“Ölkədə ala-babat təhsil prosesi vardı, onu da pandemiya apardı” – Ekspert islahatlarına aparılacağına ümidsizsizdir
Yeni təhsil naziri təyin olunduqdan sonra bu sahədə islahatların aparılacağına ümidlər artıb.
Hesab olunur ki, bu sahədə illərdir baş alıb gedən problemlər yoluna qoyulacaq. Təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində addımlar atılacaq, illərdir narazılığa səbəb olan “dərs yükü” məsələsinə baxılacaq.
Marqlıdır, nədən başlanılmalı, yıxılmaqda olan sistemin ayağa qalxması üçün nələr edilməlidir?
Təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya açıqlamasında bildirib ki, təhsil sahəsində illərdir ki, islahatlardan danışılsa da, hər hansı köklü islahatın baş verdiyi müşahidə olunmur:
“İslahatların baş verməsi üçün birinci növbədə Təhsil Nazirliyində struktur dəyişikliyi olmalıdır. İlk növbədə təhsili bilən şəxslər işə cəlb olunmalı, heç olmasa əməkdaşlığa dəvət olunmalıdırlar. Nazirlikdə çalışanlardan 3-4 nəfər çıxmaq şərtilə heç biri təhsil adamı deyil. Ölkənin hər 6 məktəbindən biri direktorusuzdur. Yeni kadrların yetişdirilməsi ilə bağllı heç bir addımlar atılmır. Ali təhsil müəssisələrinin yarıdan çoxunun pedaqoji kadr hazırlmasına baxmayaraq, həmin kadrların səviyyəsi o qədər bərbaddır ki, 4 il ali təhsil alan şəxs, bundan sonra repetitor yanına gedir ki, müəllimliyə qəbul olunsun”.
Elşən Qafarov deyir ki, “Təhsilin İnkişafı üzrə Dövlət Srategiyasında” nəzərdə tutulmuş hədəflərə çatmaq üçün görülən tədbirlər yarımçıq deyil, tam olaraq yerinə yetirilməlidir:
“Hazırda ümümtəhsil məktəbləri ilə bağlı görüləsi işlər həddindən arıq çoxdur, bunun üçün konkret olaraq ümümtəhsilin konsepsiyası olmalıdır. Konkret olaraq biz Azərbaycan Respublikası olaraq qərar verməliyik, Sovet məktəb modeli ilə gedirik, yoxsa Avropa. Əgər Avropa modeli ilə gediriksə, məktəblərimizdəki struktur Avropa modelinə uyğunlaşdırılmalıdır. Juquliyə Mersedes matoru getmir axı... İngilis dilini bilmək hələ təhsilin inkişafı demək deyil. Ölkədə ala-babat təhsil prosesi vardı, onu da pandemiya apardı”.
Ekspert deyir ki, bir ildən artıqdır ki, “Ümümi təhsil məktəbləri haqqında” Qanun qəbul olunsa da, onun həyata keçirilməsi ilə bağlı hər hansı tədbirlər həyata keçirilməyib.
Onun fikrincə, hazırkı təhsilin dayandığı bir dövrdə hüquqi normativ qaydaları yaxşılaşdırmaq olardı. O cümlədən də məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə tabe edilməsi vacib şərtlərdən biridir.
Elşən Qafarov ali məktəblərdə keyfiyyətin aşağı olmasına baxmayaraq, təhsil haqlarının yüksək olmasından da danışıb:
“Dövlət ali təhsil müəssisələrinin infrastrukturuna vəsait ayırıb. Buna baxmayaraq, Azərbaycanda oxuyan hər 100 nəfərdən 70-i ödənişli əsaslarla oxuyur. Bəs dövlətin ayırdığı bu qədər vəsait nə üçündür? Ödənişli təhsildən gələn vəsaitlər hara xərclənir? Bunların hesabatı ortaya niyə çıxmır? İndiki dövrdə hansısa dövləti işğal etmək üçün böyük maliyyə lazım deyil, onun təhsilini əlindən alıb, milləti “kor” qoymaqla buna nail olmaq mümkündür. Belə bir şəraitdə Allah köməyimiz olsun!”
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2020, 17:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2020, 17:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11