siyasi sistemindən “götürülüb”. Ona görə də, bu vəziyyəti kökündən dəyişmək lazımdır.
Fikrimcə, Siyavuş Novruzov siyasi sitemin dəyişdirilməsinin vacibliyindən danışarkən, bu məqamları da nəzərdə tutub. Əgər Azərbaycanda Rusiyanın təsiri azalırsa, bu, bütün sahələrdə öz əksini tapmalıdır. Mənə belə gəlir ki, Ramiz Mehdiyev və onun tərəfdarlarının hakimiyyətdən göndərilməsinin əsas səbəblərindən biri də məhz budur. Amma qeyd edilməlidir ki, bu proses tədricən davam edəcək və müəyyən vaxt aparacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-08-2020, 17:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-08-2020, 17:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11