Quliyevlə Həsənov Səfərovu oğurlayıblar, yoxsa “atdığı” pulu geri almaq istəyiblər? - “O, MÜFTƏXOR KİMİ YAŞAMAĞA ÖYRƏŞİB…”
Bu ilin martında həbs edilən və adam oğuluğunda ittiham olunan Ramiz Həsənov və Hüseyn Quliyevin cinayət işi üzrə Rusiyanın Berdsk şəhər məhkəməsində məhkəmə prosesi başlayıb. Müttəhimlər kürsüsündə əyləşənlər adam oğurluğu ilə yanaşı həm də soyğunçuluqda, rəsmi sənədlərin saxtalaşdırılmasında təqsirləndirilirlər.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Təqsirləndirilən H.Quliyevin müdafiəçisi tanınmış və qalmaqallı vəkil Elman Paşayev isə zərərçəkmişi “dələduz” adlandırıb.
Səfərovu oğurlamaqda təqsirləndirlən Hüseyn Quliyev 10 aydır həbsdədir
N.Quliyev hazırda istintaq təcridxanasında, R.Həsənov isə ev dustaqlığındadır. Cinayət işinin materiallarına əsasən Səfərov (onun adı göstərilmir) Türkiyədən cins şalvarlar gətirib Rusiyada satmaq üçün təqsirləndirilən Həsənovla anlaşıb, lakin daha sonra mal almaq üçün verilən pulu mənimsəyib.
Berdsk şəhər prokurorunun köməkçisi Vyaçeslav Filippenko bildirib ki, onlar Rusiyada satmaq üçün Türkiyədən cins gətirmək planlaşdırırdılar. Lakin yekunda Həsənov nə malı görüb, nə pulu geri alıb.
-Səfərov gizlənib, evdən çıxmayıb. Onun şəxsi kuryeri olub-taksi sürücüsü. Bütün zəruri ərzaqları alıb və özünü də lazım olanda harasa aparıb. O vaxt o Berdskdə yaşayıb,-dövlət ittihamçısı dəqiqləşdirib.
Nəhayət Həsənov Quliyevə və “kimiliyi müəyyən edilməyən daha iki şəxsə” təklif edib ki, borclu ilə məsələni ayrıd etsinlər. Və onlar razılaşıblar. Ötən il sentyabrın sonlarında adam oğruları Berdskdə, Qorki küçəsində Səfərovun getdiyi taksinin qarşısını kəsiblər, onu maşından çıxarıblar və başına kisə keçiriblər. Səfərov onu hara apardıqlarını görməyib. İlk 5 gün ərzində onu mənzildə saxlayıblar, sonra Novosibirskin Oktyabrsk rayonundakı “Avrora” otelinə aparıblar.
-Səfərovu saxlayanda onun başına yumruq zərbələri endiriblər, habelə təpiklə vurublar. Tapançaya oxşayan naməlum predmetlə təhdid ediblər. Oteli isə Səfərov təcili yardım xidmətinə çağırışdan istifadə edərək tərk edib,-bunları isə Berdsk şəhər məhkəməsinin sədrinin köməkçisi Natalya Safronova bildirib.
Onun dediyinə görə, otelin “resepşinin”də Səfərov halının pisləşdiyini bildirib və təcili yardım çağırmağı xahiş edib. Həkimlər onu xəstəxanaya aparıblar,Səfərov oradan polisə zəng vurub. Oğurlandığını bildirib və deyib ki, oğrular onu buraxmaq üçün pul tələb ediblər. Həmin məbləğ olmadığı üçün qohumlarından tələb ediblər.
Səfərovu oğurlayarkən Həsənov onun 18 min rubl dəyərində dəri gödəkçəsini, Quliyev mobil telefonunu əlindən alıb. Quliyev habelə onun pasportunu və Rusiyada yaşamaq icazəsinə dair sənədi də alıb.
Lakin vəkil Səfərovun oğurlandığını rədd edir, onun iddiasına görə, zərərçəkmiş müftəxor kimi, başqalarının hesabına yaşamağı özünə həyat tərzi seçib. Belə ki, təqsirlədirilən şəxslər onu əslində oğurlamayıblar, mehmanxanaya yerləşdiriblər, onu ərzaqla təmin ediblər və atasının nə zaman borcu qaytaracağını gözləyiblər.
Müdafiəçinin dediklərindən belə məlum olub ki, ötən ilin oktyabrından etibarən zərərçəkmişin borclu olduğu şəxslər ondan borclarını geri tələb ediblər. Biznes adı altında aldığı pulların hamısını özü üçün xərcləyib. Bir sözlə, nə mal gəlib çıxıb, nə də pullar geri qayıdıb: “Müdafiə etdiyim şəxsi soyğunçuluqda, adam oğurluğunda ittiham edilirlər. Amma baxın, zərərçəkmiş Səfərovun nə qədər aldatdığı insanlar var. Müxtəlif bəhanlərlə vətəndaşlarda pul alıb qaytarmayıb. Onları inandırıb ki, guya geniş əlaqələrə malikdir, Türkiyədən cins və digər geyim əşyaları gətirəcək, Rusiyada satışını təşkil edəcək. İnsanlar da inanıb ona pul veriblər. O, isə həmin pulları öz ehiyaclarına xərcləyib. Pulunu geri istəyənləri isə polislə hədələyib. Müdafiə etdiyim şəxs artıq baş verənlərdən cana yığılıb. Onu mehmanxanaya yerləşdiriblər, gözləyiblər ki, atası nə vaxt borcları qaytaracaq. Birinə 1,5 milyon, digərinə 300 min rubl borcu var”.
Vəkilin sözlərinə görə, “Avropa” mehmanxanasına gətirilən zərərçəkmiş polisə zəng vuraraq oğurlandığını deyib: “Adam oğurluğundan söhbət gedə bilməz. Səfərovun yanında ərzaq olub, nə vaxt istəsə küçəyə çıxa bilib. Mehmanxananın administratoru sonuncu məhkəmə prosesində bunu təsdiq edib. Deyirlər, guya onu döyüblər, buna görə təcili yardım çağırılıb. Belə bir şey olmayıb. Oğurlanan adam mehmanxanada necə sərbəst gəzə bilər? Onun üçün pul ödəyiblər, müftə yeyib-içib. Borcunu geri qaytarması üçün orada saxlanılıb. Silahla hədələnməsi isə sayıqlamadan başqa bir şey deyil”.
Vəkil məhkəmənin obyektiv qərar çıxaracağına ümid etdiyini deyib.
Virtualaz.org
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2020, 17:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2020, 17:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11