reklam
Regionxeberlericom.az » Sosial » “Uşaqpulunun məbləği ən azı 100 manat civarında olmalıdır” – Sosioloqdan TƏKLİF

reklam

“Uşaqpulunun məbləği ən azı 100 manat civarında olmalıdır” – Sosioloqdan TƏKLİF


“Dövlətin öz körpə vətəndaşlarına uşaqpulu ödəməsi heç də imkan xaricində deyil”.

regionxeberlericom.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin rəhbərliyi səviyyəsində uşaqpulu ilə bağlı İşçi qrupunun yaradılmasına münasibət bildirən “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı deyib.

Lalə Mehralının sözlərinə görə, İşçi qrupunun fəaliyyəti sayəsində cəmiyyətin gözləntiləri doğrulacaq:

“Sözügedən İşçi qrupunun fəaliyyəti çərçivəsində aparılan müzakirələr müsbət dəyişikliklərə yol açacaq. Dövlətin öz körpə vətəndaşlarına uşaqpulu ödəməsi heç də imkan xaricində deyil.

Yəni söhbət hansısa fantastik qiymətdən getmir. Uşaqların qidalanması, geyimi və böyüməsində dövlətin öz qayğısını göstərməsi üçün kiçik məbləğli vəsaitlər də yetərlidir. Uşaqpulunun minimum 100 manat civarında müəyyən edilməsi arzuolunandır.

Əslində, könül uşaqpulunun böyük rəqəmlərlə verilməsini istəsə də, reallığı unutmaq olmaz. Bütün hallarda işçi qrupunun 0-18 yaş aralığında olan uşaqların dövlət qayğısı ilə təmin olunmasında effektiv addımlar atacağına ümid edirik”.


Paylaş:


Müəllif : Tarix:
12-08-2020, 17:52
Sikayət   


loading...
Загрузка...