ƏMƏK PENSİYALARINA AYRILAN XƏRCLƏR NİYƏ AZALDILIR? - DSMF-dən cavab
Avqustun 6-da Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsində təklif edilən əlavə və düzəlişlər müzakirə olunub. Fondun büdcəsində edilən dəyişikliklər pandemiyanın təsirlərini azaltmaq məqsədi daşımaqla yanaşı 2020-ci ilin dövlət büdcəsinin dürustləşməsi ilə də bağlıdır.
Layihədə əmək pensiyalarının ödənilməsi xərclərinin 26, 769 milyon manat azalıdılması nəzrdə tutulur. Həmçinin, yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmindəki azalmalar nəzərdə tutulur.
Bundan başqa məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların məbləği büdcədən maliyyələşən təşkilatlar üzrə proqnoz 2 milyon 588 min manat azaldılır, əksinə büdcədən kənar mənbələt üzrə həmin məbləğ qədər artım təklif olunur. Pandemiyanın real sektorada təsirlərə məruz qalan 20 fəaliyyət sahəsindən 11-də fəaliyyətlərin tamamən dayandığını nəzərə alsaq özəl sektordan daxil olmalarda artımın proqnozlaşdırılması suallar doğurur.
"AzPolitika. info" DSMF büdcəsində sözüegedən dəyişikliklərinin səbəblərini öyrənmək üçün adıçəkilən quruma informasiya sorğusu göndərib. DSMF-nin İctimaiyyətləəlaqələr şöbəsinin rəhbəri Rəşad Mehdili sorğunu cavablandırıb:
- Əmək pensiyalarının ödənilməsi xərclərinin 26,769 milyon manat azalıdılması nəzərdə tutulur. Həmçinin, yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmindəki azalmalar nəzərdə tutulur. Bu azalmalar hansı səbəblərlə bağlıdır?
- İlk növbədə sualınıza düzəliş etmək istərdim. Belə ki, bu və ya digər sosial təminat növü üzrə xərclərin azaldılması həmin sosial təminat növü üzrə ödənişin azaldılması demək deyil. Ona görə də “yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmindəki azalmalar” ifadəsi düzgün deyil. Həm də uşağın anadan olmasına görə və 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar xərclərin azaldılması da aparılan aktual hesablamaların, təhlillərin nəticəsi olaraq büdcənin dürüstləşdirilməsi məqsədinə xidmət edir. Əmək pensiyalarının ödənilməsi xərclərinin bu il üçün 26, 769 milyon manat azaldılması ilə bağlı qeyd edim ki, sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, effektiv idarə olunması, şəffaflığın təmin edilməsi, saxta və əsassız pensiya işlərinin ləğvi, inzibati nəzarət tədbirlərinin gücləndirilməsi nəticəsində ciddi maliyyə qənaətləri əldə olunub.
Dövlət Sosial Müdafiə Fondunun 2020-ci ilin birinci yarımilliyi üçün gəlirləri 2395,2 mln. manat proqnozlaşdırılmış, lakin hesabat dövründə Fondun gəlirləri proqnozlaşdırılan məbləğdən 162.4 mln. manat çox olub, proqnoza 106.8 faiz icra edilib. Fondun gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 449.85 mln. manat və ya 21.34 faiz çoxdur; Məsələn, pensiyaların təyinatının elektronlaşdırılması, saxta və əsassız pensiya işlərinin ləğvi, inzibati nəzarət tədbirlərinin gücləndirilməsi və şəffaflığın təmin edilməsi nəticəsində pensiyalarının nominal xərcləri üzrə 2018-ci ildə 26 mln. manat, 2019-cu ildə 104 mln. manat, 2020-ci ilin ilk altı ayında 55 mln. manat vəsaitə qənaət edilib.
İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi ümumilikdə 238 mln. manat təşkil edib. Eyni zamanda, əmək pensiyalarının ödənilməsi xərclərinin bu il üçün 26, 769 milyon manat azaldılması da o deməkdir ki, aparılmış nəzarət-yoxlama tədbirləri nəticəsində saxta və əsassız pensiya işlərinin ləğv edilməsi artıq bu istiqamətdə əsassız xərclərin də qarşısı alınıb və ona görə də artıq əmək pensiyalarının ödənilməsi xərclərində 26, 769 milyon manat azalma olacaq.
- Pandemiyanın təsirlərinə məruz qalan 20 fəaliyyət sahəsindən 11-də fəaliyyətlərin tamamən dayandığını nəzərə alsaq, özəl sektordan daxil olmalarda artımın proqnozlaşdırılması nə ilə bağlıdır?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Bu sahədə əsas dəstək tədbirlərindən biri kimi, -dövlət və özəl sektorda muzdla çalışanların iş yerləri və əməkhaqqı gəlirləri qorunur.
Əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib: 2020-ci ilin 6 ayında özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik bir artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751,3 minə çatıb. Əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda 8,24 faiz artım özünü göstərib, o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən çoxdur.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-08-2020, 16:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-08-2020, 16:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09