Baş Prokurorluqda “İşin Təşkili Qaydaları” təsdiq olundu, 100-dən artıq əmr ləğv edildi
Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev çıxışında prokurorluğun fəaliyyətini tənzimləyən, icrası prokurorluq işçiləri üçün məcburi olan əmr, sərəncam, göstəriş və digər aktlarla bağlı məsələlərə də toxunmuşdur. Bildirilmişdir ki, idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, eləcə də struktur qurumlarla rayon (şəhər) prokurorluqları arasında münasibətlərin tənzimlənməsi kimi ayrı-ayrı sferaların tənzimlənməsini müasir tələblər səviyyəsində təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 20 iyun 2020-ci il tarixli Sərəncamla təşkil edilmiş İşçi qrup tərəfindən Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın layihəsi hazırlanaraq, bütün struktur qurumlarda geniş müzakirəsi keçirilmiş, irəli sürülən təkliflər nəzərə alınmaqla təkmilləşdirilmişdir.
Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, müzakirələrin nəticəsi olaraq, Baş Prokurorluğun 30 iyul 2020-ci il tarixli Kollegiya iclasında “İşin Təşkili Qaydaları” təsdiq olunmuş və 01 avqust 2020-ci il tarixdən etibarən bütün prokurorluq orqanlarında qüvvəyə minmiş, həmin qaydaların qüvvəyə minməsi ilə əlaqədar, qurum üzrə 100-dən artıq əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunmuşdur.
Əlavə edilmişdir ki, hazırda bu Qaydaların tələbləri rəhbər tutulmaqla, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorluqlarında da “İşin Təşkili Qaydaları”nın hazırlanması prosesi davam etdirilməklə, ləğv olunmalı normativ sənədlərin siyahısı müəyyənləşdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2020, 16:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-08-2020, 16:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11