245 saylı məktəbin direktoru valideynlərə niyə problem yaradır? - GİLEY
Təhsil millətin gələcəyidir. Təsadüfi deyil ki, müdriklərimiz yalnız elm, təhsil bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər deyiblər. Lakin hər bir sahəsi ilə Cənubi Qafqazın lideri hesab etdiyimiz dövlətimizdə məhz təhsillə bağlı bəzi şəxslərin atdıqları addımlar gələcəyin ciddi problemlərinin bünövrəsini qoya bilər. Paytaxtın Xətai rayon ərazisində fəaliyyət göstərən 245№-li tam orta məktəbin direktoru Arzu Azadəliyeva təyinatı ilə paralel məktəbdə yeni idarəçilik formtı da tətbiq etdi. Nə yazıq ki, bu format nəticədə nəinki şagirdlərin, hətta bir ailənin belə mövcud durumda həlli müşkül olan probleminə çevrildi. Atdığı addımları hər kəsə "mənim prinsipim" - deyə qəbul etdirməyə çalışan direktorun əməlləri artıq valideynlər arasında ciddi narazılığa səbəb olub. Conflict.az olaraq bu məsələ ilə bağlı redaksiyada kifayət qədər faktlar var.
Oxucuların diqqətinə çatdıraq ki, cari ildə 245№-li tam orta məktəbin 9-cu sinifini bitirən və yekun qiymətdə 3-ü və 2-si olan şagirdlərin əksəriyyəti Arzu Azadəliyevanın yeni "prinsiplərinə" uyğun olaraq məktəbdən kənarlaşdırılıb. Etiraz edən valideynlərə isə öz "prinsipləri" olan direktor yalnız bir cavab verir: Ovladlarınızın təhsilini davam etdirməyə lüzum yoxdur.
Əvvəla qeyd edək ki, Arzu Azadəliyeva belə qərar vermək üçün qətiyyən səlahiyyətli deyil. Bu tip qərarlar yalnız ailələr tərəfindən verilə bilər. Məsələnin digər tərəfi və konkret məğzi isə odur ki, Arzu Azadəliyevanın "prinsipləri" kütləvi narazılığın, kütləvi etiraza çevrilməsinə gətirib çıxara bilər. Diqqətli oxucularımıza məlumdur ki, bütün orta və ali təhsil müəssisələri pandemiya səbəbindən mart ayının ilk günlərindən məcburi tətilə bağlandı. Hesab edirik ki, bu dövlətimiz tərəfindən atılan ən doğru addım idi. Çünki ölkə Prezidentinin öz vətəndaşına verdiyi dəyər kimsəyə sirr deyil. Təhsil ilinin tam yarısını məktəbdən kənarda keçirən şagirdin təhsil səviyyəsinn aşağı düşməsi sadə həqiqətdir. Bunun üçün əlavə şərhə ehtiyac yoxdur. Və onu da qeyd edək ki, onlayn təhsil sisteminə hazır olmayan şagirdin mövcud durumda qiymətlərində yaranan problemdə təbiidir. Belə olan təqdirdə nədən 9 il bir məktəbdə təhsil alan şagird, 10-11-ci sinifləri davam etmək üçün Arzu Azadəliyevanın iradəsi ilə məktəb axtarışında olmalıdır? Onsuzda insanlar aylardır ki, həyatları, ailələri ilə bağlı gərginlik içərisindədirlər. Bəs yeni, həm də süni problemin bir ailə üçün yaradılmasının səbəbi nədir? Viktor Hüqo deyirdi ki: Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir. Tutaq ki, Arzu Azadəliyeva öz "prinsiplərini" pozmadı və sonucda valideyn övladının təhsilinin davam etdirməsi üçün məktəb tapa bilmədi. Nəticədə nə baş verir? Küçələrdə 15 yaşlı nə təhsilini davam etdirmək imkanı, nə də həddi-buluğa çatmadıqları üçün işsiz olan yeniyetmələr ordusu peyda olur. Mütləqdir ki, nəticə Hüqonun dedikləri olacaq. Və deməli problem bir ailə səviyyəsindən, dövlət səviyyəsinə qədər yüksələcək. Sual olunur sıradan bir məktəbin direktoruna bu səlahiyyəti kim və ya kimlər verib?
Cənab Prezidentin müvafiq Sərəncamı ilə Emin Əmrullayevin Təhsil naziri təyin edilməsi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Çünki cənab Əmrullayevi cəmiyyətin bu sahəsi ilə əlaqəsi olan kəsimi təhsil novatoru kimi tanıyır. İllərini təhsilin inkişafına həsr etmiş bir şəxsin bu sahəyə ölkə üzrə rəhbərliyi daha qəbul edilən və başa düşülən idi. Lakin təəssüflə qeyd etmək lazımdır ki, sıradan bir məktəb direktorunun sonucunu düşünmədən atdığı addım həm də cənab nazirin illərlə qazanmış olduğu nüfuzuna zərbədir. Olmazmı ki, Təhsil nazirliyi öz nümayəndəsini göndərsin 245№-li məktəbə? Çünki artıq neçə şagird və valideyn Arzu Azadəliyevanın "prinsiplərindən" nəsibini alıb. Hər kəsə "bizim məktəb profil siniflər yaradır" deyərək çoxlu sayda ailəyə problem yaradan direktor üçün bir sadə sinifin təşkili mümkünsüz deyil axı. Yox əgər mümkünsüzdürsə, o zaman yuxarıda qeyd olunduğu kimi məsələyə Təhsil nazirliyi münasibət bildirsin.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2020, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2020, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti