“Xərclərimiz yaranıb, bunu Səhiyyə Nazirliyi və TƏBİB aparmalıdır, amma...” - “E-TƏBİB”in layihə rəhbəri
İndiyədək 170 min nəfər "E-TƏBİB" mobil tətbiqində qeydiyyatdan keçib.
regionxeberlericom.az bildirir ki, bu barədə Cebhe.info-ya açıqlamasında "E-TƏBİB" layihəsinin rəhbəri Fuad Niftəliyev bildirib.
Onun sözlərinə görə, proqramı silənlər, geri yükləyənlər də var: “Ümumilikdə 250 min yüklənmə var. 90 min nəfər proqramı silib. Yenidən yükləyənlər də var. Yəni rəqəm gündəlik dəyişir. Amma konkret olaraq 170 min nəfər “E-TƏBİB” mobil tətbiqində qeydiyyatdan keçib. Ola bilsin ki, proqramı silənlər tətbiqi xoşlamırlar. Hələlik proqramı yükləmək könüllülük prinsipi əsasında davam edir”.
Fuad Niftəliyev bildirib ki, insanların ictimai iaşə müəssisələrinə, kütləvi toplaşma məkanlarına və iş yerlərinə sağlamlıq statusu əsasında buraxılması ilə bağlı QR kodlu girişlər təklif olunur: “Sabah qərar çıxarsa ki, daxil olduğun yerlər kodlu olacaq, o zaman daha çox yüklənmələr ola bilər və daha çox infeksiyanın qarşısı alınmış olar. Proqram tərtibatçısı olaraq tətbiqin təbliğatını da özümüz aparırıq.
Bununla bağlı xərclərimiz də yaranıb, amma yenə də yoluna qoyuruq. Hansı ki, bunu Səhiyyə Nazirliyi və TƏBİB aparmalıdır. Onu da deyim ki, proqramı hazırlayanda bunu heç bir ödənişsiz dəstək məqsədilə TƏBİB-ə vermişik. İstənilən halda bu proqramın tətbiqi dövlət səviyyəsində həyata keçirilməlidir. Necə ki, bəzi demokratik ölkələr insanlarının sağlamlığını üstün tutub bu proqramın icrasını dövlət səviyyəsində həyata keçirdi. Ölkəmizdə də eyni sistem olmalıdır”.
Layihə rəhbəri proqrama bəzi əlavələrin ediləcəyini də deyib: “Biz onsuz da proqramı saxlamırıq və təkliflərimizi veririk. Orada mobil tətbiqin karantin mərhələsi olacaq. 14 gün evdə müalicə olunanlar məcbur edilməlidirlər ki, karantin mobili aktivləşdirsinlər. Nəzarət edən orqan admin paneldə dərhal bu aktivləşdirməni görəcək. Əgər şəxs telefonu götürüb 50-100 metr radiusdan kənara çıxsa, nəzarət edən orqana bununla bağlı mesaj gələcək. Yaxud telefonu qoyub küçəyə çıxan zaman qeyri-şərti vaxtlarda telefona gələn sorğulara cavab verməyəcək, bununla bağlı da nəzarət edən orqana mesaj gələcək. Bunların hamısı nəzərə alınıb. Sadəcə, dövlət səviyyəsində bütün bunlar məcburi qaydada həyata keçirilsin”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2020, 17:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-08-2020, 17:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti