"Cəlilabad Məhkəməsində rüşvət və korrupsiya tüğyan edir..." - Özbaşınalıq
"Mən Yarıyev Ramiz Qədir oğlu Cəlilabad rayonunun aktiv adamlarından olmuşam, həmişə haqq sözünü demişəm. Dəfələrlə vətəndaşların hüquqlarını qorumuşam, etbarnamə əsasında müdafiəçi qismində proseslərdə iştirak etmişəm. Lakin mənim fəaliyyətim rayonda bəzi vəzifəli şəxslərin xoşuna gəlmirdi. Mənim əsas qoyduğum məsələlərdən biri də Cəlilabad Məhkəməsində tüğyan edən rüşvətxorluq idi. Cəlilabad Məhkəməsi hakimlərinin rüşvət alması ilə bağlı çoxlu rəsmi sənədlərim var. Mən dəfələrlə həmin sənədləri dövlət orqanlarına, hüquq mühafizə orqanlarına, Baş prokurorluğa göndərmişəm. Uzun müddət bu barədə şikayət məktubları yazmışam". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Bu cür məsələlər nəhayət məni Cəlilabad Məhkəməsinin sədri Vüsal Cəbrayılovun və hakimi Elxan Əmirəliyevin qara siyahısına saldı. Mən onların rüşvətxorluğu yolunda ən böyük əngəl idim, bunu bütün rayon ictimaiyyəti bilir.
Bu yönlü fəaliyyətimə görə Elxan Əmirəliyev və Vüsal Cəbrayılov məni şərləyərək tutdurdular. Onlar Nadir adlı şəxsi öyrədərək mənim üzümə durğuzdular.
30 noyabr 2017-ci ildə polislər məni həbs edib birbaşa Cəlilabad Məhkəməsinə gətirdilər. Burda bildim ki, guya mən 3 gün qabaq Məmmədov Nadir Murad oğlu adlı şəxsi söymüşəm. Mən bu adamın üzünü görməmişdim, ona görə də təəccüb qaldım. Hakim Elxan Əmirəliyev heç bir şahid və sübut olmadığı halda mənə tez-tələsik hökm çıxardı. Əgər tutaq ki, söymüşdümsə, cərimə elə çıxım gedim. Lakin Elxan məni 50 manat cərimə etməkdən başqa dəlixanaya müalicə almağa saldırdı.
Cəlilabad Məhkəməsinin hakimi Elxan Əmirəliyevin sədrliyi ilə 30 noyabr 2017-ci ildə qərardad çıxarıldı ki, mənim psixi xəstə olmağımı yoxlamaq üçün Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilim! Elxan məni dəli çıxardı, halbuki mən rayonun tanınmış ziyalılarındanam.
Əslində qanunla məhkəməyə psixiatr həkim çağırılmalıydı, mənim durumum yerində yoxlanmalıydı, lakin mən bunu tələb etsəm də, hakim
Elxan Əmirəliyev digər vəsatətlərim kimi bunu da təmin etmədi, tez-tələsik məni dəlixanaya göndərdi.
Etmədiyim, tərəfimdən törədilməyən mifik inzibati xəta əsasında mənə şər atıldı, həmin şərə uyğun da əsassız qərardad çıxarıldı. Mənim torbamı belə tikdilər.
Bu qanunsuz və qərəzli qərardada görə 2 ay dəlixanada həbsdə yatdım. Bu da Cəlilabad Məhkəməsinin ədaləti! Burda haqq sözünü deyənləri nəinki əzirlər, hətta dəlixanaya göndərirlər. Çünki mafiof qrup külli miqdarda pul qazanır.
Mən 23 gün dəlixanada yatandan və yoxlanılandan sonra aydınlaşdı ki, dəli deyiləm. Məlum oldu ki, qərardad səhv olub. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi rəy verdi ki, psixi xəstə deyiləm. Başım bəlalar çəkəndən, ailəm stress keçirəndən, qohum-əqrabam yollarda əsir-yesir olandan sonra ədalət üzə çıxdı.
Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 23.12.2017-ci il 141 saylı rəyində deyilir: “Ramiz Qədir oğlu Yarıyev öz hərəkətlərinin mənasını başa düşüb hərəkətinə rəhbərlik etmək iqtidarındadır. R.Q.Yarıyevin məcburi müalicəyə ehtiyacı yoxdur. O hadisələri düzgün qavramaq və onlar barəsində düzgün ifadə vermək iqtidarına malikdir”.
Bəs onda hakim Elxan Əmirəliyev məni niyə dəlixanaya saldırmışdı? Niyə 2 ay mənə cəhənnəm əzabı yaşatdılar, cürbəcür iynələr vurdular, ailəm, uşaqlarım ağlamaqdan, dərd çəkməkdən xəstəlik tapdı? Niyə?
Mənim dəlixanaya salınmağıma görə oğlum Yarıyev Əziz keçirdiyi iztirablardan, sarsıntılarda vəfat etdi. Elxan Əmirəliyev mənim oğlumu öldürdü.
Cəlilabad Məhkəməsinin sədri Vüsal Cəbrayılov və hakimi Elxan Əmirəliyev mənə niyə bu cəhənnəmi yaşatdılar? Çünki mən onların korrupsiya əməllərinə böyük maneə idim. Mən onları ifşa edirdim, rüşvət almağa imkan vermirdim. Başqalarına da dərs olsun deyə başıma bu oyunu gətirdilər.
Qanunsuz əməllərinə qarşı çıxdığıma görə onlar mənim həyatımı məhv etməyə çalışdılar. Onların mafiyası o qədər güclüdür ki, hətta müsbət rəy veriləndən sonra da mənim dəlixanadan buraxılmağıma imkan vermədilər, hətta mənə dəlixanada iynə vurdurub öldürtməyə çalışdılar.
Qanunla sağlamlığım, yəni dəli olmamağım barədə rəy veriləndən sonra mən dərhal buraxılmalıydım. Lakin Cəlilabad Polis şöbəsinin rəis müavini Əjdər Hacıyev 27.12.2017-ci il tarixdə məktub göndərdi ki, məni Maştağadakı
1 saylı ruhi-əsəb xəstəxanasına yollasınlar. Bu qanunsuzluğa da getdilər. Burda isə məni öldürməyə cəhd etdilər. Allahın köməyi və qohumlarımın müdaxiləsi ilə sağ qaldım və hal-hazırda mübarizəmi davam etdirməkdəyəm.
Dövlət orqanlarından tələb edirəm ki, bu iki rüşvətxor və mafioz hakim barədə ölçü götürsünlər. Onlar Cəlilabadı rüşvət yuvasına döndəriblər, soyub talayırlar və kim etiraz edir, onu mafioz üsullarla likvidasiya edirlər. Kim hüquqlarını tələb edir, rüşvətə qarşı çıxır, haqqını tələb edərək şikayət ərizələri yazır, öz vəzifə səlahiyyətlərindən və mafioz əlaqələrindən istifadə edərək həmin adamı məhv etməyə çalışırlar. Çünki dövriyyədə böyük pullar var. Çoxlu sayda ədalətsiz qərarlar qəbul ediblər ki, insanlar məhv olub, ailələr dağılıb. Rüşvət tüğyan edir və hər şeyi həll edir.
Vüsal Cəbrayılov və Elxan Əmirəliyev kimi vəzifə sahiblərinin məhkəmə sistemində işləməsi yolverilməzdir. Bu cür hakimlərə insan taleyinin həll edilməsini tapşırmaq olmaz. Qanun və çərçivə tanımayan fəaliyyətləri ilə onlar insan həyatı üçün çox təhlükəlidirlər. Düzdür, indi DTX-nın və Prokurorluğun qaldırdığı Antikorrupsiya dalğasının səngiməsini gözləyirlər, sonra yenə də əvvəlki tempdə davam edəcəklər. Tədbir görülməlidir.
Hələ də müalicə olunuram, özümə gələ bilmirəm. Dava-dərmanlarıma, müalicəmə 10 min manata yaxın pul gedib və övladımı itirmişəm. Bu cinayətlərə görə onlar cavab verməlidirlər".
Paylaş:
Müəllif : Yazar
Tarix:11-08-2020, 15:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-08-2020, 15:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti