Bakıda "İsgəndər Asa Holdinq" KABUSU... - İTTİHAM
Danılması mümkün olmayan bir həqiqətdir ki, təsisçisi və prezidenti Asəf Qurbanovun qanun çərçivəsinə sığmayan bəd əməlləri ucbatından, “ISGƏNDƏR ASA HOLDİNG Şirkətlər Qrupu MMC”-nin adı, fəaliyyətə başladığı ilk vaxtlardan indiyədək bir çox qalmaqallarda hallanıb. Həm sahibinin, həm də şirkətin özünün barəsində xoşagəlməz nələr deyilməyib?!. Ən pisi odur ki, rəhbəri qarışıq, özünün də fəaliyyətlərinə bələd olanlar ölkəmizdə daha bir fırıldaq şirkətin peyda olması qənaətinə gəliblər. Nədən, belə bir qənaətə gəlmə?! Elə, bu yazı da, bu sualın cavabını tam vermək üçün araz.az-ın əməkdaşları tərəfindən qələmə alınıb.
Əsas mətləbə keçməzdən öncə onu qeyd etmək istərdik ki, araşdırmalarımız zamanı Asəf Qurbanov haqqında xoş söz söyləyən kimsəyə rast gəlmədik. Haqqında söylənənlər isə, onu deməyə əsas verir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən bu şəxs, aldatma və fırıldaq yoluyla, qorxub, çəkinmədən istədiyini edə bilir. Konkret desək, əməkdaşlarımızın apardıqları araşdırmalar zamanı da, bu şirkət rəhbərinin öz vəzifə mövqeyindən sui-istifadə etməklə, çoxlarını, onlara böyük gəlir verəcəyi barədə yalan vədlərinə inandıra bilməsi, bu yolla onların külli miqdarda pullarını aldatma yolu ilə ələ keçirməsi əsaslı şəkildə müəyyən edilib.
Di gəl ki, özünün qurbanına çevirdiyi çoxlarının külli miqdarda pullarını, qiymətli əmlak və əşyalarını ələ keçirərək, mənimsəməkdən qorxmayan bu şirkət rəhbəri, hələ də, ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, məsuliyyətə cəlb olunmayıb. Elə, təəssüf doğuran da budur və kömək üçün araz.az-ın redaksiyasına üz tutan üç nəfər vətəndaş belə, şikayət xarakterli müraciətlərinin əsas motivini təəssüf hissləri üzərində qurublar: “Baxanda ki, Asəf Qurbanov bu qədər bəd əməl sahibidir və onun tərəfindən qanunlarımız bu qədər pozulur, onda, bütün bunlar bizdə dərin təəssüf hissləri doğurur. Bu yerdə, nəsə deməyə söz də tapmırıq.
Çox təəssüf ki, əməllərinin birbaşa qatı cinayətlərə hesablandığını, əvvəlcədən, özü belə yaxşı bilən Asəf Qurbanovun qanunlarımızın tələblərinə zidd hərəkətlərinə “Dur!” deyən hələ də yoxdur! Halbuki, bizim kimi, ondan şikayətçi düşən digər vətəndaşların da, kömək üçün üz tutub, qapılarını döymədikləri idarə və təşkilat qalmayıb. Hər yerdən də, "əlləri ətəklərindən aşağı" geri dönüblər.
Şirkətlə və onun rəhbəriylə bağlı olan bu çətin problemimizin həll olunmasının mümkünsüzlüyünü görüb, Asəf Qurbanovun qanunsuz əməlləriylə bağlı olan bu müraciətimizi, məcburiyyətdən, dəfələrlə ölkə rəhbəri möhtərəm İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Adminstrasiyasının Hüquq-Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri -- prezident köməkçisi Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin rəisinə, eləcə də Yasamal və Xəzər rayonlarının prokurorlarına və polis rəislərinə də göndərmişik. Nə faydası, indiyədək, ağrı-acılarımızın əksi olan şikayətlərimizlə maraqlanan səlahiyyət sahibi kimsə olmayıb. Heç olmasa, dərdimizə əlac edə biləcək bircə nəfər də tapılmayıb ki, başımıza gələnləri ona söyləyək.
Elə, bu laqeydliyə görədir ki, rəhbəri olduğu şirkətin "cəlbedici" adının təsirində istədiyini edə bilən Asəf Qurbanov, əsasən, əlinə pul düşən, hətta qiymətli əmlakı və əşyası olan bizim kimi sadəlövh vətəndaşları hədəf seçib, özünə cəlb etməkdən, yalan dolu şirin vədləriylə "başlarına torba tikməkdən", onları işə düzəltmək və yüksək gəlir əldə etmək vədləri ilə aldadıb, müxtəlif məbləğlərdə pullarını ələ keçirməkdən heç vaxt
çəkinməyib. Hətta, bizim kimi, çoxlarına da vəd edib ki, qoyacaqları pulların miqdarına uyğun olaraq, onları öz gəlirlərinə şərik, şirkətində pay sahibi edəcək və guya, çox keçmədən, belə bir asan yolla onları varlandıracaq. Beləcə, Asəf Qurbanovun verdiyi yalançı vədlərə aldanan sadəlövh hər kəs onun "toruna düşüb" , indiyədək bu çətinlikdən çıxa bilmir.
Bir sözlə, Asəf Qurbanov külli miqdarda pullarımızı ələ keçirib, amma aramızda hələ bir manat da olsa gəlir götürən olmayıb. Beləcə, istədiyi hər kəsi "tora salaraq", aldatmağı bacarıb, pullarımızı ələ keçirməkdən çəkinməyib. Bu şəbəkəyə qoşulandan sonra hər kəs aldandığını başa düşüb, pulunu istəyəndə isə, hədə-qorxu və şantajla üzləşib".
Şikayət məktubunun həmin üç nəfər müəllifi Asəf Qurbanova qarşı bu və bu kimi ciddi ittihamlar irəli sürsələr də, ad-soyadlarını təhlükəsizlikləri üçün açıqlamamağımızı bizdən dönə-dönə xahiş ediblər: "Elə adamların adı ilə bizə hədə-qorxu gəlirlər ki, ona görə də, imkan daxilində ad-soyadlarımızı açıqlamamağı sizdən xahiş edirik. Onu da deyək ki, rəsmi şikayətlərimizi belə qorxu içində yazırıq.
Biz də görürük ki, yuxarılarda, yəni dövlət qurumlarında işləyən və nüfuz sahibi güclü arxası olan Asəf Qurbanov çox təhlükəli adamdır. Nə vaxt istəsə, istədiyi adamın başına oyun açıb, onu çökdürə bilər. Belə olmasaydı, heç olmasa, bizim kimi özünün yalan vədlərinin toruna saldığı çoxlarından aldıqlarını geri qaytarar, ayrı-ayrı idarələrdə şikayətlərimizə baxılmamasına etiraz edəndə, bizə normal cavablar verilərdi. Halbuki hər yerdə bizim yalnız başdansovdu izahatlarımız alınıb, əks tərəfin buna münasibəti öyrənilmədən, guya, işlərin mülki xarakterili olması müəyyən edilib. Bunlar bir daha təsdiq edir ki, Asəf Qurbanovu idarələrə dəvət etmək mümkün olmayıb. Əks təqdirdə, qanunda nəzərdə tutulmuş qərarlardan biri qəbul edilmiş olardı. Bu yerdə, tam əminliklə onu da deyə bilərik ki, tərəfimizdən yazılan şikayətlər hər yerdə araşdırılmamış qalıb. Belə ki, Asəf Qurbanov vəzifədə olan yaxınlarının köməyi ilə, həmişə bizim haqlı tələbələrimizin qarşısını almağa nail ola bilib".
Doğrudan da, Asəf Qurbanov bu şikayətçiləri də öz "toruna sala bilib". Onlardan biri 2018-ci ilin iyun ayında ev almaq istəyib. Lakin pulunun bir hissəsi çatmadığına görə, evində olan qızıl-zinət əşyalarını satmaq fikrinə düşüb. Həmin vaxt, o, qayınatasının tanışı Asəf Qurbanovla rastlaşıb və bu barədə ona sözünü deyib. Asəfsə ona deyib ki, qızılları onun şirkətinə gətirsin, bir nəfər var, ona verər, baha qiymətə satar. Şirkət prezidenti sözünün "ovsunladığı" həmin sadəlövh insan ona inanaraq, evdə olan bütün qızıl-zinət əşyalarını ona verib və bildirib ki. həmin əşyaların maya dəyəri 23500 ABŞ dolları məbləğindədir
Asəf Qurbanov bundan sonra həmin pulu, həftədə 10000 ABŞ dolları olmaqla, 15 gün ərzində tam ödəyəcəyinə söz verib. Lakin bir müddət gözləyən qızıl sahibi görüb ki. şirkət prezidenti onu get-gələ salır, nə qızıl-zinət əşyalarını, nə də ki. onun dəyərini ödəmək istəmir. Hətta, bir müddət keçəndən sonra, onun telefon zənglərinə də cavab verməyib. Qızıl sahibi məcburiyyətdən, onun yaşadığı Mərdəkan qəsəbəsindəki evinə gedib. Həmin vaxt iki nəfər polis geyimində olan şəxs ona yaxınlaşaraq, kimi gözlədiyini soruşublar. Həmin polislər onu qəsəbədəki Polis Bölməsinin qarşısına gətirərək, bir də, həmin ünvandakı evə getməməsini tələb ediblər. Bundan sonra, pul gözləyən həmin şəxs Asəf Qurbanovun Yasamal rayonundakı İnşaatçılar prospektində yerləşən ofisinə gedib. Lakin onu şirkət prezidentinin yanına buraxmayıblar.
Bundan sonra, o, Asəf Qurbanovla harasa getmək istəyərkən rastlaşıb və sözünü demək istəyib. Lakin ona qulaq asmaq istəməyən şirkət prezidenti cangüdənlərinin yanında onu təhqir edib, hədə-qorxu gəlməkdən belə çəkinməyib. Yasamal Rayon Polis İdarəsinin 27 və 28-ci polis bölmələrində də, son anda, bu işə başdansovdu cavablar verilib.
Asəf Qurbanov bundan sonra qızıl sahibinə bir daha deyib ki, hara şikayət etsə də, bu pulu ona qaytarmayacaq. Bu zaman, hətta yüksək vəzifələrdə olan şəxslərin adından ona hədə-qorxu gəlməkdən də çəkinməyib.
Asəf Qurbanovun aldatdığı bir nəfər isə, uzun müddət polis orqanlarında müxtəlif vəzifələrdə çalışmış, hətta Qarabağ uğrunda gedən müharibədə iştirak etmiş, 1992-ci ildə isə, Füzüli rayonunda gedən döyüşlər zamanı yaralanmış, müxtəlif orden və medallarla təltif olunmuş bir nəfər şəxsdir. O, ölkə rəhbərinin sahibkarlara ayırdığı xüsusi diqqət və qayğıdan bəhrələnərək, 2018-cı ildə təqaüdə çıxdıqdan sonra, sahibkarlıqla məşqul olmağa qərar verib. Bərdə, İsmayıllı va Oğuz rayonlarında kand təsərrüfatına aid 400-dən artıq iş yeri yaradıb. Bundan sonra, sahibkarlıq failiyyətini daha da genişləndirmək qərarına gəlib və bu məqsədlə müəyyən şəxslərlə əlaqə saxlayarkən, 2019-cu ilin yanvar ayında Asəf Səməd oğlu Qurbanovla tanış olub. Təsisçisi və prezidenti olduğu "İSGƏNDƏR ASA HOLDİNQ ŞİRKƏTLƏR QRUPU” MMC-də birlikdə fəaliyyət göstərməyi Asəf Qurbanov ona təklif edib. Aralarındakı razılaşmaya görə, o, külli miqdarda pul vəsaiti qoymaqla, MMC-nin Nizamnamə kapitalında olan payın 25 faizini alqı-satqı yolu ilə əldə edib, şirkətin təsisçisi və vitse-prezidenti olub. Lakin Asəf Qurbanov onun etibarından sui-istifadə edərək, qoyduğu külli miqdarda bu vəsaiti mənimsəyib. Sonradan yeni vitse-prezidentə məlum olub ki, Asəf Qurbanov bu üsulla digər vətəndaşların -- Zərifə Quliyevanın 50000, Nurlan Ismayılov isə, 47600 manat məbləğində pullarını da alaraq, mənimsəyib.
Yeni vitse-prezident bundan sonra onu da öyrənib ki, ondan aldığı külli miqdarda pulu Asəf Qurbanov şirkətin hesabına yatırtmayıb. Öz şəxsi maraqları naminə xərclədiyi bu pula, hətta İsmayıllı rayonunun İvanovka qəsəbəsində yoldaşı Kəmalə xanımın adına bahalı fərdi yaşayış evi də alıb. Üstəlik, yeni vitse-prezident öz cibindən Asəf Qurbanovun ayrı-ayrı şəxslərə olan xeyli miqdarda borclarını da qaytarıb.
Eyni zamanda, şirkətin yeni payçısına o da məlum olub ki, Asəf Qurbanov bir çox çirkli məqsədlərini həyata keçirmək üçün bu şirkətin ”ASİS PARTNERS MMC”, ”İSGƏNDƏR ASAT TRANSPORT İNTERNATİONAL MMC”, ”İSGƏNDƏR ASA TRANSPORT MMC” adlı və sairə bu kimi digər törəmə müəssisələrini yaradıb.
Şirkətin bu törəmə cəmiyyətlərinin adına
xaricdən nərə kimi qiymətli balıq və balıq məhsulları və digər yeyinti məhsulları idxal edərək, burada realizə edib, lakin qabaqcadan düşündüyü tərzdə müvafiq vergilərin ödənilməsindən yayınıb. Halbuki, həmin yevinti və digər məhsullsrın saxlanması, alqı-satqısı və realizə olunması üçün də onun nə bazası, nə də anbarı yoxdur.
Bir sözlə, "İSGƏNDƏR ASA HOLDİNQ ŞİRKƏTLƏR QRUPU “ MMC-nin prezidenti adları yuxarıda çəkilən törəmə müəssisələri düşünülmüş şəkildə yaradaraq, vergidən yayınmağa daha çox üstünlük verib. Həmin törəmə müəssisələrin sənəd və möhürləri özündə olduğundan, hər şeyə özü nəzarət edir, qanunsuz hərəkətlərini həyata keçirməkdə heç bir çətinlik çəkmir.
Şikayətçilər qeyd edirlər ki, Asəf Qurbanovun belə fırıldaqlarla aldatdığı vətəndaşların sayı çoxdur. Onlar öz şikayətləri ilə bizi tanış etməzdən öncə, Asəf Qurbanovun kimliyi ilə də bizi tanış etmək qərarına gəliblər ki, belə təhlükəli insandan özümüzü qoruyub, müdafiə edə bilək: "Asəf Qurbanov uzun zaman Rusiyada yaşayıb və dələduzluqla məşğul olduğu üçün, orada da həbs edilib. Sonradan, hansısa sehrli əlin köməyi ilə məsuliyyətdən yaxa qurtarıb və yenidən dələduzluq yolu ilə insanların pullarını ələ keçirməyə başlayıb. Ətrafına özü kimi yeni tərəfdaşlar toplayaraq, guya, Azərbaycanı dünyaya tanıtmaq adı altında sadəlövh insanların pullarını ələ keçirməklə məşğul olub. Sonda, xeyir iş üçün toplanan həmin pulların başqa məqsədlərlə xərcləndiyi üzə çıxıb. Bir sıra cinayətlər törədən Asəf Qurbanov beş il əvvəl gizli yollarla Azərbaycana gələ bilib. Burada Sumqayıt Çörək Zavodunun sabiq direktoru, yaxın qohumu Əlfüqar Qasımova və onun adamlarına yaxınlaşıb. Onlara güvənərək, istədiyini edib, bizim kimi, çoxlarını belə aldatmaqdan çəkinməyib.
Konkret desək, Əlfüqar Qasımovla və onun adamları ilə əlbir olaraq, zavod direktorunun nəvəsinin adını daşıyan “ISGƏNDƏR ASA HOLDİNG ŞİRKƏTLƏR QRUPU MMC”-ni yaradıb və bu şirkətə rəhbərlik etməyə başlayıb. Məhz bundan sonra da, Asəf Qurbanovun törətdiyi cinayətlərin sayı-hesabı olmayıb. Lakin
bu fırıldaq şəbəkənin fəaliyyətini araşdırıb, bizim kimi sadəlövh insanların gözlərinin açılmasına və pullarımızın geri qaytarılmasına kömək edən dövlət qurumu tapılmayıb!..”.
Araşdırmalarımızı bu istiqamətdə davam etdirdiyimiz üçün, yazının davamı olacaq. Araşdırma müddətində qarşı tərəfin də mövqeyini dinləyib, dərc etməyə hazırıq.
araz.az
Paylaş:
Müəllif : Yazar
Tarix:17-08-2020, 17:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-08-2020, 17:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti