Ekspertdən qalmaqallı iddia: - “Toplanan yüksək ballar repetitorların zəhmətidir”
İyulun 23-ü və 24-də11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahan iştirakçıları arasında 2 nəfər maksimal olan 300 balı toplaya bilib. 23 nəfər isə 297.1 bal yığıb. Bəzi iddialara əsasən yalnız 2 nəfərin maksimum bal toplaması aşağı nəticədir. Martın 3-dən etibarən ölkəmizdə orta məktəblərin bağlanması və repititorluq fəaliyyətinin məhdudlaşdırılması buna əsas səbəb kimi göstərilir.
İmtahan nəticələrini “Sherg.az”a şərh edən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov nəticələrin aşağı olduğunu düşünmür. Ekspert bildirib ki, iyun ayının 10-dan etibarən ölkədə imtahanların keçirilməsi bərpa edildi. İyun ayının sonuna qədər qəbul və buraxılış imtahanlarının birinci mərhələsi hissə-hissə aparıldı:
“23-24 iyulda açıqlanan nəticə yalnız bir imtahan günündə toplanan nəticədir. İndiyə qədər keçirilən imtahanlarda bundan başqa da maksimum bal toplayan şagirdlər var. Düzdür, martın 3-dən etibarən ölkədə orta təhsil məktəblərinin fəaliyyətini dayandırması ali məktəblərə hazırlaşan abituriyentlərin nəticələrinə bilavasitə təsir göstərən amillərdən biridir.
Amma 2 nəfərin maksimum nəticə toplamasını aşağı nəticə adlandıra bilmərik. Çünki bu tipli 10-a yaxın imtahan keçirilib, bir neçə imtahan var ki, nəticələri hələ elan olunmayıb. Hətta əvvəlki illərdə imtahanın birinci mərhələsində iştirak edib yüksək bal toplayanların sayı çox deyildi.
Burada bir neçə nümunə test var. Söhbət testin cavablarının şagird tərəfindən yazılmasını tələb edən variantsız testlərdən gedir. Bu zaman şagirdlər fikir ifadə etməkdə çətinlik çəkirlər.
Bütün test tapşırıqları qapalı olsaydı, maksimum bal toplayan şagirdlərin azlığından müəyyən qədər narahatlıq keçirə bilərdik. Amma ümumilikdə birinci mərhələdə şagirdlərə 86 test tapşırığı təqdim edilir.
Bu tapşırıqların 14-ü açıq tiplidir. Burada şagird özünün birbaşa yazma qabiliyyətini ortaya qoyur. Təbii ki, onun xəttinin yaxşı olmaması, yaxud da tam olaraq cavabı yazması onun topladığı bala təsir göstərir”.
K.Əsədov qeyd edib ki, bu il möcvud vəziyyət yüksək ballı abituriyentlərin sayına təsir göstərəcək:
“Bəlkə də ümumilikdə yüksək bal toplayan abituriyentlərin sayı az ola bilər. Məsələn, 2019-cu ildə 700 bal toplayan olmamışdı. Amma bu illər böyük ehtimal 700 bal toplayan olacaq. Lakin bu hal 600-dən çox bal toplayanların sayının artması kimi başa düşülməməlidir.
İmtahan modeli yeni oturuşur. Bütün hallarda yüksək bal toplayanların sayı keyfiyyət və kəmiyyət baxımından üst-üstə düşmür.
Etiraf edək ki, bu il məktəb yoxdur, amma şagirdlər 297-300 bal toplayırlar. Deməli, qəbul və buraxılış imtahanında toplanan ballar orta ümumtəhsil məktəblərinin nəticəsi deyil, birbaşa hazırlıq kursları və repetitorların zəhmətidir.
Orta məktəblər olmasa da, repititorlar onlayn qaydada dərsi keçdilər və ilkin nəticədə şagirdlər biliklərini ortaya qoya bildilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-08-2020, 10:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-08-2020, 10:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20-11-2024, 11:20