Əlillərin sosial təminatına ayrılan vəsait niyə geri qaytarılmır? - NARAZILIQ...
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi minlərlə şəxsin əlillik dərəcələrinin ləğv edilməsi ilə büdcədən gələcəkdə ayrılacaq on milyonlarla manat vəsaitə qənaət edildiyini bildirib. Bəri başdan onu deyək ki, ƏƏSMN -in, eləcə də digər icra hakimiyyəti orqanlarının məhkəmə qərarı olmadan təyin olunmuş əlillik dərəcəsini , yaxud digər güzəşti ləğv etmək hüququ yoxdur". Bu barədə DİA.AZ-a bir qrup Qarabağ əlili adından edilən müraciətdə bildirilir.
Daha sonra narazı əlillər qeyd edir "Qanunun aliliyi, hüququn üstünlüyü baxımından icra hakimiyyəti orqanı, ən yaxşı halda, məhkəmədə iddia qaldırmalıdır və yalnız məhkəmənin qərarına uyğun olaraq tədbirlər həyata keçirilməlidir. Eyni zamanda, büdcəyə daxil olan bu vəsaitlər hesabına gerçək əlillərin sosial təminatında irəliləyiş olmaması da düşündürücüdür. Elə bu düşüncələrin sonunda əlillər belə hesabatlarla maraqlanmır və bunun onlara aid olmadığını qət edirlər.
Maraqlıdır, ƏƏSMN əlillərin sosial təminatı , müdafiəsi üçün nəzərdə tutulan əmlakı, vəsaiti geri qaytarmaq haqqında düşünürmü? Hansısa əlilin pozulmuş hüquqlarının bərpası üçün ƏƏSMN və yanındakı xidmət qurumları nəsə edirmi? Axı, əlillərin sosial, hüquqi müdafiəsinə cavabdeh olan başlıca qurum elə sözügedən nazirliyin özüdür. Prezidentin özü də dəfələrlə bəyan edib ki, bütün qurumların nümayəndələri, məmurlar xalqa xidmət etməlidir və xalqın bir nömrəli xidmətçisi də elə özüdür. Hansısa əlilin “çörək, dərman pulu” dərəcəsini təyin edib, sonra da ləğv etmək bəyəm xidmət sayılır? Bəlkə ƏƏSMN rəhbərliyinin əlillərin Nabrandakı istirahət mərkəzinin nazirliyin əməkdaşı, ləğv edilən Əlillərin Sosial Müdafiəsi Fondunun müdiri İbrahim Heydərovun qardaşının adına sənədləşdirib şəxsi biznesinə çevirməsindən xəbəri yoxdur? Sözügedən fondun vəsaiti hesabına iş adamı İman Quliyevin (“Real” TV-nin, “Şərqsaray” şadlıq evinin, “Xalqlar Dostluğu” ticarət mərkəzinin və s. yiyəsi ) tikdiyi Bakıdakı Ziya Bünyadov küçəsindəki böyük ticarət mərkəzinin də əlillərin təminatından alınmasından xəbəri yoxdur? Əlillərin bərpa mərkəzlərinin karantini rejimini bəhanə edib işləməməsindən necə? Bakının Nərimanov rayonunda 11 il qabaq tikilən əlil və şəhid ailələrinin evinin zəbt olunması bir yana, adi pandüsünün, istirahət guşəsinin, bir ağacının, uşaq meydançasının, hətta kanalizasiyasının belə olmamasına görə niyə evin sifarişçisi olan ƏƏSMN heç bir tədbir görmür? Niyə Prezidentə bu barədə nazir məlumat vermir, məhkəmədə iddia qaldırılmasını təmin etmir? Niyə Bakının Nizami rayonunda əlil və şəhid ailələrinə tikilən ev Vüqar Behbudov, Rövizə Behbudova və digərləri tərəfindən gizlin bölünür və qanunvericiliyin tələblərinə əməl edilmir? ƏƏSM naziri Sahil Babayev bu məmurları cəzalandırılmaq əvəzinə daha yüksək vəzifəyə təyin edir! (?) Deyəsən, axı, “ torbada pişik var”! Əlillərin sosial təminatını alver predmetinə çevirən şəxsin xidmətin rəhbəri təyin edilməsi əlillər üçün nəzərdə tutulan vəsaitin ,əmlakın ünvanına çatmayacağını deməyə əsas verir.
Prezidentin sosial-iqtisadi sahəyə ayırdığı vəsaitin hara getdiyini soruşacağı gün də uzaqda deyil. Görəsən, ƏƏSMN rəhbərliyi buna nə cavab verəcək?"
Paylaş:
Müəllif : Yazar
Tarix:11-08-2020, 15:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-08-2020, 15:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39