24 ildir AZAL-ın baş direktoru olan Cahangir Əsgərov KİMDİR?

“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir?”
regionxeberlericom.az Qazet.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.
“Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”- deyə Prezident bildirib.
Hazırda AZAL-ın balansında 21 müxtəlif növdə təyyarəsi var. 10 təyyarə sifariş edilib.
Bəs 24 ildir “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru olan Cahangir Əsgərov kimdir?
Qazet.az xəbər verir ki, Cahangir Əsgərov 11 iyul 1950-ci ildə Bakıda anadan olmub. 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirib.
1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.
1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.
Cahangir Əsgərovun Azərbaycan Respublikası mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə dövlət tərəfindən əməyi qiymətləndirib. 2010-cu ildə “Şöhrət” ordeni, 2020-ci ildə Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, son vaxtlar AZAL müştəriləri bilet satışlarının da kifayət qədər baha olmasından şikayətlənir.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-08-2020, 10:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-08-2020, 10:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…