Azərbaycanda GÖMRÜK PARADOKSU: - İdxal və ixrac azalsa da, gömrük yığımları artıb
“Dövriyyənin azaldığı indiki şəraitdə gömrük yığımlarında qeydə alınan artım işgüzar fəallığa çox ciddi zərbə vurur”.
Dövlət Gömrük Komitəsi (DGK) iyul ayı üzrə yığımların statistikasını əks etdirən hesabat açıqlayıb. Hesabatda qeyd olunur ki, bu il gömrük xətti ilə büdcəyə yığımların məbləği azalsa da, ümumi dövriyyəni nəzərə aldıqda, yığımın effektivliyi yüksəlib.
Belə ki, 2020-ci ilin ilk 6 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 34 faiz azalaraq 12 milyard 676 milyon dollar təşkil edib. Ölkəyə idxal isə 41 faiz azalaraq, 4 milyard 989 milyon dollar olub.
İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında xarici ticarət dövriyyəsi və idxalın azaldığı şəraitdə gömrük yığımlarında artıma təsir edən amilləri şərh edib.
Elşad Məmmədovun sözlərinə görə, müəyyən səbəblərlə əlaqədar işgüzar fəallığın aşağı düşdüyü bir vaxtda gömrük yığımlarında artım heç də müsbət tendenasiya deyil:
“Gömrük yığımlarında artımın müşahidə olunması gömrük və fiskal xidmətlərin daha intizamlı işləməsinin göstəricisi sayıla bilər. Lakin digər tərəfdən, bu, ortada iki problemin mövcud olduğunu söyləməyə əsas verir.
Birincisi, yığımın artması ötən illər ərzində fiskal qurumların fəalliyyətində ciddi problemlərin mövcud olduğunu dolayı yolla təsdiqləyir. Yəni dövriyyənin çox olduğu dönəmdə gömrük yığımları lazımi səviyyədə təmin edilməyib.
İkincisi odur ki, dövriyyənin azaldığı indiki şəraitdə gömrük yığımlarında qeydə alınan artım işgüzar fəallığa çox ciddi zərbə vurur. Bu vəziyyət biznes və dövriyyənin zəifləməsinə şərait yaradan amildir.
Ona görə də sözügedən rəqəmlərə yanaşma kifayət qədər ehtiyatlı olmağı tələb edir. Yığımların artımı dövriyyənin artımı ilə müşahidə edildikdə, ölkə iqtisadiyyatının inkişafı üçün daha məqbul ola bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-08-2020, 17:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-08-2020, 17:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25