Virus planları dəyişdi: İstifadəsiz qalan milyonlar hara xərclənəcək? - GƏLİŞMƏ
Məlum olduğu kimi, Parlamentdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda səsə qoyularaq qəbul olunub.
Qanun layihəsi 2020-ci il üzrə dövlət büdcəsində nəzərdə tutulan xərclərin azaldılması və bir sıra digər dəyişiklikləri nəzərdə tutur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında sözügedən layihənin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov bildirib ki, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 35,3 faizi həcmindədir. Nazir qeyd edib ki, təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard manat az olacaq:
“İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsirləri üzrə azalmalara daxili bazarlarda neft məhsullarına tələbatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır”.
O, dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrıldığını deyib:
“Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır. Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur”.
Qeyd edək ki, pandemiyanın yaratdığı yeni şərtlər şəraitində büdcədə kəsirin yaranacağı, eləcə də dövlət büdcəsində dəyişikliklərin ediləcəyi gözlənilən idi.
Bəs əsasən hansı istiqamətli xərclər azaldılacaq və hansı layihələr təxirə salınacaq?
İqtisadçı Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, əsasən 2020-ci ildə nəzərdə tutulan infrastruktur layihələrinin icrası optimalaşdırılır:
“Bununla yanaşı, koronavirus pandemiyası ilə əlaqədar yaranmış yeni konyuktur var. Məsələn, indiki şərtlər daxilində beynəlxalq tədbirlərin təşkili təxirə salınıb. Buna görə də dövlət büdcəsində bununla bağlı nəzərdə tutulan xərclərin digər xərc istiqamətlərinə yönəlməsi üçün imkan yaranıb. Təhsil müəssisələrinin əhəmiyyətli hissəsi fəaliyyət göstərmir və dövlət büdcəsində bu müəssisələrin saxlanması, ərzaq təminatı üçün nəzərdə tutulan xərclərin – yəni əmək haqları çıxmaq şərtilə digər xərclərin optimallaşdırılması imkanı yaranıb. Başqa bir tərəfdən hərəkətin məhdudlaşdırılması ezamiyyələrin sayının azalmasına gətirib çıxarıb. Bu məqsədlə büdcədə nəzərə tutulan 60 milyon vəsaitin digər istiqamətlərə yönəlməsi imkanı yaranıb”.
İqtisadçı deyir ki, Azərbaycan dövlət büdcəsinin xərc istiqamətləri müəyynələşdirilərkən, kifayət qədər lazımsız xərclər nəzərdə tutulub:
“Xüsusilə qurumlar arasında balanslaşdırma aparmaq üçün müəyyən qurumlara az səmərəli olan istiqamətlərə vəsaitlər ayrılır. 2020-ci ildə dövlət büdcəsinin cəmi 39 faizi sosial istiqamətli xərclər idi, digər 61 faizindən çoxu isə idarəetmədə də daxil olmaqla müxtəlif məqsədlərə yönəlmişdi. Başqa ölkələrlə müqayisə etsək, Azərbaycanda bu göstərici çox aşağıdır. Məsələn, normal inkişaf səviyyəsinə çatmış ölkələrdə sosial xərclər büdcənin təxminən 70-80 faizini təşkil edir. Bu, o deməkdir ki, digər istiqamətlər üzrə xərclərin təyinatının dəyişdirilməsi imkanları genişdir. Digər istiqamətlər ümumiyyətlə, az əhəmiyyətli hesab olunur. Yeni layihədə həm layihələrin, həm müxtəlif proqramların icrası ilə, eləcə də bəzi dövlət qurumlarının saxlanması ilə bağlı xərclər, Dövlət Sosial Müdafiə Fonduna 339 milyon manat transfertlə bağlı xərclərin təxirə salınması nəzərdə tutulub”.
Rəşad Həsənovun sözlərinə görə, bütün bu vəsaitlər pandemiya fonunda yaranmış digər istiqamətlərə - səhiyyə təyinatlı, biznesin pandemiyanın təsirlərindən qismən müdafiəsi və hökumətin qanətinə görə əhalinin sosial vəziyyətinin kəskin pisləşməsinin qarşısının alınması məqsədi daşıyan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2020, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2020, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07